Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş ana olmağa hazırlaşır. Türk mətbuatının yazdığına görə, türkiyəli sənətçi qatıldığı canlı yayımda sevdiyi insanın uşağını dünyaya gətirəcəyini bildirib. Gündeş "İnsanlar xoşbəxt olmağıma səbəb kimi müxtəlif bəhanələr deyirlər. Ancaq bunun əsl səbəbi ana olacağımla bağlıdır. Bəli, yayılan xəbərlər doğrudur. Bunu ən birinci mətbuata özüm açıqlamaq istəyirdim. Ancaq sizlər kimdənsə eşitdiniz. Mənə isə bunu doğrulamaq qalır. Xoşbəxtliyimə başqa bir səbəb isə yoldaşım Rza Zərrab tərəfindən sevilməyimdir. Mən özümü çox şanslı qadın hesab edirəm", - deyə müğənni söyləyib.
Gündeş başından yaralanan və hazırda xəstəxanada olan İbrahim Tatlısəs haqqında "o mənim üçün çox özəl bir insandır. Səsi, insanpərvərliyi möhtəşəmdir. Bir daha heç vaxt Türkiyəyə ikinci Tatlısəs gəlməyəcək. Sağlığı ilə yaxından maraqlanıram. Hər şey qaydasındadır. Tez-tez ziyarət edirəm. Hazırda vəziyyəti əməliyyatdan sonra normal sayılır. İnanıram ki, daha da yaxşı olacaq. Onun üçün daima dualar edirəm" deyib.
|