Hal-hazırda Ayna qəzetinin 09.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Əməkhaqlarına 10 faiz artım planlaşdırılır
Əməkhaqlarına 10 faiz artım planlaşdırılır
Pul kütləsinin artımı qiymət artımına rəvac verməz ki?
Şənbə, 09.04.2011

Aynurə mətn ölçüsü  

Dünya bazarında neftin qiyməti son bir ayda ən yüksək həddə - 107 dollara qədər yüksəlib. Bu son üç ayda isə orta qiymət 90 dollardan yüksək olub. Bu, dünya bazarında neftin orta qiymətinin dövlət büdcəsində nəzərdə tutulan həddindən 50 faiz çox olması deməkdir. Büdcəyə daxilolmalar artıb. O baxımdan gələn ay dövlət büdcəsinə əlavə və dəyişikliklər qaçılmaz görünür. Əməkhaqlarında, sosial yardımlarda artımlar hələlik rəsmi olaraq elan edilməsə də, büdcə profisitinin yaranması və gəlirlər hissəsinin proqnozlaşdırıldığından çox olması bu addımı atmağa imkan verir. Büdcə dəyişikliklərindən sonra əməkhaqqı artımları ilə bağlı sərəncamlar gözlənilir. Proqnozlara görə, 2009-cu ildə olduğu kimi, bu artımlar 10 faiz intervalında olacaq. Və iyul ayından başlayaraq mərhələli olaraq büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqı artımları həyata keçirilə bilər.

Məlumat üçün: hökumət bu il orta aylıq əməkhaqqını 379 manata, 2012-ci ildə 431, 2013-də 485, 2014-cü ildə isə 551 manata çatdırmağı proqnozlaşdırır.

Mütəxəssislər onu da qeyd edirlər ki, cari ilin may ayında dövlət büdcəsinə gözlənilən əlavə və dəyişikliklər büdcədən sosial layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin artmasına gətirib çıxaracaq. Bu zaman büdcə gəlirlərinin artımı ilə yanaşı xərcləri də çoxaldılacaq. Xatırladaq ki, cari ilin büdcəsinin gəlirləri 12061,0 mln. manat, xərcləri isə 12748,0 mln. manat proqnozlaşdırılır. Xərclərin 55,1 faizi cari xərclərə, 42,2 faizi əsaslı xərclərə, 2,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilməsi planlaşdırılıb. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi isə 33,3 faiz müəyyən edilib.

İqtisadçıların fikrincə, əməkhaqqı artımlarının istehlak bazarına təsirlərini azaltmaq və eləcə də yeni qiymət artımları üçün baza yaratmasının qarşısını almaq üçün kompleks tədbirlərə ehtiyac var. Çünki dövriyyədə pul kütləsinin artması nəticə etibarı ilə qiymətlərin qalxması və ikinci yarımildə daha yüksək inflyasiyaya səbəb ola bilər. Bundan başqa, büdcəyə dəyişikliklər zamanı dövlət büdcəsində neft sektorunun rolunu, payını azaltmaq məqsədilə Neft Fondundan büdcəyə transfertlərin həcminə əlavələr edilməməsi daha məqsədəuyğun sayılır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Prezident 2011-ci il dövlət büdcəsini təsdiq edib

Ordunun şəxsi heyətində ixtisar istisna edilir

Parlament debatlarında sensasion mülahizələr

Azərbaycan və Ermənistan: 2010-cu il nə vəd edir?

Büdcə dəyişdirilib qəbul edildi

Bölmənin digər xəbərləri
 
Dövlət hökumət idarələrinə milyardlarla pul ayırırsa...
Bu, gizli subsidiyalaşmadan açıq subsidiyalaşmaya keçid deyilmi?

Xaricdən ucuz alınan mallar Bakıda baha satılır
Gömrük qiyməti ilə satış qiyməti arasında 12 dəfəyədək fərq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər