Hal-hazırda Ayna qəzetinin 19.03.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.03.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Bakının yeni beynəlxalq hava limanı olacaq
Bu liman yeni nəsil "Boinq" və "Ruslan"ları qəbul edə biləcək
Şənbə, 19.03.2011

mətn ölçüsü  

Bakıda yeni beynəlxalq hava limanının tikintisinə başlanıb. Tikintiyə başlanma mərasimi prezident İlham Əliyevin iştirakı ilə keçirilib. Hava limanı 1960-cı ilin ortalarında tikilmiş və yenidən qurulmadan sonra daxili reyslər üçün istifadə olunan köhnə aeroportun yerində inşa ediləcək.

Məlumatlı qaynaqlardan "Turan"a bəlli olub ki, yeni hava limanının gücü ildə 3 mln. sərnişin təşkil edəcək ki, bu da indiki sərnişin axınından 2 dəfə çoxdur. 2000-ci ilin əvvəllərində tikilmiş hazırkı beynəlxalq aeroport da yenidən qurulacaq və daxili reyslər üçün istifadə olunacaq.

Yeni hava limanı beynəlxalq standartlara uyğun inşa ediləcək. Onun uçuş-enmə zolağı 4 km olacaq və yeni nəsil "Boinq", "Ruslan" tipli yük təyyarələrini qəbul etməyə qadir olacaq. Bundan başqa, hava limanı ən aşağı hündürlükdə uçan təyyarələri müəyyən etmək qabiliyyətinə malik radarlarla təchiz olunacaq.

Tikinti 27 ay müddətində aparılacaq. İşlərin baş podratçısı yerli DİA-holding şirkətidir. Layihənin dəyəri 400 mln. dollar təşkil edir. Son illər Naxçıvan, Gəncə, Zaqatala və Lənkəranda beynəlxalq aeroportlar tikilib. Lakin bu hava limanlarına qoyulan on milyonlarla dollar vəsaitin özünü doğrultmadığı barədə fikirlər var.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Separatizmi alovlandırmağa yeni cəhdlər

"Turan" qrupu BBS-3 yubileyində çıxış edəcək

"Turan" qrupu İngiltərədən qayıdıb

II tur başlandı

Bu gün ikinci dövrə başlanır

Bölmənin digər xəbərləri
 
Mənə dəniz verin...
Hasarlar arxasında qalmış Xəzərə həsrətli baxış

Bəxtiyar Hacıyevə işgəncə verilir?
Qohumları onunla görüş verilmədiyi üçün bu fikirdədirlər

Cabbar Savalanlının istintaq müddəti artırıldı
Müdafiə tərəfi istintaqın tələm-tələsik yekunlaşmağına əsas görmür

Polis jurnalist təşkilatını mühasirəyə alıb...
Mifik "etiraz aksiyası"nı önləmək istəyirlərmiş

Sınaq imtahanlarının nəticələri açıqlandı
Nəticələr nazirliyin saytında yerləşdirilib

IV və V sinif şagirdlərinin bilik səviyyəsi yoxlanacaq
Zəif oxuyanların inkişaf etdirilməsi ilə bağlı tədbirlər düşünülür

Təhsil Nazirliyinə 3017 müraciət daxil olub
2 müəllimin diplomu saxta çıxıb

Paytaxt ətrafının inkişaf planı hazırlanır
100 hektar üzüm, 1500 hektar zeytun bağları salınacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər