Hal-hazırda Ayna qəzetinin 05.03.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.03.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Dövlət torpaqları istifadəyə cəlb olunur
Dövlət torpaqları istifadəyə cəlb olunur
Bu işlər ərzaq təhlükəsizliyi aspektində görülür
Şənbə, 05.03.2011

A.Akif mətn ölçüsü  

Gündəmdə tender yolu ilə iri fermer təsərrüfatları yaratmaq var. Hökumətin göndərişi ilə aqrar mütəxəssislər qrupu regionlarda araşdırmalara başlayıb. Bu məqsədlə 20 rayonun ərazisində 200 min hektara yaxın torpaq sahəsi müəyyənləşdirilib. Həmin sahələrdə tədqiqat işləri aparılır, su mənbələri öyrənilir. KTN şöbə müdiri Qurbanəli Hüseynovun sözlərinə görə, həmin ərazilərdə iri taxılçılıq, toxumçuluq təsərrüfatları yaradılacaq.

Hökumət istehsalçıların əkin ehtiyaclarını ödəmək üçün toxum və digər vasitələrlə təminatını həll etmək barədə qərar qəbul edib. Mədəni əkinçiliyə uyğun yüksək repreduksiyalı toxumlar istehsal olunacaq. Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi komissiya toxumçuluq təsərrüfatları üçün torpaqların müəyyən edilməsi və digər işləri yerinə yetirəcək.

Ölkədə istifadəsiz qalmış torpaqların dövriyyəyə cəlb edilməsi, yeni aqrar komplekslərin yaradılması, toxumçuluq təsərrüfatlarının gücləndirilməsi, mülkiyyətçilərin iri fermer təsərrüfatlarında birləşməsi, kooperasiyalar yaradılması da qarşıda duran başlıca vəzifələrdən biridir.

İri fermer təsərrüfatlarının yaradılması işi mərhələlərlə həyata keçiriləcək və bu təsərrüfatlar tender yolu ilə yaradılacaq. Fermerlər onlara verilən güzəşt müddəti bitdikdən sonra dövlətin bu təsərrüfatların yaradılmasına sərf etdiyi vəsaiti ödəməli olacaqlar. Bu işlərin ərzaq təhlükəsizliyinin daha etibarlı təminatı məqsədilə görüldüyü bildirilir. İri fermer təsərrüfatları ölkənin azyararlı və yararsız torpaq sahələrini əhatə edəcək.

Mərkəzi Aran rayonlarında, Mil-Muğan zonasında seçilən ərazilərdə işçi qüvvəsi cəlb etmək məqsədilə yeni yaşayış massivləri və qəsəbələr salınması da nəzərdə tutulur.

Bu il yazlıq əkin sahələrinin həcmini ən azı 50 min hektar artırmaq planlaşdırılır. KTN bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdir müavini Rizvan Mustafayevin bildirdiyinə görə, hökumətin tapşırığına uyğun olaraq sistemli işlər görmək planlaşdırılır. KTN hələ payız mövsümündə əkin sahələrinin həcmini artırmaq üçün addımlar atıb. Payızlıq taxıl əkini sahələri 2009-cu illə müqayisədə artırılıb. Ötən dövr ərzində taxıl əkini sahələrinin mineral gübrələrlə təmin olunması, gəmiricilərə qarşı dərman vasitələrindən istifadə və ötən il geniş yayılmış sarıpas xəstəliyinə qarşı aqrotexniki tədbirlər görülüb. Gübrələrin qiymətlərinə 50 faiz güzəşt tətbiq olunub.

Rizvan Mustafayevin bildirdiyi kimi, yeni aqrar komplekslərin yaradılması ilə bağlı görülən işlər aspektində ekspertlər dövlət torpaq fondunun kənd təsərrüfatına cəlb olunması üçün texniki, geodeziya işləri ilə məşğuldur. Bu torpaqların sərhədləri və xəritələri hazırlanır. Yeni aqrar komplekslərin və kooperasiyaların dövlətə məxsus qış otlaqlarında və asudə dövlət torpaq fondundan ayrılmış ərazilərdə yaradılması nəzərdə tutulur. Aqrar komplekslər Qazax-Gəncə, Quba-Qusar iqtisadi rayonlarını və Kür-Araz ovalığına daxil olan əraziləri əhatə edəcək. Kür və Araz çayları keçən bütün rayonların ehtiyat torpaq fondları əkinə cəlb olunacaq. Burada daha çox toxumluq taxılın yetişdirilməsi üçün təsərrüfatlar təşkil ediləcək. Çünki hazırda ölkədəki taxılçılıq təsərrüfatları fermerlərin taxıla olan tələbatını ödəyə bilmir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Ordu islahatlarında 6-7 illik gecikmə var"

Müdafiə Nazirliyinin KİV-i məlumatlandırma mexanizmi təkmilləşdirilməlidir

Yerinə yetirilməyən islahatlar

Sabina Freyzer: "Azərbaycan hakimiyyəti tarixi imkanı əldən buraxa bilər"

Bölmənin digər xəbərləri
 
Millət vəkili Eldar İbrahimov: "Kooperativ yaratmaq kolxoz anlamını vermir"
Rentabelli olmayan təsərrüfatların koorperasiyalaşma zərurəti ortaya çıxıb

Ən bahalı yumurta - bizim ölkədə
Səbəb - bahalı yemləmə və inhisarçılıq

Lizinq şərtləri yumşalıb
İlkin ödəniş 20 faizdən 10 faizə enib

Mərkəzi Bankın addımları nələr vəd edir?
Bank kreditləri bahalaşacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər