Hal-hazırda Ayna qəzetinin 02.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Nura jurnalistləri çağırmayacaq
Nura jurnalistləri çağırmayacaq
Ondan az yazır, az danışırlar - ona görə
Şənbə, 02.04.2011

Zəminə mətn ölçüsü  

Nura Suri çoxdan vəd etdiyi albomuna və yenilənmiş saytına təqdimat mərasimi keçirib. Toplantıda sənətçi yazdırdığı bəzi mahnıların konkret ithaf nöqtəsi olduğunu deyib. "Nəğmələrimdə yaşadacağam" adı ilə təqdim olunan topluda "Dön artıq" mahnısı Milli Qəhrəmanımız Mübariz İbrahimova ithaf olunub. "Səndən öyrəndim"i müğənni anasına, Tarkanın repertuarından olan "Sevdanın son vuruşu"nu sonbeşiyi Davidə, "Annenin səsi"ni isə kimsəsiz uşaqlara həsr edilmişdir.

Sayt fərqli biçimdə hazırlanıb. Belə ki, adət etdiyimiz bioqrafiya, foto, mahnı bölümü ilə yanaşı Nura Suri sənətinə hörmət etdiyi bir sıra ziyalılarla götürdüyü müsahibəsini yerləşdirib. Müğənni bunu uşaqlıq hobbisi adlandırıb.

Amma mətbuat konfransı qalmaqalsız ötüşməyib. Belə ki, müğənni çıxış sözünə başlayan kimi jurnalistlərin etirazı ilə qarşılaşdı. Məsələ burasındadır ki, Nura bu gün təqdim etdiyi "Nəğmələrimdə yaşadacağam" albomunu artıq bir gün əvvəl paytaxtın əyləncə mərkəzlərinin birində, müğənninin həmkarlarının iştirakı ilə digər KİV mənsublarına təqdim edib. Həmin tədbirdə yazılı mətbuat iştirak etməsə də, telekanallara bütün yeniliklər barədə ətraflı danışıb.

Etirazın səbəbini anlamadığını deyən Nura öz arqumentlərini açıqladı: "Mən özümə söz vermişəm, həmkarlarımla birgə keçirəcəyim tədbirlərə artıq jurnalistləri çağırmayacağam. Çünki onlar gəlib mənim həmkarlarımdan müsahibə alırlar, mənim tədbirlərimdən isə sadəcə onlara verilən press-relizlərlə kifayətlənirlər. Bir məqam da var ki, jurnalistlər, xüsusilə də televiziya əməkdaşları həmkarlarımın mənim barəmdə danışdıqları yaxşı sözləri efirə vermir, yazmırlar. Bu, mənə qarşı hörmətsizlikdir. Niyə mənə qarşı bu münasibət var, bilmirəm", - deyə müğənni gileyləndi. Nura yenidən aparıcı kimi fəaliyyət göstərəcəyini də dedi: "ANS telekanalında qadınlara həsr olunan verilişin aparıcısı olacağam".

Müğənni konsert verməyəcəyini də açıqladı: "Azərbaycanda konsertdən pul qazanan müğənni yoxdur. Mənim 3 övladım var. Mən anayam. Bütün yük mənim üzərimdədir. Konsert keçirmək üçün kifayət qədər məbləğ lazımdır. Mən bu yay sadəcə klublarda çıxış edəcəyəm".

Sənətçi bu yaxınlarda reper Elşad Xose və müğənni Samir Cavadzadə ilə duet oxumağı planlaşdırır. Bununla yanaşı Nura bəstəkar-aparıcı Murad Arifdən də mahnı alıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakıda beynəlxalq münasibətlər simpoziumu

Natəvan Həbibi qumsal adaya üz tutur

Nura öz yeni xarakterini Türkiyədə sərgiləyəcək

Yazıçılar Birliyinin saytı bərpa olunacaq

Gələn həftə "Qala" filminin təqdimatı keçiriləcək

Bölmənin digər xəbərləri
 
Akif İslamzadə eşidilməyən mahnılarını üzə çıxarmaq istəyir
Bəs nə mane olur?

Tatlısəsə çatası pulları kim qazandı?
İran əsilli sənətçilər

Aygün Kazımova sima seçilib
Sənətçi adını daşıyan kəs dərgidə təqdim olunacaq

Ebru Gündeş ana olacaq
Sənətçi azərbaycanlı həyat yoldaşı tərəfindən sevildiyini deyib

"Yəqin ilin sonuna evlənərəm"
Müğənni Elnur düşüncəsində özünü buna hazır görür

Rejissor Nail Naiboğlu avtoqəzaya uğrayıb
Onun yol polisinə minnətdarlıq borcu var

Rəhim Rəhimlinin həyatındakı xanım kimdir?
Onun adı tezliklə açıqlanacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər