Hal-hazırda Ayna qəzetinin 09.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
İndi də "qara quzğunlar"...
İndi də "qara quzğunlar"...
Bu geriçi düşüncənin iflasa uğrayacağına inam var. Çünki zaman o zaman deyil
Şənbə, 09.04.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Baş nazir Vladimir Putin 2000-ci ildə Rusiya prezidenti seçildikdən sonra bu ölkədə mühafizəkar-çarlıq və kommunist metropoliyası siyasəti tərəfdarlarının hakimiyyətin bütün təbəqələrində yerləşdirililməsinə başlandı. Bu güc 2008-ci ilə qədər Rusiyanın inzibati amirlik metodu ilə idarə olunmasını bir dövlət modeli olaraq dərinləşdirməyə çalışdı. Onlar iqtisadi, siyasi və sosial liberalizm dəyərlərini mümkün qədər tarixin arxivində gizlətməyə çalışırdılar. Dünyada baş verən modernləşmə (humanitar və liberal) siyasətinin tərəfdarları Dmitri Medvedevin liderliyində 2008-ci ildə gözlənilmədən böyük uğur qazandılar. Ancaq bütün bunlara baxmayaraq, mühafizəkar çevrələr hələ də təkcə Rusiyanın özündə deyil, bütün MDB məkanında öz mövqelərini qoruyub saxlamaq üçün bütün imkanlardan, hətta ən radikal metodlardan yararlanmağa çalışırlar.

Öncə "ölüm eskadronları", indi də "qara quzğunlar"

Vladimir Putin prezident olduğu dönəmdə (2000-2008-ci illərdə) Çeçen- İçkeriya problemi bəhanə edilərək qeyri-rəsmi şəkildə "ölüm eskadronları" yaradılmışdı. Bu hərbiləşdirilmiş qurum nə Federal Təhlükəsizlik Xidmətinə (FSB), nə daxili işlər, nə də müdafiə nazirliklərinə tabe idi. Onlar birbaşa Vladimir Putinin nəzarətində hərəkət edirdilər.

"Ölüm eskadronları" ölkənin istənilən bölgəsində hər hansı bir vətəndaşı oğurlamaq, terror etmək, öldürmək və digər hüquqlara malik idi. Onlar hətta iri çəkili işadamlarını, oliqarxları, məmurları belə nəzarətdə saxlayırdılar. Quzey Qafqaz regionlarında yerli xalqlara məxsus milli təşkilatların yasaq edilməsi qərarından sonra onlara irihəcmli əməliyyat tədbirləri də həvalə edilmişdi. Bu missiyanı "ölüm eskadronları" canfəşanlıqla icra edirdilər. Rusiya İnsan Haqları Hərəkatı, Rusiya Memorial İnsan Haqları, Helsinki Vətəndaş Birliyi Moskva Nümayəndəliyi və digər ictimai təşkilatların hesabatlarında da qeyd olunur ki, Çeçenistan, Dağıstan, İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar və Adıgey respublikalarında baş vermiş əksər terror olaylarının - uşaqların, qadınların, qocaların öldürülməsinin arxasında məhz bu gizli hərbi birləşmələr dayanırdı.

"Ölüm eskadronları"nın sərəncamında külli miqdarda maliyyə vəsaiti, hərbi texnika, gizli həbsxanalar da mövcud idi. Bu qurumun fəaliyyətilə bağlı dünya ictimaiyyəti, insan haqları təşkilatları və terror qurbanlarının şikayətlərindən sonra "ölüm eskadronları" kölgəyə çəkilməyə məcbur edildilər. Sonrasında isə, Dmitri Medvedevin fərqli humanitar və modernləşmə siyasətinin tərkib hissəsi kimi, "ölüm eskadronları"nın fəaliyyəti qeyri-rəsmi şəkildə yasaq edildi.

Gözümüzün önündə dünya çapında totalitar rejimlərin çöküşü baş verməkdədir. Bu prosesin tədricən MDB məkanına da sirayət edəcəyi realdır. Bunu araşdıran Moskva mühafizəkar çevrələri öz mövqelərini qorumaq üçün bu dəfə fərqli siyasətə üz tutublar. Yerli irtica rejimlərinin qorunması üçün onların maliyyə və siyasi dəstəyilə "çernıye yastrebı" (qara quzğunlar) birlikləri yaradılır...

Bu yarımhərbi qurum siyasi və terror hədəflərini açıq şəkildə bəyan etməkdən çəkinmir.

REKLAM

Müşahidəçilərin fikrincə, başdan-başa korrupsiyaya uğramış yerli mühafizəkar hakimiyyətlərin qorunmasında bu yarımhərbi qüvvələr vətəndaşları qorxu içində saxlamaqla yanaşı, həm də bunun hüquqi məsuliyyətindən yayınmağın "səbəb"lərini də tapıblar. Guya yerli vətənpərvər insanlar özləri baş verən hərc-mərcliyin qarşısını almaq təşəbbüslərini ortaya qoyublar.

Açıq təhdidə keçdilər

Dövlət liberalizmi və humanitar siyasətin bütün çalarlarının Rusiyada aparıcı siyasətə çevrilməsinə çox güclü dirəniş göstərilir. Belə ki, bu siyasəti müdafiə edən kadrların paytaxt Moskvada və ölkənin digər regionlarında hakimiyyətə gətirilməsi indi mühafizəkar çevrələr tərəfindən ciddi təpkilərlə qarşılaşır. Quzey Qafqazda Medvedevin başlatdığı bu siyasəti önləmək üçün, regiondakı yerli hakimiyyətdə təmsil olunan etnokrat, korrupsiya və kriminal sindikata çevrilmiş güclər daha da aqressivləşirlər. Bunu İnquşetiya, Kabarda-Balkar, Çeçenistan və Quzey Osetiyada müşahidə etmək o qədər də çətin deyil.

Medvedev Dağıstan və Qaraçay-Çərkəzdə onun siyasətini qəbul edən kadrları hakimiyyətə gətirməklə həm də regionda uzun illərdir mövcud olan problemlərin həllinə nail olmağa başlayıb. Ancaq bu yenilikləri digər Quzey Qafqaz respublikalarında görmək mümkün deyil. Taymuraz Mamsurov (Quzey Osetiya), Ramazan Qədirov (Çeçenistan), Arsen Kanokov (Kabarda-Balkar), Arslan Txakuşinov (Adıgey), Yunusbəy Evkurov (İnquşetiya) tipli region liderləri məhz bu dirənişlərin önündə gedirlər.

Rusiyada başlanan iqtisadi, sosial və siyasi liberalizm siyasətinin bu respublikalarda yürüdülməsinin qarşısını alan həmin mühafizəkar çevrələr yeni strateji üslub kəşf ediblər. Bu, "radikal dini hərəkatların, terror və teraktların, cinayət əməllərinin miqyasının artması" səbəbindən yerli müqavimətin yaradılması strategiyasıdır. Korrupsiya və traybalizmin başında duran bu şəbəkənin nəzarətində olmaqla, xüsusi hərbiləşdirilmiş qüvvələr regionu "Qara quzğunlar" adı altında daimi təhdid altında saxlamaq üçün hərəkətə keçiblər.

Bu silahlı qüvvələr hüquqi baxımdan heç bir dövlət strukturuna bağlı deyillər. Onlar "könüllülük" prinsipləri əsasında vətənpərvər qüvvə kimi ortaya çıxmaqla, guya "ormanlarda əlində silah mübarizə aparanlara", "radikal islamçılara", "milliyyətçi hərəkatlara" qarşı guya mücadilə edəcəklər. Amma onların əməllərində tamam fərqli əlamətlər var. Bunlar hər kəsə aydın olmaqdadır.

"Qara quzğunlar" bildirirlər ki, onlar Rusiyanın bir dövlət olaraq çökməsi üçün əldə silah mübarizə aparanlardan intiqam alırlar. "Radikallar"ın tək özlərindən deyil, onların ailələrindən də intiqam alınacaqdır.

Müşahidəçilərin fikrincə, bununla da Quzey Qafqazda mövcud problemlərin həllində maraqlı olmayan, federal dotasiya hesabına dövlət büdcəsini illərdir talayan yerli hakim etnomafiyalar əslində regionda vətəndaş müharibəsinin təməlini qoyurlar. Bununla da modernləşmə və humanitar siyasətin dərinləşməsinin qarşısını almağa, ən azından bunu qeyri-müəyyən müddətə qədər ləngitməyə çalışırlar. "Qara quzğunlar" əslində islahatların qarşısını almaq üçün istifadə olunurlar. Onları təşkil etməkdə məqsəd - məhz budur. Regionun terror və təhdid, anarxiya prinsipləri ilə idarə olunması Rusiyanın qatı mühafizəkar çevrələrinin əsas prinsiplərindən biridir.

"Qara quzğunlar" öz metodlarını belə əsaslandırırlar ki, Rusiya polisi, FSB, hərbi qüvvələr Quzey Qafqazda terrorizmin qarşısını almaqda acizdirlər, buna görə də regionun coğrafi, etnoloji, iqtisadi, sosial durumunu daha yaxşı bilən bizlər silahlanaraq hərəkətə keçmək məcburiyyətində qalmışıq:

"Biz radikal islamçılara, milliyyətçilərə və onlara himayədarlıq edən hüquq müdafiəçilərinə, işadamlarına qarşı daha barışmaz mövqe nümayiş etdirəcəyik. Bu qüvvələrə imkan verilməməlidir ki, regionda hakimiyyət onların nəzarətinə keçə bilsin. Biz Rusiya dövlətinin maraqlarını qoruyuruq".

Böyüyən kiçik modellər

Dağıstan və Qaraçay-Çərkəzdə Rusiya prezidenti Dmitri Medvedev Məhəmmədsalam Məhəmmədov və Rəşid Təmrəzovu prezident təyin etməklə bu iki regionda sosial, iqtisadi və digər sahələrdə gözlənildiyindən də artıq bir inkişaf müşahidə olunmaqdadır. Bu prosesin Kabarda-Balkarda gündəmə gəlməsi ərəfəsində balkar türklərinə məxsus Tırnauz, Elbrus, Yuxarı Balkariya, Bezengi, Kenje, Baksan, Bılım, Çegem, Çerek və digər regionlarda gözlənilmədən dağ turizminə qarşı terror aksiyaları törədildi. Bunun ardınca isə dərhal həmin regionlara 3 mindən artıq hərbi və polis qüvvəsi yeridildi. Guya bu regionlarda radikal terrorçu qüvvələr aktiv şəkildə hərəkətə keçiblər...

Ötən ilin dekabrından indiyədək bölgədə qeyri-rəsmi fövqəladə vəziyyət durumu yaşanmaqdadır. Məhz belə bir sürəcdə 2005-ci ildən bu yana Kabarda-Balkarın prezidenti vəzifəsini daşıyan Arsen Kanokov yenidən öz kürsüsünü qoruya bildi. Bunun ardınca "Qara quzğunlar" hərəkatı daha radikal addımlar atmağa başladı. Bu qeyri-rəsmi silahlı birləşmələr Arsen Kanokovun hakimiyyəti üçün ciddi təhlükə mənbəyi olan işadamlarının, məmurların aradan götürülməsi ilə məşğul idilər.

Siyasi hakimiyyət isə terrora məruz qalanları "onlar radikal vəhhabilərə, islamçılara, separatçı milliyyətçilərə gizli şəkildə maliyyə yardımları edirdilər" tipli bəyanatlarla qaralamaqda, bununla da "qara quzğunlar"ın cinayətkar əməllərinə dolayı yolla dəstək verirlər.

Kabarda-Balkardakı bu taktika bizim günlərdə İnquşetiya, Quzey Osetiya və Çeçenistanda tətbiq olunmağa başlanıb. Ramazan Qədirovun birbaşa göstərişi ilə son zamanlar onun hakimiyyətinə qarşı təhlükə mənbəyi hesab edilən müxalifətin terrora məruz qalması, Yunusbəy Evkurovun İnquşetiyada hər gün antiterror əməliyyatları adı altında müxalifətçi insanların oğurlanaraq amansızcasına döyülməsi, terrora məruz qoyulması barədə faktik olaraq hər gün yüzlərlə məlumatlar daxil olur.

Bu qanunsuz əməllərə Rusiya Federasiya Şurası sədrinin 1-ci müavini Aleksandr Troşin belə qiymət vermişdir:

"Qara quzğunlar" indi Quzey Qafqaz regionlarında real gücə çevrilməkdədir. Bu yarımhərbi birliklərdə daha çox gənclər təmsil olunur. Onlar Quzey Qafqazın şəriət qanunları ilə idarə olunmasına qarşıdırlar. Bu güc "qana qan" prinsipilə mübarizə aparmaqda israrlıdır. Çünki Rusiya Milli Antiterror Mərkəzi öz üzərinə düşən missiyanı tələb olunan səviyyədə icra edə bilmir. Bu yöndə ən yaxşı və effektiv mübarizə yerli kadrlardan ibarət antiterror hərəkatıdır".

Quzey Qafqaz üzrə ixtisaslaşmış politoloq Teymur Tenov isə A.Troşinin bu açıqlamasına cavab olaraq bildirib ki, Rusiyada islahatları istəməyən və hələ də heç bir perspektivi olmayan imperiya siyasəti tərəfdarlarının mülki vətəndaşlardan ibarət silahlı qüvvələr yaradaraq vətəndaşları müxtəlif bəhanələrlə qorxu və təhdid altında yaşamağa məcbur etmək siyasəti inanıram ki, iflasa uğrayacaq. Onlar indi "xalq drujinaçıları", "radikallara qarşı mübarizə" və digər ibarələrlə dünyada və regionda baş verən proseslərin qarşısını ala bilməyəcəklər. Bu güclər zamanın fərqli olduğunu unudublar. Qorxu və təhdid metodu ortaçağ düşüncəsidir. Bu siyasət daha çox vətəndaş müharibəsinə doğru yönəlmiş bir addımdır. Siyasi intriqalar və provokasiyalar 1920-ci ildə bir dəfə baş verdi və kommunistlər hakimiyyətə gəldilər. Bu gün onların yenidən iqtidar olmaları qeyri-mümkündür. Bunu onlar hələ də anlamırlar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Çeçenistanda bu dəfə "qapalı savaş"?

2012-ci ildə Putin prezident olmayacaq

Bölmənin digər xəbərləri
 
Rusiyanın şimal-qərbinə aparıb-gətirən 7 saat
Havada baş verənlər az qaldı məni havalandırsın



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər