Hal-hazırda Ayna qəzetinin 05.03.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.03.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Nigar Əhmədbəyova DİN-i ittiham edir
Nigar Əhmədbəyova DİN-i ittiham edir
İki iş isə artıq Avropa Məhkəməsinə göndərilib
Şənbə, 05.03.2011

mətn ölçüsü  

Nigar Əhmədbəyova Daxili İşlər Nazirliyini onun əmək hüquqlarını pozmaqda ittiham edir. Artıq mediaya və ictimaiyyətə tanış olan bu ittihamları növbəti dəfə Media Mərkəzində Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin direktoru Ələkbər Məmmədov keçmiş polis kapitanı Nigar Əhmədbəyovanın və həyat yoldaşı Emin Əhmədbəyovun hüquqlarının pozulması ilə əlaqədar mətbuat konfransında bir daha səsləndirdi.

Nigar Əhmədbəyova bildirib ki, ötən ilin dekabrında əmək hüquqlarının pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsini məhkəməyə verib. O, 3 illik analıq məzuniyyəti başa çatana yaxın uşağının xroniki xəstəliyi ilə əlaqədar məzuniyyət müddətinin 1 il də uzadılmasını istəməsinə cavab olaraq işdən azad edilməsini qanunsuz sayır və işə bərpa olunmasını tələb edir.

Məhkəmə isə bu mülki iş üzrə icraatın dayandırılması və təkrar məhkəmə-tibbi ekspertizanın keçirilməsi barədə qərardad çıxarıb. Digər instansiyalar isə bu qərardadı qüvvədə saxlayıblar.

Nigar Əhmədbəyova bunu ərinin həbsi ilə əlaqədar ailəsinə qarşı təqib sayır.

Öz növbəsində iddiaçının səlahiyyətli nümayəndəsi, hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirir ki, Əmək Məcəlləsinə, müxtəlif konvensiyalara istinadən DİN Kadrlar İdarəsinin Nigar Əhmədbəyova barəsində işdən azadetmə barədə əmri vətəndaşın əmək hüququnun birbaşa pozulmasıdır.

Bundan əlavə, Məmmədov Əhmədbəyovanın həyat yoldaşının şərlənərək həbs olunması barədə danışıb. Onun sözlərinə görə, Əhmədbəyov yol polisinə müqavimət göstərməkdə ittiham olunaraq 2010-cu ilin yanvarında 3 il müddətinə azadlıqdan məhrum edilib... Hazırda onun həbs rejimi dəyişdirilərək 3/1 ilə komendaturaya göndərilib. Eyni zamanda Əhmədbəyov müalicə alır.

Məmmədov onu da bildirir ki, Əhmədbəyovların pozulmuş hüquqlarının bərpası ilə bağlı iki iş artıq Avropa Məhkəməsinə göndərilmişdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Avropa Məhkəməsindən Azərbaycana qarşı daha iki qərar

Məhkəmənin vaxtı müəyyən olundu

Həbsdəki jurnalistə yenidən həbs...

Xanlar Hacıyev Azərbaycanın məhkəmə sistemini topa tutdu

Bölmənin digər xəbərləri
 
Veteranlar DİN rəhbərliyindən şikayətçi
DİN deyilənləri rəsmən təkzib etdi

DSMF müasir məlumatlandırma sistemi yaradır
Hər kəs öz pensiya kapitalına nəzarət edə biləcək

Pilotsuz təyyarələrin istehsalına başlayırıq
"Aerostar" 10 kilometr hündürlükdə 12 saat fasiləsiz uçur

Həbsxanalarla bağlı hökumətin işləri - yarıtmaz
İctimai Komitənin işləri isə daha rüsvayçı

Sınaq üçün Vahidli kəndi seçilib
Bu kənd Ermənistanla sərhəddə yerləşir

İlk instansiya məhkəmələrində nöqsanlara yol verilir
Özəlliklə də narkotiklərlə bağlı cinayət işlərinə baxılarkən

Xrax-Oba sakinlərinin hüquqi problemi nizamlanır
Onları Rusiyaya köçürmək variantı da var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər