"Məni həm təbrik edir, həm də başsağlığı verirdilər"
 |
İradə İbrahimova yaradıcılığa dönür
Şənbə, 09.04.2011
|
|
İstanbulda yaşayan İradə İbrahimova övlad sevincini yaşadığı günlərdə ailəsində itki üz vermişdi. Atası vəfat etmişdi. Necə deyərlər, sevinclə kədər bir-birinə qarışmışdı. Bir sənət adamı və qadın üçün etiraf edək ki, ağır sınaq idi. Vəziyyətdən necə çıxa bildi? Yaxın günlərdə uzun aylardan sonra Bakıya gəlməyi düşünən sənətçi deyir:
- Həyatımın ən böyük stresini yaşadım. Çox qəribə bir situasiya idi - bilmirdim ilk övladımın dünyaya gəlməsinə sevinim, ya da ata itkisinə yanım. Əslində, stresi nəinki ana olanda, buna hazırlaşan aylarda da yaşayırdım. Atamın xəstəliyi məni hər an bu barədə düşündürürdü. Bakıya gəlib onu görürdüm, amma son aylar məlum səbəbdən səfərimi dayandırmalı oldum. Ata itkisi məni çox ağrıtdı - qurban olum Allaha, qızım İpəyi mənə bir təsəlli kimi göndərdi. Mənə atamın ölüm xəbəri bir az gec deyildi. Anamgil stresin dünyaya gəlməyə hazırlaşan bir körpə və anaya nə qədər təhlükə yarada biləcəyini bildikləri üçün belə düşünmüşdülər. Mən atamın 40 mərasiminə gələ bildim. Çox qəribə bir situasiya yaranmışdı - yasa gələn qonaqlar məni həm təbrik edir, həm də başsağlığı verirdilər. Şükür ki, bu stresi yoldaşımın və onun ailəsinin isti münasibəti və qayğısı sayəsində ata bildim.
- İradə İbrahimova gününü necə keçirir - vaxtını daha çox övladına ayıra bilirmi?
- Günüm İpəklə başlayır və İpəklə bitir (Bu arada həyat yoldaşı Ceyhun işdən zəng vurur və İradə müsahibəyə ara verib ona sonra zəng vuracağını deyir).
Hə, bundan sonra belə davam edəcək. Amma özümə də vaxt ayırıram. İlk aylarda özümü tamam unutmuşdum. Körpə həyata başlayan mücadiləsində bir neçə mərhələdən keçib. Gecələri yatmır, narahatlıq və s. Xırda problemlər yaranır. Artıq onlar geridə qalıb. Aradabir alış-verişə gedir, vaxt tapanda isə yaradıcılıq işini dayandırdığım yerdən davam etdirirəm.
- İpəyə dayə tutmusan?
- Dayəsi var, amma İpəyi vacib anlarda onun öhdəsinə buraxıram. Çalışıram günümüzü bir yerdə daha çox keçirək. Ağlayan zaman dayənin yox, mənim qucağımda sakitləşir. Uşaq anaya daha bağlı olmalıdır. Ona görə də qızım məni gözləməkdə olan bir çox işlərimdən dəyərlidir.
- Ekstrim vəziyyətlərdən necə çıxırdın?
- İlk aylarda uşağın ağlamaları məni panikaya salırdı. Mən, atası, qayınanam - növbə ilə onu sakitləşdirməyə çalışırdıq. Həmin vaxt yaşadığım stress məni bir az da gərginləşdirmişdi. Demək olar ki, o dönəmdə 10 kilo arıqladım.
- Bakıya sonuncu səfərində artıq çəkin rahat gözə çarpırdı. Bundan tamamilə qurtula bildin, yoxsa proses davam edir?
- Səhnə dönəmində həmişə özümü sıxmışam ki, artıq çəki olmasın. Amma hamiləlik dönəmində bu cür məhdudiyyətləri aradan götürdüm. Övladımın normal inkişafını və sağlamlığını düşündüm. Amma normal ana olmaq üsulunu seçmişdim deyə, vaxtlı-vaxtında idman edirdim. Yürüşə çıxırdım. Artıq kiloları tədricən azaldıram, normaya çatmağa çox az kilolar qalıb.
- Sənətdə yaratdığın fasilə hələ davam edir. Mahnıların səslənir, kliplərin yayımlanır. Amma səni köhnə kadrlardan eşidirik. Səhnəyə qayıtmamağına artıq kilolardır səbəb?
- Səbəb yalnızca həyatımda baş verən iki hadisə idi. Artıq kilo kimi problemim yoxdur..
|
|
|
Oxşar xəbərlər:
"Mənim ağ çiçəklərim"
Baba Vəziroğlunun yaradıcılıq gecəsi
Brilliant Dadaşova öz yaradıcılıq gecəsinə hazırlaşır
Xuraman Şuşalı:
"Toya "yüz ölçüb, bir biçmək" prinsipi ilə yanaşıram"
İradə İbrahimova:
|
|
|