Hal-hazırda Ayna qəzetinin 05.03.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.03.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Sınaq üçün Vahidli kəndi seçilib
Sınaq üçün Vahidli kəndi seçilib
Bu kənd Ermənistanla sərhəddə yerləşir
Şənbə, 05.03.2011


İsmayıl
mətn ölçüsü  

Tovuz rayon mərkəzindən 12 km aralıda yerləşən və Ermənistanla 5 km-lik sərhədi olan Vahidli kəndi 1150 sakinin yaşadığı 325 ev təsərrüfatından ibarətdir. Ümumi otlaq sahəsi olan kənd təmas xəttində yerləşdiyi üçün burada torpaq islahatı aparılmayıb. Əsasən maldarlıq və qismən əkinçiliklə məşğul olan kənd əhalisinin 16 faizi (başqa sözlə, 52 ailə) ünvanlı dövlət sosial yardımı alır ki, bu da həmin kənddə yoxsulluq səviyyəsinin digər yerlərlə müqayisədə daha yüksək olduğunu göstərir.

Odur ki, "Özünədəstək" - ünvanlı sosial yardım layihəsi ilə bağlı sınaq işlərinə bu sərhəd kəndində start verilib. Dövlətin ümumən sərhəd kəndlərinə qayğısının təsirli formada artırılacağı bildirilir. İlk olaraq Vahidli kəndi seçilib. ƏƏSMN ictimaiyyətlə əlaqələr sektorundan bildirilir ki, layihə aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılmasına aktiv tədbirlər vasitəsilə və onların mövcud daxili resurslarından istifadə olunmaqla kömək göstərilməsi məqsədilə hazırlanıb. Vahidli kəndində yerli şərait və kənd əhalisinin təcrübəsi nəzərə alınmaqla burada maldarlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Bu məqsədlə nazirliyin Yoxsulluq problemləri və ünvanlı yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bu kəndin əhalisi ilə görüşüb, yeni layihənin mahiyyət və məqsədləri barədə məlumat verib. Həmin 52 ailədən 15 ailəni "Özünədəstək" layihəsinə cəlb etmək qərara alınıb. Ailələrin ünvanlı yardım almaq hüququnun olması, tərkibində uşaqlar və həmçinin əmək qabiliyyətli üzvünün olması, mal-qara saxlamaq üçün tövləsinin, yaxud əkib-becərmək üçün torpaq sahəsinin olması və s. vacib şərtlərdəndir. Eyni zamanda, onlar veriləcək vəsaitlə ailə təsərrüfatlarında hansı işlərin görüləcəyi ilə bağlı ailə planı təqdim etməlidir.

Belə ailələrin seçilməsində şəffaflıq və ədalətin təminatı üçün həmin ailələr kənd icra və bələdiyyə nümayəndələrindən, yerli ağsaqqallardan, seçiləcək fəaliyyət növü üzrə mütəxəssislərdən ibarət şura tərəfindən müəyyən ediləcək. Cari il ərzində başqa rayonlarda da bu kimi pilot layihələrin aparılacağı xəbər verilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Tovuzda Göytəpə məskənində qazıntılar gedir

Brakonyerlər müfəttişi öldürmək istəyiblər

Bölmənin digər xəbərləri
 
Veteranlar DİN rəhbərliyindən şikayətçi
DİN deyilənləri rəsmən təkzib etdi

Nigar Əhmədbəyova DİN-i ittiham edir
İki iş isə artıq Avropa Məhkəməsinə göndərilib

DSMF müasir məlumatlandırma sistemi yaradır
Hər kəs öz pensiya kapitalına nəzarət edə biləcək

Pilotsuz təyyarələrin istehsalına başlayırıq
"Aerostar" 10 kilometr hündürlükdə 12 saat fasiləsiz uçur

Həbsxanalarla bağlı hökumətin işləri - yarıtmaz
İctimai Komitənin işləri isə daha rüsvayçı

İlk instansiya məhkəmələrində nöqsanlara yol verilir
Özəlliklə də narkotiklərlə bağlı cinayət işlərinə baxılarkən

Xrax-Oba sakinlərinin hüquqi problemi nizamlanır
Onları Rusiyaya köçürmək variantı da var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər