Hal-hazırda Ayna qəzetinin 09.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Məleykə Əsədova istedadına 150 faiz inanır
Məleykə Əsədova istedadına 150 faiz inanır
\"Bəsit insanlar\"ın isə fikrinə məhəl qoymur
Şənbə, 09.04.2011

Şəms mətn ölçüsü  

Məleykə Əsədova onun sənətinə paxıllıq və qısqanclıq kimi mürəkkəb münasibətlərdən söz açıb. Bunu müəyyən mənada təbii sayan aktrisanın sözlərinə görə, onun sənətini qısqananlar az deyil, amma çalışır ki, buna fikir verməsin. Belələrini "bəsit insanlar" adlandırır və onlara məhəl qoymadığını deyir:

"Təəccüblənəsi bir şey də yoxdur. Əgər bu gün mən varamsa, səhnəyə lazımamsa, səhnədəki çıxışım zamanı hər kəs məni alqışlayırsa, qısqanclıqları da normal qəbul etməyə çalışıram. Çünki qısqanc, paxıl insan mənim üçün rəqib ola bilməz. İnsan rəqabətə girməli, paxıllıq etməməlidir. Onda karyera qazana bilməz".

Aktrisa əlavə edir ki, hər bir səhnə adamı istedadlı doğulmur. Onun fikrincə, illərdir səhnədə külüng vuranlar var, amma dəst-xətti yoxdur, tanına bilmir:

"Fikrimcə, istedadlı aktyor səhnəyə 2-3 və 5 ildən bir gələ bilir. Belə insanların qədrini bilmək lazımdır. Onun haqqında xoşagəlməz söhbətlər yarananda, bu nə vaxtsa onun qəlbini titrədir, narahat edir. Vaxtilə mən də eyni hissləri yaşayırdım. Amma sonradan özümü toparlayıb, heç nəyə fikir verməmək qərarına gəldim. Çünki bunları dərindən düşündükcə, həyatımın bir hissəsinə çevirirdim. Bu da səhnə fəaliyyətimə təsir edirdi".

Öz istedadına 100 yox, lap 150 faiz inandığını dilə gətirən xalq artisti xatırlatdı ki, vaxtilə onun sənətini Barat Şəkinskaya, Leyla Bədirbəyli, Həsən Turabov kimi səhnə ustaları qiymətləndiriblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Tələbə adını qazananların siyahısı üç gündən sonra açıqlanacaq

Ali təhsil ocaqlarında adambaşına maliyyələşdirmə tətbiq ediləcək

Məleykə Əsədova: "Tək qalmaq çətindir"

Ağaxan Abdullayev: "Gənclər çox işləməyi öyrənməlidirlər"

Püşk "İnter"ə asan rəqiblər seçdi

Bölmənin digər xəbərləri
 
Faiq Ağayev "qara zolağı" silir
və yeniliklər vəd edir

İlhamə Qasımovanın "Eurovision" favoritləri
Özü isə bu müsabiqəyə bir daha qatılmayacaq

"Məni həm təbrik edir, həm də başsağlığı verirdilər"
İradə İbrahimova yaradıcılığa dönür

NEXT qrupu pulu hardan qazanır?
Qrup ilk diskindən qazanc götürmək arzusundadır

Ekranda yeni "Şou Nömrə 1"
Ulduzlarımız rəqs edəcək

"Yüksek Sadakat"ın Bakı arzusu
Qrup üzvləri təəssüratlarından danışıblar

Rəhim Rəhimli Nisə Qasımova ilə duet oxuyacaq
Təklif müğənninin özündən olub

Safura Əlizadə özünü bəstəkar kimi sınadı
O, ilk mahnısını bəstələyib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər