Hal-hazırda Ayna qəzetinin 19.03.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.03.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
"Çərkəz bölücülüyü" körüklənir
"Çərkəz bölücülüyü" körüklənir
Türkiyədə nə müddətdən bəri görülən hazırlıqlar açıq müstəviyə keçib
Şənbə, 19.03.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Martın 12-də paytaxt Ankaraya ölkənin dörd bir tərəfindən axışıb gələn çərkəz kökənli (abaza, şapsuq, kabarda, ubıx, çərkəz, adıgey) topluluqlar Cəlal Bayar caddəsində yerləşən Abdi İpəkçi meydanında mitinq keçirdilər. Mitinqdə Türkiyədə çərkəz kökənli topluluqlar üçün dövlət büdcəsi hesabına milli dildə məktəblər, dərgi və qəzetlər, televiziya və radio kanalları, milli-mədəni mərkəzlərin açılması tələbləri irəli sürüldü. Mitinqdə çıxış edən natiqlər "Türkiyədə bir dövlət milliyyətçiliyi siyasəti var. Bu siyasətin xaricində heç bir millətin milli haqları tanınmır. Bizlər bir toplum olaraq dövlətdən milli hüquqlarımızın tanınmasını tələb edirik" tipli tələblər səsləndirildi...

Türkiyədə AKP hökumətinin ölkə daxilində yanlış siyasətindən biri də etnik ayrımçılığa yol açan "kürd", "erməni", "çərkəz", "arnaut", "rum", "laz" açılımları oldu. Avropa Birliyinin tələbi qismində milli azlıqların hüquqları adı altında ölkədə fərqli toplumlara "milli coğrafi sərhədlər" siyasətinin tətbiqi indi bu dövlətin parçalanmasını hədəf seçənlərə yol açmaqdadır. İndi kürdləri təmsil edən DTP "Kürdüstan" dövləti yaradacağını açıq şəkildə bəyan edir.

Bu problemin görünməyən tərəfi odur ki, sabah digər "etnik coğrafi hüdudlar" da bu yöndə israrlı olduqlarını, iddialarını açığa çıxaracaqlar. Hakimiyyət isə aparılan belə bir siyasətdən geri durmayacağını israr etməkdədir.

Budur, kürdlərdən sonra indi də çərkəzlər regionda etnik bölücülük hərəkatını qurmağa başlayıblar...

12 mart hərəkatı

Bu gün Türkiyədə yaşayan çərkəz kökənli topluluqlar 1763-1864-cü illərdə Çarlıq Rusiyasının apardığı Qafqaz savaşı zamanı soyqırım siyasətindən xilas olmağa çalışaraq Anadoluya köç etmək məcburiyyətində qalmışdılar. Osmanlı dövləti onları himayə etmiş, Anadolu onlara bir ana kimi qucaq açmışdı. İndiyə qədər bu topluma qarşı Türkiyədə hər hansı bir aşağılayıcı münasibət olmayıb. Türkiyə bu topluma öz müsəlman qardaşı kimi yanaşaraq onlara torpaq və yaşamaq imkanı vermişdir. Halbuki həmin topluluqlara olan bunca humanist münasibətlər Osmanlı hüdudlarından kənarda qalan Suriya, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, Misirdə, lap elə Rusiyada, digər dövlətlərdə olmayıb. Türkiyədə çərkəzlər daim dövlətin üst düzənində yetərincə təmsil olunublar. Onlara məxsus çox böyük şirkətlər, fabrik və zavodlar, torpaq sahələri var. Bunca hüquqlar digər dövlətlərdə çərkəzlərə şamil olunmayıb.

REKLAM

İndi isə bütün bu humanizm və qardaşlıq müqabilində çərkəzlər Avropanın, Rusiyanın, eləcə də ərəb dövlətlərindən uzanan gizli qolların sayəsində Türkiyəni təhdid etməyə başlayıblar.

İndiki durum 1920-ci ildə də yaşanmışdı. Belə ki, çərkəz Ədhəm paşanın komandanlığı altında çərkəzlər yunan ordularının Türkiyənin qərb bölgələrini işğal etmələrinə dəstək vermişdilər. Afina başda olmaqla Qərb dövlətləri bu ərazilərin yunanların nəzarətinə keçəcəyi təqdirdə, onlara paytaxtı İzmir olmaqla "Çərkəziya Respublikası" qurmağa kömək edəcəklərini bildirmişdilər. Bu sırada erməni silahlıları da çərkəz separatizminin yanında yer almışdı. Mustafa Kamal bu xəyanəti Ədhəmə bağışlamadı.

Budur, həmin söhbətlər yenidən xortlayır. 12 mart hərəkatı başlanır. Türkiyəyə qarşı "açılım" projelərinə qatılmaq üçün fürsət gözləyirmişlər kimi addımlar atmağa başlayıblar. 12 mart mitinqində bütün Türkiyə üzrə çərkəzlərin mobil gücə çevrilmələrinə qərar verildi.

Çərkəz milliyyətçiliyi və yeni dönəm

İndi Türkiyədə etnik ayrımçılıq hərəkatını süni şəkildə gücləndirmək üçün Rusiya və Qərb dövlətlərinə məxsus mərkəzlər saxta rəqəmlər yaymaqda, bu saxta rəqəmləri həqiqət kimi qələmə verməkdədirlər. Məsələn, elan ediblər ki, guya bu dövlətdə yaşayan 75 milyonluq əhalinin 5 milyonu çərkəz, 20 milyonu kürd, 2 milyonu erməni (!?), 2 milyonu arnaut, 2 milyonu rum və digər millətlərdən ibarətdir... Bu rəqəmlər KİV-dən KİV-ə köç etməkdədir.

Bu strategiyaya dayanıqlı olaraq, çərkəzlərin hərəkətə keçməsi üçün "Qafqaz" və ya "Adıge" dərnəklərinin yaradılmasına maliyyə dəstəyi verilməyə başlanıb. Çünki çərkəz topluluqları özlərini çərkəz deyil, adıge adı ilə tanıtmağa çalışırlar. Əslində çərkəz sözü əski türk sözü olaraq əsgər deməkdir. Əgər Qafqazdakı qədim türk dövlətlərinin, Rusiya, Osmanlı, indiki Suriya, İordaniya, İsrail, Oman, Misir və digər dövlətlərin hərb tarixinə diqqətlə baxsaq, görərik ki, bu toplum hər zaman hansısa gücün əsgəri olubdur. Çağdaş dönəmdə isə Quzey Qafqaz, Anadolu və Orta Şərqdə bu toplum daha çox ideoloji siyasətlərin əsgərinə çevrilibdir. Nurçuluq, vəhhabilik və digər radikal təriqət və məzhəblərdə onlar daha çox təmsil olunurlar. Türkiyəni bir dövlət olaraq daxilindən sarsıtmaq üçün radikal çərkəz milliyyətçiliyinin alovlandırılması da məhz bundan qaynaq tapır.

Onlar özləri üçün yeni bir doktrin də fikirləşiblər: "Bizlər çərkəzik. Öz çıxarlarımızı bir hədəf olaraq gündəmə gətirməliyik. Milli fəlsəfəmiz isə "XABZE"dir. Yəni çərkəz törəsi. "Şebleşler pasereyxem ya dame touve, nex jıjıe plen lapşle" - yəni daha uzaq hədəflərə getmək üçün öncəkilərdən fərqli olaraq çiyin-çiyinə addımlamalıyıq".

Müşahidələrə görə, çərkəz topluluqları öz tarixi yurdları olan Quzey Qafqaza yönəlik çalışmaları ilə bərabər, həm də Anadoluda fərqli "Çərkəziya" strategiyasının tətbiqinə səfərbər olunublar. Bu hədəfə çatmaq üçün özəlliklə Qara dəniz sahilləri boyunca böyük oyunlara girməyin peşindədirlər. Baxmayaraq ki, Qara dəniz sahillərində etnosiyasi proseslərdə elə ermənilər də maraqlı tərəf rolunda çıxış edir. Hətta çərkəz-erməni işbirliyi siyasəti də mövcuddur. Bu sırada daha çox amşenlərin (hemşil, guya müsəlman dinində olan ermənilərdir deyilən toplum) xidmətindən faydalanmağa başlanılıbdır.

Şəbəkələr qurulur

Avropa Birliyi, ABŞ və Rusiya Qara dəniz boyunca çərkəzləri aktiv siyasətə, iqtisadi və maliyyə şəbəkəsinə daxil etməklə bundan daha çox çərkəzlərin və ermənilərin faydalanmasını, onların geniş sosial bazalarının yaranmasını sərgiləyir. Belə ki, Türkiyənin Orta Şərq, xüsusilə Suriya və İraq siyasətində Güney Doğu adına kürdlərin, Balkan ölkələri üzrə arnaut, rum və ermənilərin daha artıq şəkildə zənginlərə çevrilməsi bir metod olaraq işə salınmaqdadır.

Çərkəz milliyyətçiliyinin alovlandırılması yönündə qurulan şəbəkə ölkə daxilində 500 min nəfərlik bir toplumun antitürk siyasətində aktiv duruma gətirilməsi kimi anlaşılır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Bölmənin digər xəbərləri
 
Azad sözün qorxusu
"Frans press" əməkdaşı Tehrandan qovuldu

Apennindən naməlum səhifələr
Azərbaycanlı partizanların izi ilə. Yeni tapıntılar

Yəməndə etirazçılara atəş açıldı
30 ölü, 100-dən çox yaralı

Fukuşima AES-in taleyi bu gün-sabah bilinəcək
Tale "kamikadze"lərin üzünə güləcəkmi?

Liviya hava sahəsi uçuşlara qapadıldı
Qəddafi bunun ardınca, deyəsən bərk qorxaraq, atəşkəs elan etdi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər