Hal-hazırda Ayna qəzetinin 05.03.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.03.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Veteranlar DİN rəhbərliyindən şikayətçi
DİN deyilənləri rəsmən təkzib etdi
Şənbə, 05.03.2011


İsmayıl
mətn ölçüsü  

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin direktoru Ələkbər Məmmədov martın 2-də Media Mərkəzində mətbuat konfransı keçirərək Böyük Vətən müharibəsi veteranı Leonid Adurovun hüquqlarının pozulduğunu ictimaiyyətə çatdırdı.

Ələkbər Məmmədovun sözlərinə görə, daxili işlər nazirinin müavini Əsgər Ələkbərov Bakının Xətai rayonu, Kamandar Əhmədov küçəsi, ev 1, mənzil 4-də yaşayan Leonid Adurovun mənzilindən çıxarılması barədə bildiriş imzalayıb. Bu il aprelin 1-dək mənzil boşaldılmalıdır. Bu qərar daha 11 ailəyə aiddir. Onlar arasında DİN veteranları və əməkdaşları, Qarabağ müharibəsinin iştirakçıları var. Adı çəkilən şəxslərin çıxarıldığı ev DİN-in balansındadır. Həm də vətəndaşlar üçün heç bir kompensasiya nəzərdə tutulmur.

Leonid Adurov özü kompensasiya verilməsini və ya yeni mənzillə təmin olunmasını tələb edir. Hüquq müdafiəçisi Ələkbər Məmmədov hesab edir ki, bu halda mənzil hüququ pozulub və DİN rəhbərliyinin əməlləri "qanunsuzdur". O, müxtəlif instansiyalara şikayət etmək niyyətindədir.

Leonid Adurov oğlu və gəlininin ölümündən sonra onun himayəsində qalan üç nəvəsini böyüdür ("Turan").

Məsələ ilə bağlı bir gün sonra DİN açıqlama yayaraq bu məlumatı təkzib etdi. DİN İkinci Dünya müharibəsi veteranı Leonid Adurovun nazirlik tərəfindən hüquqlarının pozulması ilə bağlı bəyanatı ilə razılaşmadığını bildirdi.

Nazirlik diqqəti Adurovun mətbuat konfransında söylədiklərinə yönəldib: "Adurov bildirib ki, Xətai rayonu, Kamandar Əhmədov küçəsi, ev 1-də yaşayan 11 ailəyə aprelin 1-dək mənzillərini tərk etmək tapşırılıb. Onun sözlərinə görə, sakinlər başqa mənzillə təmin edilmir". Öz növbəsində DİN Şəxsi Heyətlə İş üzrə İdarənin rəisi Mehman Mehmanov bildirib ki, sözügedən ailələr üçün Nərimanov rayonu 7-ci Köndələn küçəsi, 2074/2077 məhəlləsində hər şəraiti olan ikimərtəbəli bina tikilib və sakinlərə aprelin 1-dək ora köçmək təklif olunub. Mehmanov onu da qeyd edib ki, DİN öz işçilərinə və müharibə veteranlarına hörmətlə yanaşır, onların problemlərinin həlli üçün mümkün olan hər şeyi edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Milli yol" qəzetinə polis basqını

Baş redaktorun iş otağından "böcək" çıxdı

Erməni qadınlar Bakıya gəlmədilər

Qadın polislərə əlavə hüquqlar verildi

Standartlara cavab verməyən binalar söküləcək

Bölmənin digər xəbərləri
 
Nigar Əhmədbəyova DİN-i ittiham edir
İki iş isə artıq Avropa Məhkəməsinə göndərilib

DSMF müasir məlumatlandırma sistemi yaradır
Hər kəs öz pensiya kapitalına nəzarət edə biləcək

Pilotsuz təyyarələrin istehsalına başlayırıq
"Aerostar" 10 kilometr hündürlükdə 12 saat fasiləsiz uçur

Həbsxanalarla bağlı hökumətin işləri - yarıtmaz
İctimai Komitənin işləri isə daha rüsvayçı

Sınaq üçün Vahidli kəndi seçilib
Bu kənd Ermənistanla sərhəddə yerləşir

İlk instansiya məhkəmələrində nöqsanlara yol verilir
Özəlliklə də narkotiklərlə bağlı cinayət işlərinə baxılarkən

Xrax-Oba sakinlərinin hüquqi problemi nizamlanır
Onları Rusiyaya köçürmək variantı da var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər