"Ay və gün" adlı yeni maqazin jurnal işıq üzü görəcək. Bu barədə qəzetimizə jurnalın əməkdaşı danışıb. Xalq artisti Aygün Kazımovanın mənəvi dəstəyi ilə çap olunacaq jurnalın əsas siması da elə Aygün Kazımovadır. Ayda bir dəfə nəşr olunacaq jurnalın ilk sayında A.Kazımovanın son əməliyyatından fotosessiyası, müsahibə və digər maraqlı rubrikalar yer alıb. Müsahibədə Aygünün heç yerdə etmədiyi etirafları ilə də qarşılaşacaqsınız. Jurnal böyük oxucu kütləsinə hesablanıb. Yaxın günlərdə xalq artisti Aygün Kazımovanın iştirakı ilə "Ay və gün"ün təqdimatı gözlənir.