Hal-hazırda Ayna qəzetinin 02.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Əsgərimiz niyə öz çörəyimizi yeməsin?
Əsgərimiz niyə öz çörəyimizi yeməsin?
Ərzaq təhlükəsizliyimiz yarıbayarı təmin edilib
Şənbə, 02.04.2011


A.Əhməd
mətn ölçüsü  

Ölkədə istehlak edilən ərzaq məhsullarının 50 faizi idxal olunur. Odur ki, dünya bazarında qiymətlər bahalaşanda ölkəmizdə də bahalaşma özünü göstərir. Azərbaycan aqrar ölkə sayılsa da, ümumi daxili məhsulda bu sektorun payı çox azdır. Halbuki torpaqlar pay sahiblərinə paylanıb, fermerlərə dotasiya, güzəştli kreditlər verilir, vergilərdən azad olunur. Lakin aqrar sahə yenə də yerində sayır. Ölkə özünün ərzaq təhlükəsizliyini tam təmin edə bilmir.

Hökumət vəziyyəti dəyişmək üçün tədbirlər görməyə başlayıb. Nazirlər Kabinetinin gəldiyi qərara əsasən, ərzaq təhlükəsizliyinin daha etibarlı təminatı məqsədilə Mərkəzi Aran rayonlarında və Mil-Muğan zonasında mərhələlərlə iri fermer təsərrüfatları yaradılacaq. Verilən güzəşt müddəti bitdikdən sonra fermerlər dövlətin bu təsərrüfatların yaradılmasına sərf etdiyi vəsaiti ödəməli olacaqlar.

Amma bir sıra ekspertlər hökumətin bu qərarını dəstəkləmir. Hesab edilir ki, bunun aqrar sektorun inkişafına faydası olmayacaq. Məsələ ondadır ki, ölkədə istifadəsiz qalmış əkinə yararlı torpaq sahəsi çox azdır. Azyararlı və yararsız torpaqlarda nə isə əkib-becərmək ona görə mümkün deyil ki, həmin ərazilərə su çəkilməsi, yolların salınması, qəsəbələrin tikilməsi və s. üçün əlavə xərclər lazımdır. İqtisadçılar deyirlər ki, bu xərclər üçün vəsait ayrılması büdcə vəsaitlərinin mənimsənilməsinə yönələ bilər. Əksinə, bu gün həmin vəsaitləri kənd təsərrüfatının inkişafına yönəltmək daha məqsədəuyğundur.

İqtisadçı-ekspert Samir Əliyev bu fikirdədir ki, iri fermer təsərrüfatları sağlam rəqabət şəraitində yaradılmalıdır. Hökumət tərəfindən zəruri konsepsiya hazırlanmalı, dövlətin bu istiqamətdə siyasəti tam aydın olmalıdır.

REKLAM

Elə şərait yaradılmalıdır ki, kəndli istehsal etdiyi məhsulu istədiyi qiymətə sata bilsin. O deyir:

"Əgər istehsal olunan məhsulun maya dəyəri bazardakı satış qiymətindən qat-qat baha başa gələrsə, həmin məhsulu satmaq sərfəli olmaz. Dövlət kəndliyə müəyyən güzəştlər versə, dövlət sifarişlərini və satınalmalarını həyata keçirsə, ən azı onun istehsal edəcəyi məhsulu sərfəli qiymətə alsa, o zaman kəndlidə məhsul istehsal etməyə maraq oyanar. Əks təqdirdə atılan addımlar nəticəsiz qalacaq".

Mütəxəssis Vahid Məhərrəmov da iri fermer təsərrüfatları yaradılmasını mürəkkəb məsələ sayır. Onun sözlərinə görə, bu iş yalnız o halda mümkündür ki, həmin torpaqlar bu sahədə təcrübəsi və savadı olan şəxslərə verilsin:

"Əgər bu niyyət aqrar sahədən xəbərsiz olan müəyyən şəxslərin mənafeyinə xidmət edəcəksə, dövlətin ayırdığı vəsaitlər mənimsənəcəksə, hər hansı müsbət nəticə əldə edilə bilməz. Onu da bildirim ki, iri fermer təsərrüfatları isə yalnız kəndlilərin pay torpaqlarını onların əlindən almaq yoluyla yaradıla bilər...".

V.Məhərrəmov onu da bildirdi ki, əgər dövlət torpaq sahələrini inhisarçıların ixtiyarına verərsə, belə bir acınacaqlı durumun sonucunda bahalaşma tüğyan edəcək. Çünki həmin inhisarçılar bazarlarda məhsulların qiymətlərini təyin edəcəklər.

Kooperasiya təşviq edilsin

İqtisadçı alim Nazim Məmmədovun fikrincə, aqrar sektoru inkişaf etdirmək üçün pay torpağı almış insanların bir yerdə kooperasiya şəklində birləşib təsərrüfat fəaliyyətinə başlamaları təşviq edilməlidir. Özü də kağız üzərində deyil. İqtisadçı hesab edir ki, kənd icmaları vasitəsilə faktiki mövcud olan böyük fermer təsərrüfatlarına dövlət güzəştli şərtlərlə resurslar, texnika verə bilər. Emal sənayesinin yerlərdə qurulması da təşviq edilməlidir.

İqtisadçı deyir ki, iqtisadiyyatın lokomotivi maliyyə sektoru olduğundan hər şeyi banklardan başlamaq lazımdır. Regional bankların fəaliyyətini genişləndirmək vacibdir. Bankların kənd yerlərində yaşayanlara daha rahat, girovsuz kredit verməsi və ya kənd icmalarının zəmanəti altında girovların verilməsinə imkan yaradılarsa, fermerlər kooperasiyaya meyilli olar.

Hesab edilir ki, iqtisadi miqrasiyanın qarşısının alınmasında işlər görülməlidir. Bu iş inzibati yolla deyil, təşviq çərçivəsində aparılmalıdır. İnsanların geri qayıtmasına nail olmaq üçün kəndlərə təbii qaz verilməli, yollar rahat olmalıdır. Bundan başqa, aqrar sahədə maliyyə resurslarına çıxış asanlaşmalıdır. Onların məhsulunun topdansatış mərkəzlərində alınması və pərakəndə satış mərkəzlərinə çatdırılması təşkil edilməlidir. Bölgələrdə soyuducu anbarlar tikilməlidir.

Bizim əsgərin ərzağı hardan gəlir?

İqtisadçı diqqəti dövlət büdcəsinin strukturuna yönəldir. Dövlət satınalmaları vasitəsilə müxtəlif ərzaq məhsullarının alışına ilbəil kifayət qədər vəsait ayrıldığı müşahidə edilir:

"Əgər bu məqsədlə tenderlər daxili bazardan alınmış məhsullar hesabına keçirilmiş olsaydı, milli istehsala daha çox üstünlük verilsəydi, çox yaxşı olardı. Bu məqsədlər üçün ildə təxminən 600 milyon manat nəzərdə tutulur. Amma məsələn, hərbi hissələrə ərzaq məhsullarının əksəriyyəti ya Baltikyanı ölkələrdən və ya İran, Türkiyə, MDB ölkələrindən gətirilir. Halbuki ölkədə bütün ərzaq məhsullarının istehsalı və təqdim olunması üçün həm təbii şərait, həm də normal vəziyyət var. Biz daha çox ekoloji təmiz məhsulları təşviq etməliyik. Çünki idxal məhsullarının çoxu genefondu dəyişilmiş məhsullar olur".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dövlət torpaqları istifadəyə cəlb olunur

Həyatımıza əmlakın icbari sığortası gəlir

Bölmənin digər xəbərləri
 
Ölkəmizdə qışlayan quşların sayı azalıb
Su-bataqlıq ərazilər primitiv idarə olunur

Kənd təsərrüfatı avadanlıqlarına güzəşt
Onlar ƏDV və gömrük rüsumundan azad olundu

Üzümçülüyün inkişafına qərar verildi
Bir vaxt büdcə gəlirlərinin 45 faizi bu sahədən gəlirmiş



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər