Hal-hazırda Ayna qəzetinin 02.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Yəqin ilin sonuna evlənərəm"
"Yəqin ilin sonuna evlənərəm"
Müğənni Elnur düşüncəsində özünü buna hazır görür
Şənbə, 02.04.2011

Şəms mətn ölçüsü  

"Şeron" qrupunun keçmiş üzvlərindən Elnurun mətbuatdan yan gəzdiyi, verilən sualları cavablandırmadığı kimi fikirlər dolaşır. Bunu nə məqsədlə etdiyi konkret bəlli olmasa da, şəxsi suallardan qaçdığını fərziyyə kimi söyləmək olar. Niyəsini özü söylədi:

- Əslində buna qaçmaq demək olmaz. Niyə qaçım ki? Şəxsi həyatla bağlı suallardan qaçıram. Kişinin şəxsi həyatı özünə aid olmalıdır. Sənətçiyəm, çox istərdim mətbuatın ünvanladığı suallar işlərimlə bağlı olsun.

- Baxmayaraq, şəxsi həyatınızla bağlı şayiələr yarada biləcək bəzi məqamları da mətbuatda nümayiş etdirməkdən çəkinmirsiniz...

- O əvvəllər idi. İndi yox.

- Elə bu yaxınlarda model Günay Musayeva ilə aranızda şayiələr yarandı, internet saytlarda xəbərlər çıxdı. Sizcə, niyə belə oldu?

- Biz eyni sənətin insanlarıyıq. Biz indi oturub söhbət edirik. Kənardan biri baxıb başqa cür qiymətləndirsə, sizə necə təsir edər? Mən istəyirəm ki, hər şey doğru-dürüst yazılsın.

- Üstəlik bu yaxınlarda gəlin və bəy geyimlərində jurnallardan birinin üz qabığına şəkil çəkdirdiniz. Şayiələrə təkan verdiniz.

- Əksinə, biz bununla demək istədik ki, dostuq, incəsənət insanlarıyıq.

- Siz müğənnisiniz. Mahnını özünüz üçün oxumursunuz ki? Geniş kütləyə xitab edirsiniz. Eləcə də kütlənin marağı və sizin onlara hesabat verməyiniz normaldır.

- Aydındır, anlayıram. Amma insanların özlərinə xas xüsusiyyətləri var. Mən bilirəm, siz nəyi xoşlamırsınız və ünsiyyətdə problemə yol açacaq o məqama yol vermərəm.

REKLAM

Eləcə də mənim bəyənmədiklərim var. Bu da mənim xasiyyətimdir. Reklam, hər şeyi açıq-aydın nümayiş etdirmək mənlik deyil. Bu o demək deyil ki, normal həyat yaşamıram. Normal da yaşayıram, kefim istədiyi şəxsi həyatı da yaşayıram. Həyatımda hər şeyi görmüşəm.

- Eşitdiyimə görə, müəlliminiz Vaqif Gərayzadə sizə tövsiyə edib ki, mümkün qədər mətbuatdan uzaq olasınız. Siz məhz bu məsləhətə əməl edirsiniz?

- Müəllimim yönəldib öyrətsə də, bu, şəxsi fikrimdir. Açıq-saçıqlığı heç bir kişiyə yaraşdırmıram.

- Onda yəqin sizdən hansı tip qadınla evlənmək istədiyini soruşmaq olar yəqin?

- Azərbaycan xanımı ilə. Azərbaycan xanımı deyəndə - ailəsinə sadiq olan, ailəsinə baxan, həyat yoldaşının sözünə əməl edən xanımla ailə qurmaq istəyərdim.

- Mən də onu əlavə edim ki, sizin sadaladığınız xarakterli xanımlar da müğənni ilə ailə qurmaq arzusunda deyil.

- Mən elə deməzdim. Kişidən çox şey asılıdır. Heç bir xanım həyat yoldaşı ilə münasibətini aşkar etməz. Kişinin xanımı başının tacı olmalıdır. Kişinin çöldə nə etdiyi niyə hamıya məlum olmalıdır ki, evdə də söz-söhbət olsun. Hər şey kişidən asılıdır.

- Bizim şou-biznesdə kişilər sənətlərinə görə problem yaşayıb boşanırlar. Gələcəkdə narazılıq görsəniz, ailəni qorumaq naminə güzəştə gedərsiniz?

- Mənim bir fikrim var. Ailə qururamsa, birdəfəlik olmalıdır. O ailəni hərtərəfli qorumalıyam. Ailədə narazılıq baş versə, qarşısını almalıyam. Ailə əbədi olmalıdır.

- İnsanlar evlənəndə bir-birlərinə çox şey vəd edir. Lakin birləşəndə müəyyən mənada maraq itir. Hər iki tərəf o vədə əməl etməyə də bilər.

- Kişi tərəf kimi deyirəm ki, kişi nə vəd veribsə, etməlidir. Konkret özümə gəlincə, hərdən dostlar deyir ki, mən ailə qurmaq üçün bir qədər gecikmiş sayılıram. Əslində evlənməyimə mane olan böyük problem yoxdur. Bir məqamı qeyd edim. Həyatda hər şeyə özüm nail olmuşam. Valideynlərim də bu uğurlarıma sevinir. Mən də istəyirəm ki, ailə qurub ayrı qalım, ata evində yaşamayım. İstəyirəm özümə ev alıb evlənim.

- Bəs qazandıqlarınızı hara xərcləyirsiniz?

- Hamı elə düşünür ki, biz milyonçuyuq. Biz müğənnilər çox yerdən qazanmırıq, adi el şənliklərindən qazanırıq. Onlar da azalıb, nə albom, nə konsertlərdən pul qazanırıq. Qazandıqlarımız da geyim-kecimdi. Bir mahnının aranjimanı, sözü, musiqisi bilirsiniz neçəyə başa gəlir? Bir kostyumu uzağı dörd-beş dəfə geyinirik. Kostyuma da dörd-beş min manat veririk.

- Bu nədir, kompleksdir? Əgər artıq məşhursunuzsa, o qiyməti üzərində daşımadan da tamaşaçı diqqətində ola bilərsiniz.

- Yox, kompleks deyil. İnanın, elə geyim var ki, 500 manatlıqdır. Sözüm odur ki, çətinliklər çoxdur. Yəni evlilik üçün hələ o dərəcədə hazır deyiləm. Düşüncəmdə hazıram. Yəqin ilin sonuna toy olar.

- Deməli, konkret hədəf var...

- (Gülür) Biləcəksiniz inşallah! Azərbaycanda nə baş verirsə, mətbuat bilir. Ailə qurmağı gizlətmək olmaz.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakıda beynəlxalq münasibətlər simpoziumu

Elnur Maldiv adasında klip çəkdirəcək

Elnur Məmmədli polisdə!

Uzun yolun başlanğıcında

Londonda lisenziya xalı paylanır

Bölmənin digər xəbərləri
 
Akif İslamzadə eşidilməyən mahnılarını üzə çıxarmaq istəyir
Bəs nə mane olur?

Tatlısəsə çatası pulları kim qazandı?
İran əsilli sənətçilər

Aygün Kazımova sima seçilib
Sənətçi adını daşıyan kəs dərgidə təqdim olunacaq

Ebru Gündeş ana olacaq
Sənətçi azərbaycanlı həyat yoldaşı tərəfindən sevildiyini deyib

Rejissor Nail Naiboğlu avtoqəzaya uğrayıb
Onun yol polisinə minnətdarlıq borcu var

Nura jurnalistləri çağırmayacaq
Ondan az yazır, az danışırlar - ona görə

Rəhim Rəhimlinin həyatındakı xanım kimdir?
Onun adı tezliklə açıqlanacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər