Hal-hazırda Ayna qəzetinin 19.03.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.03.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Yəməndə etirazçılara atəş açıldı
30 ölü, 100-dən çox yaralı
Şənbə, 19.03.2011

mətn ölçüsü  

Ərəb ölkələri çalxanır. Yəmənin paytaxtı Sana şəhərində etirazçıların cümə namazından sonra toplaşdıqları meydandan kənara yayılmalarına əngəl olan polislər onlara atəş açıb. Xəstəxana qaynaqları 30 nəfərin öldüyünü, 100-dən çox adamın yaralandığını bildiriblər. Həkimlər ölü və yaralıların artacağından əndişə edirlər, - deyə Anadolu agentliyi xəbər verir.

Yəməndə 32 ildir hakimiyyətdə olan Əli Abdulla Salehin hakimiyyətdən getməsini istəyənlərin nümayişləri bir aydan artıqdır davam edir. Polis onlara qarşı gerçək və plastik güllələrdən, zopalardan, gözyaşardıcı qazdan, bıçaqlar və daşlardan istifadə etməsinə rəğmən, adamlar inadla etirazlarını sürdürəcəklərini bildirirlər.

Tunisdə hakimiyyət dəyişikliyindən sonra sakitlik çöksə də, Misirdə gərginlik hələ də qalır. Qahirədə Təhrir meydanına toplaşanlar və əsgərlər arasında toqquşmalar baş verir. Qarşıda konstitusiya dəyişikliyi ilə bağlı referendum keçiriləcəyindən bəzi yasaqlar qüvvəyə minib. Lakin bəzi müxalifət qrupları ehtimali konstitusiya dəyişikliyinə qarşı çıxırlar. Cəmiyyətdəki gərginlik bundan qaynaqlanır.

Bəhreynə gəldikdə, bu ada dövlətinə Səudiyyə Ərəbistanı qoşunları yeridilmiş və etirazçılar qovulub dağıdılmışdır. Etirazların sünni-şiə müstəvisinə keçməsi - şiələr sünni azlığın hakimiyyətini qəbul etmir - İslam Konfransı Təşkilatı tərəfindən narahatlıqla qarşılanıb və məsələnin bu şəkildə qoyuluşu doğru sayılmır.

Səudiyyə kralı, 86 yaşlı Abdulla ben Əbdüləziz isə ilk dəfə millətə birbaşa telemüraciətlə çıxış edərək, ərəb ölkələrindəki iğtişaşların fonunda öz təbəələrinə loyallıq nümayiş etdirdiklərinə görə təşəkkürünü bildirmişdir. Kral vəd edib ki, əlavə 80 min iş yeri yaradacaq, sosial təminatın səviyyəsini isə artıracaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Arabulun məhkəməsi davam edir

İrandan Qarabağa - təbii qaz

Hüseyn Arabul azadlığa buraxıldı

Misir saytı Azərbaycan xalqından üzr istəyib

Nəriman Həsənzadədən irad

Bölmənin digər xəbərləri
 
"Çərkəz bölücülüyü" körüklənir
Türkiyədə nə müddətdən bəri görülən hazırlıqlar açıq müstəviyə keçib

Azad sözün qorxusu
"Frans press" əməkdaşı Tehrandan qovuldu

Apennindən naməlum səhifələr
Azərbaycanlı partizanların izi ilə. Yeni tapıntılar

Fukuşima AES-in taleyi bu gün-sabah bilinəcək
Tale "kamikadze"lərin üzünə güləcəkmi?

Liviya hava sahəsi uçuşlara qapadıldı
Qəddafi bunun ardınca, deyəsən bərk qorxaraq, atəşkəs elan etdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər