Hal-hazırda Ayna qəzetinin 19.03.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.03.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
AMAY-la bağlı firmaların məhkəmə prosesi başlayır
İddia olunur ki, işdə cinayət tərkibi yoxdur
Şənbə, 19.03.2011

mətn ölçüsü  

AMAY şirkətlər qrupu ilə bağlı firmaların fəaliyyətinə görə həbs edilən şəxslərin martın 18-də növbəti məhkəmə prosesi başlayır. Bu xəbər "Turan"a məlumatlı mənbədən daxil olub.

Bildirilir ki, bu firma sahibləri müxtəlif banklara girov qoyduqları daşınmaz əmlak müqabilində maliyyə vəsaitləri götürüblər. Amma maliyyə vəsaitlərinin qaytarılmasında problemlər yaranıb. Mənbə bildirib ki, banklar maliyyə vəsaiti qaytarılmadığına görə qoyulan daşınmaz əmlakları götürmək əvəzinə firma sahiblərinə cinayət işi qaldırılması üçün ölkə prokurorluğuna müraciət ediblər. "Bu bir iqtisadi məsələdir, burada cinayət tərkibi yoxdur, istənilən halda bank qoyulan daşınmaz əmlakı maliyyə vəsaiti əvəzinə götürə bilərdi", - deyə mənbə nəzərə çatdırıb. Eyni zamanda, ölkə prokurorluğunun buna cinayət işi kimi yanaşmasını mənbə doğru saymayıb.

Son olaraq mənbə ölkə KİV-lərini gerçək həqiqəti bilmələri üçün martın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə başlanacaq növbəti məhkəmə prosesində iştiraka dəvət edib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Əmanətləri qaytarmaq olar
Heç müvafiq qanunun qəbulu vacib deyilmiş

Bazarların bahalığına qarşı - yarmarkalar
Qiymətə nəzarətçilər təyin edilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər