Hal-hazırda Ayna qəzetinin 12.03.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.03.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Rusiya Qafqazdan imtina edirsə...
Rusiya Qafqazdan imtina edirsə...
Biz buna hazırıqmı?
Şənbə, 12.03.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Quzey Qafqazla bağlı proseslər Qərb çevrələri tərəfindən diqqətlə təqib edilməkdədir. Rusiyanın Qafqazı itirməkdə olduğu, Qafqazdan imtina etməkdə olduğu açıq dərk olunur. Bu halda Qafqazın gələcəyi necə olacaq? Gürcülərin, ermənilərin, quzey qafqazlıların beyin mərkəzləri optimal versiyalar üzərində düşünməkdədir. Biz necə, buna hazırıqmı? Qafqaz bir bütöv olacaqsa... İndi bu aydın təsəvvür olunmasa da, bir zamanlar bu vardı.

Bu regionda bütün xalqları vahid bir dövlət şəklində birləşdirmək ancaq keçmiş yüzillərdə türklərə nəsib olubdur. Bunu Quzey Qafqazı da içinə almış Kuman, Böyük Hun, Ağ Hun, Göytürk, Xəzər, Peçeneq, Avar, Moğol, Altun Orda, Noqay Orda kimi imperiyaların və dövlətlərin tarixi də təsdiq edir. Avropa dövlətlərinin dəstəyilə Rusiya Quzey Qafqazı işğal etdikdən sonra, uzun müddət regionda türk topluluqlarına qarşı soyqırımlar aparılmış və bununla yanaşı, türk olmayan topluluqlar antitürk siyasətinə yönəldilmişlər. Bu proses son illərdə daha da gücləndirilməkdədir.

Antitürk siyasətində məchul strategiya

Çarlıq Rusiyası 1555-ci ildən 1917-ci ilə qədər bütün gücü ilə Almaniya, İngiltərə, Norveç, Fransa, Avstriya, Polşa, Hollandiya, İtaliya və digər xristian dövlətlərilə birlikdə Quzey Qafqazda region toplumlarının xristianlaşdırılması, tarixi və ənənəvi türk etnoloji mədəni qatlarının deformasiyaya məruz qalması kimi dərin siyasətlər aparıldığı bəlli məsələdir.

Lakin bununla belə Çarlıq Rusiyası dağıldıqdan sonra burada Dağlı Respublikası yaradıldı. 11 may 1918-ci ildə elan edilən bu respublikada daha çox xalqların konfederativ dövlət siyasəti bir model kimi gündəmə gətirilmişdi. Fəqət 260 min kvadrat km-lik ərazidə - Xəzər və Qara dəniz arasında yeni coğrafi məkanın müstəqil dövlət statusuna yönəlik inkişaf perspektivi xeyli problemlərlə üzləşdi. Uzun Hacı, Əbdül Məcid Çermo, Haydar Bammat, Nuh Bəy Şamxal Tarki (kumuk), Basiyat Şaxan (balkar), Məhəmməd Abuk (qaraçay), Murza İsa (noqay), Vassan Girey Cabaqay, Tonta Ukur (çeçen-inquş), Elbuzduko Britay (osetin), Rəşid xan Kaplan (türkmən), Bəşir Dalqat, Məhəmməd Dalqat, Əbdülqədir Əfəndi, Səid Qabi və Zubair Temirxan (Dağıstan), Pşemaho Kots (kabarda), Həsən bəy Ağaoğlu (Azərbaycan) və digərlərindən ibarət qurulan bu hökumət çox yaşamadı. Osmanlıdan yardıma göndərilmiş Qafqaz İslam Ordusunun komandanlarından Yusif İzzət Paşa bütün xalqları bir araya gətirməklə regionun hərbi təhlükəsizliyi yönündə könüllülərdən ibarət əsgəri birliklər də yaratmışdı.

Fəqət Temirxan Şura (indiki Buynaksk, Dağıstan) şəhərində bu dövlətin təsis olunmasından az sonra bəlli olmuşdu ki, 450 illik Çarlıq Rusiyası avar, ləzgi, osetin, abxaz, kabarda, dargin, vaynax, adıgey, lak və digər toplumlar arasında müstəqil dövlət anlayışı mənasında olduqca dərin fəsadlar açılmışdır. Ona görə də bu toplumları təmsil edən liderlər dövlətin fərqli ideyalar üzərində yaradılması iddialarında israr edirdilər. Bu iddialar düz iki il davam etdi və Dağlı Respublikasının iflasa uğramasına səbəb oldu. Problemin həlli istiqamətində kumuk, noqay, çeçen akkin, tabasaran, tsaxur, kaytak toplumlarının liderləri Azərbaycan Xalq Cümhuriyyətinə birləşmək üçün rəsmi Bakıya müraciət etmişdilər.

REKLAM



Bolşeviklər tərəfindən 1920-ci il aprel işğalı nəticəsində bu birləşmə təşəbbüsləri baş tutmadı. Çünki həmin dövrdə indiki BMT-ni əvəz edən Millətlər Şurası Azərbaycan, Gürcüstan və Dağlı respublikalarının bu quruma üzv olmalarını mümkün qədər ləngitmək kimi, tarixin də göstərdiyi kimi, yanlış siyasət aparmışdı. O zaman Almaniyanın Batumdakı xüsusi nümayəndəsi general Fon Lossofun təşəbbüsləri də baş tutmadı. Dağlı Respublikasında ortaq anlaşma dili regiona görə qaraçay, kumuk və Azərbaycan türkcəsi idi. Bir tərəfdən isə Türkiyə və Azərbaycanın Qafqazda daha böyük təsir dairəsinə malik olmasını isə nə bolşevik Rusiyası, nə də Millətlər Şurasını qeyri-rəsmi şəkildə idarə edən Fransa, İngiltərə və ABŞ qəbul etmək istəyirdi.

Köhnə düşüncə və strategiya hələ də yaşayır

Rusiya Sovetlər Birliyinin dağılmasından sonra Dağlıq Qarabağ, Abxaziya və Güney Osetiyadakı separatizmləri dəstəkləməklə, əslində Quzey Qafqazda xalqların azadlıq hərəkatlarını qan içində boğmaq strategiyasını tətbiq etdi. Bu sırada Qərbin Qafqaz siyasətini müəyyənləşdirən güc mərkəzləri də dolayı yolla Rusiya ilə həmrəylik içində idilər.

Bu gün Çarlıq Rusiyası zamanında olduğu kimi, "Qafqaz siyasəti"nin mərkəzi qismində yenə də Tiflis seçilib. Gürcüləri isə daha çox "nart-iber" topluluqlarını Qurucu Davidin zamanında yürüdülən "gürcüləşdirmə" və "xristianlaşdırma" siyasətinin dərinləşməsi, bu sırada Tiflisdən idarə olunan "coğrafi təsir" strategiyası maraqlandırır. Bu həm də Qərbin indiki şəraitdə uzaq hədəflərinə cavab verən bir qavrayış kimi qəbul edilir. Halbuki Qafqaz topluluqlarının 70 faizi islam dininə tapınırlar.

Digər tərəfdən, regionda yaşayan Azərbaycan, Ahısqa, noqay, kumuk, türkmən, qaraçay, balkar və tatar türklərinin sayı bütün Qafqaz topluluqlarından iki dəfə çoxdur. Bu faktoru diqqətlə araşdıran Rusiya və Qərbə məxsus geneologiya institutları bir sıra qeyri-ənənəvi ideyaların kök salması üçün onlara məxsus mənşəyi bəlli olmayan fondlar tərəfindən milyonlarla dollar vəsait xərclənir. Son illərdə "vəhhabilik", "nurçuluq", "ixvanül-müslimin", "cundullah", "riyadüs-salihin", "hizbut-təhrir", "əl-rabitə", "islah" və qurumlar yaradılaraq regionda toplumların bir araya gəlməsi, konsolidasiya olunmalarına qarşı çox ciddi sədlər yaradılır. Rusiya isə Qafqaz topluluqları arasında çeşidli etnik konfliktlər yaratmaqla və bu prosesi öz nəzarətində saxlamaqla, xalqların özgürlük hərəkatını qan içində boğmaq siyasətini aparır.

Unutmaq olmaz ki, son 20 ildə Quzey Qafqazda Dağıstan, Çeçenistan, İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz və Adıgey respublika statusu qazanmaqla yanaşı, onların öz Ana Yasaları, dövlət bayraqları, inzibati coğrafi sərhədləri, herbləri mövcuddur. Bu respublikalar prezident, parlament, hökumət tipli statuslarını 20 ildir yaşadırlar. Halbuki keçmiş Sovetlər Birliyi zamanı regionda bu respublikalar reallıqda ən yaxşı halda "muxtar dairə" statusuna malik idilər.

İndi regionun "şəriət", "layiq", "federativ", "konfederativ", "imamət" statusunda mövcudluğu yönündə bir-birinə zidd olan iddialar bu gün də sonu bitməyən mübahisələrlə müşahidə olunmaqdadır. Rusiya və Qərb regionla bağlı "Avropa ilə barışmaz yaşıl zolaq təhlükəsi" taktikasına üz tutaraq, Qafqazda xalqların özgürlük davasının qarşısını almaq hədəfinə üstünlük verməkdədirlər. Çeçen-İçkeriya Respublikasının 1991-1994-cü illərdəki dövlət müstəqilliyi beləcə qan içində boğuldu. Bu savaşda 250 min insan soyqırıma məruz qaldı. Çeçen-İçkeriyada 1994-1996 və 1999-2011-ci illər aralığında bir savaş durumu yaşanılmaqdadır. İndi savaş dairəsi digər Qafqaz respublikalarına yayılmaqdadır.

Rusiya idarəolunan bu savaş taktikası ilə həm də dolayı yolla Qərbin maraqlarını təmin edir. Qərb hər dəfə olduğu kimi, "dünya birliyi" adına həmişə "gözləmə" mövqeyi sərgiləyir. Bunu Dağlıq Qarabağ, Abxaziya və Güney Osetiya separatizmində tutduğu mövqe də təsdiq edir. Bu bölücü bölgələrə qarşı vaxtında sərt təpki nümayiş etdirilsəydi, indi Qafqazda başqa bir durum yaşanılardı. Çoxstandartlı siyasi labirint, Qərbə qarşı yönələn münasibətlər əslində Qafqazda ümumi inkişafa qarşı çox ciddi təsir edir. Ötən müddət ərzində Qafqazda çox şeylər dəyişib. Hər bir toplumun düşünərləri mövcud problemlərdən qurtulmanın yollarını aramaqdadırlar.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Rusiya ordusu Qafqazda hərbi təlimlər keçirir

"Diplomatların dəyişdirilməsi ABŞ-ın prioritetlərinin dəyişməsi demək deyil"

Quzey Qafqaz: sülh təşəbbüsləri və teraktların yeni dalğası

Quzey Qafqaz: idarəolunan vətəndaş savaşının gizlinləri

Rusiya Ermənistan və Dağlıq Qarabağdan bərk yapışıb

Bölmənin digər xəbərləri
 
Tehrandan siyasi "Novruz dəvəti"
Amma bayramı hər kəsin evində keçirmək adəti var axı

Ermənistandan Gürcüstana ekoloji fəlakət təhdidi
Debeda və Xram çaylarına kimyəvi tullantılar axıdılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər