Hal-hazırda Ayna qəzetinin 09.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Rusiyanın şimal-qərbinə aparıb-gətirən 7 saat
Rusiyanın şimal-qərbinə aparıb-gətirən 7 saat
Havada baş verənlər az qaldı məni havalandırsın
Şənbə, 09.04.2011


İdrak Abbasov
mətn ölçüsü  

Rusiya tarixində dönüş yaratmış, SSRİ-nin bəlkə də ən adlı-sanlı və gözəl şəhəri olmuş Sankt-Peterburq indi beynəlmiləl şəhər olub. Bu şəhərdə qeyri-rəsmi məlumatlara görə yarım milyon azərbaycanlı yaşayır ki, bu rəqəm də Naxçıvan Muxtar Respublikasının əhalisindən 100 min nəfər çoxdur.

İqlimi sərt olan Sankt-Peterburqda ilin 6 ayı qış, 3-4 ayı da payız və ya yazın payına düşür. Buna baxmayaraq, təmiz havası və şəhəri yarıb keçən Neva çayı və çayın üzərindəki çoxsaylı açılıb-bağlanan körpülər, əksəriyyəti 18-19-cu əsrə aid çoxsaylı imarətlər Sanki Peterburqa əzəmət verir. Əslində bu yazdığım cümlələr turist prospektində hər kəsin rastlaşa biləcəyi cümlələrə bənzəsə də, bu, həqiqətdir. Amma bu həqiqətdən də başqa, ortalıqda digər həqiqətlər var.

İlk olaraq Sankt-Peterburq da Rusiyanın digər şəhərləri kimi tənəzzül edir. Şəhərdə SSRİ dövründən qurulan nizam-intizam və qayda-qanun yavaş-yavaş aradan qalxır. Məsələn, Finlandiyaya bitişik olan, məkan baxımından Avropa şəhəri sayılan Sankt-Peterburqda heç kim yol hərəkəti qaydalarınına riayət eləmir, nə piyada, nə də sürücü. Heç kim növbə də gözləmir.

Adətən normal Qərb ölkələrindən və ya elə Türkiyədən Azərbaycana dönəndə təyyarəmizə qeydiyyatın hansı qapıdan başlamağını axtarmağa ehtiyac qalmır. Bir çox strateji məsələdə birlik nümayiş etdirə bilməsək də, qeydiyyatdan keçmək üçün hamımız birdən aeroport rəsmisinin üstünə hücum çəkirik. Amma bu günlərdə Sankt-Peterburqa gedib-gələndə qətiyyən qəribsəmədim.

Belə ki, ilk olaraq Heydər Əliyev Bakı Hava Limanı barədə danışmaq istərdim. Burada təyyarəyə minən sərnişinlər təhlükəsizlik skanerindən keçməlidir. Əlbəttə, skaner birləşdirilən monitor yalnız bir nəfərin görə biləcəyi balaca bir kabinədə yerləşib. Amma bu bir nəfər də kişidir. Yəni bu skanerin xidməti nəticəsində 40-42 yaşlarında bir kişi həmcinslərinə və əks cinsdən olanlara paltarsız tamaşa edə bilir. Söz yox ki, qaydalara görə, skanerdən keçmək məcburi deyil, məsələn, mən bu skanerdən keçməkdən imtina elədim və imtinam qəbul olundu.

REKLAM

Amma əksər insanlarımız hüquqlarını bilmədiyi üçün bu skanerdən məmnuniyyətlə keçirlər.

Nəhayət, təyyarəyə mindik. Birtəhər təyyarə bələdçiləri bizi yerlərimizə oturtdu və bundan sonra bizə yalvarmağa başladı. Xahiş edirik kəmərləri bağlayın, telefonları söndürün, oturacaqları düzəldin. Təyyarə qaxana qədər ən azı düz 8 dəfə bu elan radio vasitəsilə, 3-4 dövriyyə də bələdçilər birbaşa sərnişinlərlə təkidlə danışandan sonra telefonların söndürülməsinə nail olub getdilər. Təyyarə sürət yığan zaman, "alo, alo, ə, qalxırıq-qalxırıq! "Polyot" yaxşı olsa, 4 saata ordayam" deyə 45-50 yaşlarında kişi qışqıra-qışqıra telefonla danışdı. Təyyarə kapitanının həmin şəxsi təyyarədən düşürdəcəyi hədəsindən sonra kişi danışığını bitirib, böyük qəhrəmanlıq edən adam kimi ora-bura da boylanıb, siqaretdən saralıb-cürümüş dişlərini də hamıya göstərdi.

Təyyarə havaya qalxanda elə bil hamı qarınağrısına düşmüşdü. Hamı ortalıqda var-gəl edir, işi oldu-olmadı o baş-bu bu başa qaçırdı.

Yolboyu dramatik hadisələr çox oldu, ən nəhayət, Allah üzümüzə baxdı və sağ-salamat Piterə endik. Bundan sonra hamı bir nəfər kimi türmədən qaçırmış kimi təyyarənin ön tərəfinə üz tutdu. Bələdçilərin qışqır-bağırından sonra "hücum" dayandı. Sonra Pulkovo Hava Limanına daxil olduq və əlbəttə, sərhəd xidməti nəzarətindən keçməyə də heç kim növbəyə durmadı. Burda da hamı birinci idi və dairəvi zalın başına toplaşan həmvətənlərimizdən başqa da orada adam yox idi. Beləliklə, gələnlərlə onları qarşılayanlar arasında başlamış dialoq, kef-hal soruşma mərasimi hava limanını əməlli-başlı bazara çevirmişdi.

Yeri gəlmişkən, hava limanından ayrılmamış döndüyüm zaman da yaddaqalan ən maraqlı faktı nağıl edib digər məsələlərə keçim. Geri dönərkən yerim təyyarənin qanadının üzərindəki ehtiyat qapının yanında idi. Digər ehtiyat qapının yanında isə yəqin ki, ər-arvad olan hansısa bölgəmizin ucqar kəndindən yenicə ayrılmış cütlük vardı. Bu cütlük yerinə oturan kimi çəkmələrini çıxarıb ortalığa atdılar. Əvvəl özüm onlara təyyarə qalxan zaman bu çəkmələrin həyatımız üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq etdim, sonra da yazıq bələdçi qızlar. Axır ki, bu adamların çəkmələrini ayaqlarına geydirə bildik.

Bir qədər özünütənqid və bəlkə də kimlərçünsə də özünütəhqir kimi qəbul ediləcək bu cümlələr bizə aiddir. Amma bazarda, dükanda, adi liftdə, metroda belə Sankt-Peterburq ruslarında da bir mədəniyyət görmədim. Ümumilikdə 6,5 miylon əhalisi olan bir şəhərin bu qədər mədəniyyətdən uzaqlaşmasını miqrantlarla bağlayanlar var. Çünki bu şəhərdə xeyli sayda qazax, özbək və qırğız və əlbəttə, erməni də yaşayır. Buna baxmayaraq mütləq çoxluğu ruslər və ukraynalılar təşkil edir. Ruslar və qardaşları ukraynalılar işləməkdən çox bu sərt iqlimli şəhərdə içməyi xoşlayırlar. Bunlar da içəndən sonra böyük rus xalqının üzləşdiyi bütün bədbəxtliklərin baiskarını axtarırlar. Nəticədə məlum olur ki, elə bütün bəlaların səbəbkarı qonşu stolda oturub yemək yeyən qeyri-rusdur. Amma heç kim həqiqəti axtarıb tapmaq istəmir. Tənəzzülün baiskarı adi bir növbə mədəniyyəti olmayan bizlər, yoxsa arağı həyatının mənası etmiş milliyyətçi ruslardır? - bax bunu ayırd edə bilmirlər.

Korrupsiya və avtoritar idarətmə, kriminal və terrorçu qrupların əsiri olan böyük Rusiyanın tənəzzülü strateji baxımdan birinci və federasiyanın ürəyi sayılan Sankt Peterburqda hər addımbaşı hiss olunur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yaza qış havası ilə gedəcəyik

Qəzaya uğrayan sərnişinlər Bakıya gəldilər

Hava yağmurlu olacaq

Pilotsuz təyyarələrin istehsalına başlayırıq

Sankt-Peterburq görüşü: mövqelər yaxınlaşıb?

Bölmənin digər xəbərləri
 
İndi də "qara quzğunlar"...
Bu geriçi düşüncənin iflasa uğrayacağına inam var. Çünki zaman o zaman deyil



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər