Hal-hazırda Ayna qəzetinin 02.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Üzümçülüyün inkişafına qərar verildi
Üzümçülüyün inkişafına qərar verildi
Bir vaxt büdcə gəlirlərinin 45 faizi bu sahədən gəlirmiş
Şənbə, 02.04.2011

A.Akif mətn ölçüsü  

Otuz bir il öncə Azərbaycanın büdcəsinin gəlirinin 40-45 faizini üzümçülük təşkil edirdi. İndi isə bu rəqəm heç 1 faiz belə deyil. Amma üzümçülük gəlirli sahə olduğundan onu inkişaf etdirmək həm istehsalçıların, həm də dövlətin marağındadır. Buna kifayət qədər potensial da var. Bir vaxt Azərbaycanda 35-ə yaxın üzüm emalı müəssisəsi olsa da, indi onların əksəriyyəti ya ləğv olunub, ya da işləmir. Yaxud da yeni texnologiyaların tətbiqinə ehtiyac var. Mütəxəssislər hesab edir ki, əgər bütün bunlar kompleks şəkildə həllini tapsa, yaxın 2-3 ildə üzümçülük və şərabçılıq sahəsində yüksəlişə şahid olarıq.

Hökumət üzümçülük üzrə xüsusi proqram hazırlamağı və fond yaratmağı planlaşdırır. Bu fond 10 il müddətinə kreditlər verilməsini nəzərdə tutur.

Yaxın bir neçə ildə Bakı kəndlərində 100 hektar ərazidə üzüm bağı salınacaq. Bununla bağlı sahibkarlarla müzakirələr aparılır. İİN Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin bildirdiyinə görə, hazırda bölgələrdə üzümçülüyün inkişafı sahəsində bir sıra layihələr həyata keçirilir və gələcəkdə bu işlər davam etdiriləcək. "Bu işlər çərçivəsində Qusar rayonunda müxtəlif üzüm sortları daxil olmaqla, 50 hektar üzüm bağı salınacaq", - fond rəhbəri qeyd edib.

KTN-dən verilən bilgiyə görə, üzümçülüyü dirçəltməyə tingçilik və iri təsərrüfatlar yaratmaqla başlamaq lazımdır. Nazirliyin Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahovun sözlərinə görə, hazırda ölkəyə tinglər əsasən xaricdən - Fransa, İtaliya və Rusiyadan gətirilir. KTN mütəxəssisləri Fransa və İtaliya şirkətləri ilə Azərbaycanda müştərək ting müəssisəsi açmaq barədə razılığa gəlib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi

Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri arasında

"Borçalı" Cəmiyyəti Tbilisidə mitinq keçirəcək

178 ölkə arasında 134-cü yer...

"Cənub dəhlizi" üzrə birgə işçi qrupu yaradılır

Bölmənin digər xəbərləri
 
Ölkəmizdə qışlayan quşların sayı azalıb
Su-bataqlıq ərazilər primitiv idarə olunur

Kənd təsərrüfatı avadanlıqlarına güzəşt
Onlar ƏDV və gömrük rüsumundan azad olundu

Əsgərimiz niyə öz çörəyimizi yeməsin?
Ərzaq təhlükəsizliyimiz yarıbayarı təmin edilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər