Rejissor və klipmeyker Nail Naiboğlu avtoqəzaya uğrayıb. Sürücü sürüşkən yolda idarəetməni itirib, nəticədə onun "KIA Cerato" markalı avtomobili Lənkəran-Cəlilabad yolunda körpüdən düşüb. Rejissor vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
"Yol polisinin köməyi ilə avtomobili traktorla Göytəpə körpüsünün altından çıxardıq. Sonra onlar mənə yola düşməyə və Bakıya gəlib çatmağa kömək etdilər. Avtomobili təmirə göndərdik. Allaha şükür, yüngül zədə və qorxu ilə canımızı qurtara bildik", - deyə rejissor bildirib.
Onun sözlərinə görə, minnətdarlıq əlaməti olaraq növbəti işini yol polisinə həsr edəcək. Mahnını Röya Ayxan ifa edib.
|