Hal-hazırda Ayna qəzetinin 09.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 09.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Dövlət hökumət idarələrinə milyardlarla pul ayırırsa...
Dövlət hökumət idarələrinə milyardlarla pul ayırırsa...
Bu, gizli subsidiyalaşmadan açıq subsidiyalaşmaya keçid deyilmi?
Şənbə, 09.04.2011


A.Əhməd
mətn ölçüsü  

Bu ilin investisiya proqramına kifayət qədər böyük miqdarda vəsait ayrılıb. Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən investisiya proqramı ümumilikdə 418 layihəni nəzərdə tutur. İnvestisiya büdcəsi isə 3 milyard 380 milyon manat təşkil edir.

İqtisadçı Rövşən Ağayev investisiya layihələri ilə tanış olduqdan sonra bu qənaətə gəlib ki, hökumətin korrupsiyaya qarşı başlatdığı kampaniya blefdir:

"Dövlət şirkətlərinə ayrılan vəsaitlər burada ən incə nöqtədir. Bu qurumlarda heç bir islahat getmədən hökumət böyük miqdarda vəsait ayırır. Məsələn, "Bakıelektrikşəbəkə"yə 50 milyon manat ayrılıb. Halbuki "Barmek" 4 il fəaliyyət göstərdi, dövlətdən bir qəpik də vəsait almırdı, özü də indiki qiymətlərdən 3 dəfə ucuz idi elektrik enerjisi. Amma indi dövlət şəbəkəyə hər il vəsait ayırır, hər dəfə də 50 milyon manatdan çox. Qiyməti artıranda da elan etmişdilər ki, elektrik enerjisi artıq maya dəyərindən bahaya satılır. Yəni bu şirkətə dövlət büdcəsindən vəsait ayırmağın heç bir əsaslandırması yoxdur. Əslində hökumət gizli subsidiyalaşmadan açıq subsidiyalaşmaya keçib və korrupsiya da açıq müstəviyə adlayıb".

Beləliklə, proqramla daha yaxın tanış olaq. Proqramda ən böyük xərc istiqamətlərini nəqliyyat layihələri təşkil edir. Bu istiqamətə ötən ilkindən 305 milyon manat az vəsait ayrılıb. Proqramda diqqət çəkən maraqlı məqam odur ki, bu il Əzizbəyov-Hava limanı yoluna vəsait ayrılmayıb. Məlumat üçün bildirək ki, həmin layihəyə dövlət büdcəsindən 6 ildə 360 milyon manat vəsait xərclənib.

Ən böyük nəqliyyat layihəsi Hava limanı-Mərdəkan dairəsi-Bilgəh yoludur. Bu yola indiyə qədər 250 milyon manat ayrılıb.

REKLAM

Bu ilin büdcəsindən isə 120 milyon manat ayırmaqla 19 kilometrlik yola xərclənən vəsaiti 370 milyon manata çatdırıblar.

İkinci böyük nəqliyyat layihəsi "Gənclik" metrosu ətrafında inşa edilən yol kompleksidir. Layihəyə 80 milyon manat ayrılıb. Ötən il ayrılan 225 milyon manatla birlikdə kompleks büdcədən 305 milyon manat almış olur.

Daha bir irimiqyaslı və eyni zamanda şübhəli layihə Bakı şəhərində nəqliyyatın intellektual idarəedilməsi layihəsidir. Layihəyə bu ilin büdcəsindən 20 milyon manat ayrılıb, ötən il isə bu istiqamətə 36 milyon manat yönəldilmişdi. İqtisadçı Rövşən Ağayev bildirir ki, 56 milyon manat ayrılan layihənin nə məqsəd daşıdığı hələ qaranlıq olaraq qalır. "Magistral yol-2" layihəsində Azərbaycan tərəfinin payı olaraq 90 milyon manat ayrılıb. Bakı-Şamaxı yolunun genişləndirilməsində yenə Azərbaycan tərəfinin payı kimi 15 milyon manat ayrılıb. Beynəlxalq dəniz ticarəti limanına 2011-ci ilin büdcəsindən 50 milyon manat yönəldilib. Bu layihəyə əvvəlki illərdə 60 milyon manat xərclənib...

R.Ağayevin sözlərinə görə, qeyri-nəqliyyat layihələri içərisində də kifayət qədər böyük vəsait ayrılanı var. Bunlardan Heydər Əliyev Mərkəzini vurğulamaq olar. Layihəyə bu il 88 milyon manat vəsait ayrılıb. İndiyə qədər mərkəzin tikintisinə 170,3 milyon manat xərclənib. Beləliklə, bu istiqamətdə istifadə olunan büdcə vəsaitlərinin həcmi 251,3 milyon manata çatır. Şəmkir çayı üzərində dəryaçanın tikinti layihəsinə ayrılan vəsait də fantastik həddə çatıb. Bu ilin investisiya proqramı çərçivəsində həmin layihəyə 100 milyon manat ayrılıb, indiyə qədər isə 141 milyon manat xərclənib. Bu da artıq layihənin büdcədən 241 milyon manat alması deməkdir.

İndiyə qədər büdcədən görünməmiş həddə vəsait Qusar turizm kompleksinə ayrılıb - 245 milyon manat. Buna qədər isə həmin layihəyə 279,6 milyon manat istifadə edilib. 520 milyon manatdan çox vəsait ayrılan və hələ tikintisi davam edən kompleksə bundan sonra da vəsait ayrılacağı şübhəsizdir.

Bakı Şəhər İcra Hakimiyyətinə də bu il kifayət qədər böyük məbləğdə vəsait ayrılıb - 102,4 milyon manat. Həmin vəsaitin 73,4 milyon manatı tarixi binaların təmiri və fəvvarələrin tikintisi üçün nəzərdə tutulub.

Təhsil Nazirliyinə 88 milyon manat ayrılıb ki, bunun da 44 milyon manatı qəza vəziyyətində olan məktəblərin təmiri üçün nəzərdə tutulur. Ancaq əvvəlki illərdən fərqli olaraq həmin məktəblərin siyahısı, konkret bölgü açıqlanmayıb. Bu isə o deməkdir ki, Təhsil Nazirliyinə ayrılan vəsaitin faktiki olaraq 50 faizinin təyinatı haqda detallı məlumat yoxdur.

İnvestisiya proqramında diqqət çəkən ən ciddi məqam iri vergi ödəyicilərinə ayrılan vəsaitlə bağlıdır. Bir daha aydın olur ki, adları iri vergi ödəyicisi olsa da, büdcədən ən çox pul alanlar elə məhz bu qurumlardır. Bu il üst-üstə 5 quruma - "Azərsu", AZAL, Bakı Metropoliteni, "Bakıelektrikşəbəkə" və "Azərenerji" - 679,2 milyon manat vəsait ayrılır ki, bu da ümumilikdə büdcə investisiyalarının 20 faizi deməkdir. Yəni əslində dövlət büdcədən ayırdığı investisiyanın hər 5 manatından 1-ni öz mülkiyyətində olan şirkətlərə verir. Ən böyük pay isə AZAL-a ayrılacaq - 261,1 milyon manat. Həmin vəsaitin təyinatına gəlincə, 100 milyon manat beynəlxalq hava limanında yeni aerovağzal kompleksinin, 50 milyon manat limanda uçuş-enmə zolağının və yollarının, 80 milyon manat isə Qəbələ hava limanının tikintisinə xərclənəcək.

R.Ağayev deyir ki, son layihə heç bir əsaslandırma olmadan həyata keçirilir. Bakı Metropoliteninə 164,3 milyon manat ayrılıb. Bunun 70 milyon manatı "Memar Əcəmi"-"Avtovağzal" stansiyasının tikintisinə, 60 milyon manatı "Bakı Metropoliteni üçüncü növbənin Şimal tikintisi" adı altında təyinatlanıb.

"Azərsu"ya ayrılan vəsaitlərə gəldikdə, maraqlıdır ki, qurumun büdcəsindən Oğuz-Qəbələ-Bakı su kəmərinə də vəsait ayrılıb:

"Məsələ ondadır ki, həmin layihəyə bu il Neft Fondundan da 35 milyon manat yönəldilib. Hesablamalar göstərir ki, su kəmərinə üst-üstə ayrılan vəsaitin həcmi 820 milyon manata çatıb".

Meliorasiya sisteminə 186,5 milyon manat vəsait ayrılıb. Bunun 100 milyonu yuxarıda da qeyd etdiyimiz kimi, Şəmkirdə su anbarının tikintisinə nəzərdə tutulub. 27,7 milyon manat isə sel və daşqın təhlükəsi ilə bağlı tədbirlərə xərclənəcək.

Hər bir millətin inkişafının təməli olan elmə gəldikdə, bu ilin büdcəsində 108,7 milyon manat ayrılıb... Büdcənin cəmi 0,8 faizi...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ADNA-nın qarşısına saxta pullar səpələndi

Bələdiyyələrdə daha 21 korrupsiya faktı

Balaxanı bələdiyyəsinin keçmiş sədri mühakimə olunur

Korrupsiyaya qarşı "səfərbərlik"?

Dəmiryol sistemində korrupsiyaya "yox" deyildi

Bölmənin digər xəbərləri
 
Əməkhaqlarına 10 faiz artım planlaşdırılır
Pul kütləsinin artımı qiymət artımına rəvac verməz ki?

Xaricdən ucuz alınan mallar Bakıda baha satılır
Gömrük qiyməti ilə satış qiyməti arasında 12 dəfəyədək fərq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər