Hal-hazırda Ayna qəzetinin 02.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Kənd təsərrüfatı avadanlıqlarına güzəşt
Onlar ƏDV və gömrük rüsumundan azad olundu
Şənbə, 02.04.2011

mətn ölçüsü  

Bu addım istehsalı artırmaq üçün atılıb. Belə ki, 2015-ci ilə qədər ət istehsalının 340 min ton, süd 2,4 milyon ton, yumurta 1,3 milyard ədəd, taxıl 2 milyon 800 min ton, sənaye üsulu ilə quş əti istehsalını isə 80 min tona çatdırmaq nəzərdə tutulub. Bu hədəflərə çatmaq üçün Nazirlər Kabinetinin qərarı ilə ölkəyə gətirilən kənd təsərrüfatı avadanlıqlarının böyük hissəsi gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunub. Beləliklə, bu vacib avadanlıqlar iş adamlarına xeyli ucuz başa gələcək.

KTN şöbə müdiri Rafiq Məcidovun bildirdiyinə görə, Nazirlər Kabinetinin qərarı bu məqsədə çatmağa hesablanıb:"Ölkəyə quşçuluğun inkişafı üçün avadanlıqların idxalı nəzərdə tutulur. Bunlar aqrolizinq vasitəsilə gətiriləndə ƏDV-dən azad olunurdu. Lakin indi hər kəs bu avadanlıqlara görə ƏDV və gömrük rüsumundan azad olunacaq".

Şöbə müdiri onu da bildirdi ki, hazırda Azərbaycan özünü bir sıra məhsullarla tam təmin etsə də, bəzi sahələrin inkişafına ehtiyac var. Ölkə ötən il öz ehtiyacını ödəməklə yanaşı, 188 min ton meyvə, 62 min ton kartof da ixrac edib. Yeni güzəştlər isə iş adamlarına əlavə imkanlar yaradır. 15 faiz gömrük rüsumu və 18 faiz ƏDV-nin ləğvi ilə sahibkar 33 faiz rüsumdan azad edilmiş olur. Bu isə kənd təsərrüfatı sahəsi üçün böyük güzəşt sayılır.

Tətbiq olunan güzəşt hər bir hüquqi və fiziki şəxsə sərbəst şəkildə ölkəyə kənd təsərrüfatı malları və avadanlığı gətirməyə imkan verəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ümumvətəndaşlıq pasportlarının qiyməti 40 AZN

İrana Azərbaycan vətəndaşlarının səfəri məhdudlaşdırılıb

10 min manat təzminat

Növbəti sakit, qalmaqalsız bir iclas

Avtomobil idxalı 30 faiz azalacaq

Bölmənin digər xəbərləri
 
Ölkəmizdə qışlayan quşların sayı azalıb
Su-bataqlıq ərazilər primitiv idarə olunur

Əsgərimiz niyə öz çörəyimizi yeməsin?
Ərzaq təhlükəsizliyimiz yarıbayarı təmin edilib

Üzümçülüyün inkişafına qərar verildi
Bir vaxt büdcə gəlirlərinin 45 faizi bu sahədən gəlirmiş



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər