"Eurovision-2010" təmsilçimiz Safura Əlizadə mahnı bəstələyib. Onun bildirdiyinə görə, bu, onun ilk bəstəsi hesab olunur. Məhəbbət mövzusunda olan mahnı orta ritmdədir. Safura deyir ki, mahnının sözləri ingiliscədir və söz müəllifi də elə müğənni özüdür. O, ilk müəllifi olduğu mahnısını yaxın günlərdə geniş kütləyə təqdim edəcəyini bildirib.
Sözünün davamında dedi ki, bundan əlavə başqa müəlliflərə məxsus 2 vətənpərvər mahnını lentə yazdırır. Yeni mahnılarının sayını bir qədər çoxaldan Safura tezliklə bunları albom şəklində hazırlayacaq.
Söhbəti zamanı sentyabr konsertindən də söz açdı. Dedi ki, məhz həmin tarixi seçməyinin özəl səbəbi var. Belə ki, həmin ayın 20-də doğum gününü səhnədə, dinləyicilərinin əhatəsində keçirmək istəyir.
Sənətçi builki "Eurovision-2011"ə qonaq qismində qatılacaq və təmsilçilərimizə dəstək olacaq.
|