Hal-hazırda Ayna qəzetinin 05.03.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.03.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Mərkəzi Bankın addımları nələr vəd edir?
Mərkəzi Bankın addımları nələr vəd edir?
Bank kreditləri bahalaşacaq
Şənbə, 05.03.2011

A.Əhmədova mətn ölçüsü  

Dünya əmtəə bazarlarında ərzaq məhsullarının qiymət artımı müşahidə olunur. Dünya iqtisadiyyatında inflyasiyanın artması meyilləri də güclənir. Ölkənin valyuta gəlirlərinin əhəmiyyətli çoxalması, tədiyə balansında iri həcmli profisit nəticəsində pul kütləsinin artım mənbələrinin genişlənməsi, qeyri-neft sektorunda iqtisadi artımın davam etməsi əmtəə və xidmət bazarlarında tələbin yüksəlməsini şərtləndirir. Bu şəraitdə inflyasiya amillərinə nəzarətin gücləndirilməsi və onların önləyici rejimdə tənziminin aktuallığı artır.

MB bunu nəzərə alaraq inflyasiya amilləri üzərində nəzarəti gücləndirir. Belə ki, uçot dərəcəsini 3-dən 5 faizə qaldırmaq barədə qərar qəbul edib. Bankın digər qərarına görə, bankların daxili və xarici öhdəlikləri üzrə məcburi ehtiyat norması 0.5%-dən 2%-ə qaldırılır. Bank bu addımı inflyasiya amillərinə nəzarəti gücləndirmək və onları preventiv rejimdə tənzimləmək məqsədilə atdığını açıqlayır. Bu qərarlar Mərkəzi Bankın qiymətlərin sabitliyinin saxlanılması üzrə məqsədyönlü tədbirləri çərçivəsində qəbul edilib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, Mərkəzi Bankın uçot dərəcələrini artırmaq qərarı gözlənilən idi. Belə ki, hələ ötən ilin noyabrında Mərkəzi Bank uçot dərəcəsini 2 faizdən 3 faizə qaldıranda bunu böhranın bitməsi ilə əlaqələndirmişdi. Ancaq ekspertlər bunu inflyasiyaya qarşı önləyici addım kimi qiymətləndirirdi. S.Əliyev xatırladı ki, bu prosesin davam edəcəyi və uçot dərəcələrinin ən azı 5 faizə qaldırılacağı da bildirilmişdi. Çünki hələ o vaxt bəlli idi ki, qarşıdakı illərdə, xüsusən də 2011-ci ildə bank üçün əsas prioritet hədəf inflyasiya təzyiqini azaltmaq və bu həddin ikirəqəmli olmasının qarşısını almaq olacaq.

MB 2011-ci ilin pul-kredit siyasəti üzrə bəyanatında milli valyutanın sabitliyinin təmin olunması ilə yanaşı, inflyasiyanın aşağı səviyyədə saxlanmasını məqsəd kimi götürüb. Manatın sabitliyi, demək olar, təmin edilib. İndi əsas məsələ inflyasiyadır. Dünya bazarlarında qiymətlər bahalaşır və ölkəyə idxal inflyasiyası daxil olur.

REKLAM

İdxal inflyasiyasının təsirini azaltmaq üçün MB pul-kredit siyasətini möhkəmləndirmək yolunu tutur.

Ekspertə görə, ABŞ və Avropa ölkələrindən fərqli olaraq inkişaf etməkdə olan ölkələr, o cümlədən MDB ölkələri inflyasiyanı cilovlamaq üçün uçot dərəcəsini qaldırmaq siyasətini yürüdür. Samir Əliyev:

"Çin fevral ayında məcburi ehtiyat normasını 19 faizə qaldırdı. Rusiya bu il ikinci dəfədir bu addımı atır. Hazırda Rusiyada martın 1-dən etibarən uçot dərəcəsi artırılaraq 8 faiz təşkil edir. Məcburi ehtiyat norması 4,5 faiz artırılıb. Ermənistan da ötən ay uçot dərəcələrini 7,75 faizə qaldırıb. Digər ölkələrdə də bu tip addımlar gözlənir".

İnflyasiya indidən ikirəqəmlidir

S.Əliyev söyləyir ki, uçot dərəcələrinin qaldırılması inflyasiya təzyiqlərini müəyyən qədər azaldacaq. Amma belə düşünür ki, ötən illə müqayisədə inflyasiya səviyyəsi artacaq. Hətta bu göstərici ikirəqəmli də ola bilər:

"Təbii ki, söhbət rəsmi göstəricidən gedir. Çünki gerçəklikdə inflyasiya çoxdan ikirəqəmli həddə çatıb. Bununla iş bitmir. Nə qədər ki, rəqabət mühiti yoxdur, qiymətləri inhisarçılar diqtə edir, sahibkarlar gömrük sərhədində süründürməçiliklə qarşılaşır, inflyasiyanın cilovlanmasından danışmağa dəyməz. Digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən böyük həcmli investisiya layihələri də ölkədə qiymətlərin artımını şərtləndirir. Hökumət qarşıdakı aylarda bu amillərə diqqəti artırmalıdır".

Amma ekspert deyir ki, bu dəyişikliyin kredit bazarına təsiri müsbət olmayacaq. Çünki kreditlər üzrə faiz dərəcələrinin artımını şərtləndirəcək. "Ölkədə iqtisadi aktivliyə mənfi təsir göstərəcək, aktivliyin azalması müşahidə olunacaq. Bunun əsas səbəbi isə kreditlərin bahalaşması olacaq. Düzdür, bank kreditlərinin strukturunda mərkəzləşdirilmiş kreditlərin payı 15 faizdən çox deyil və bu, uçot dərəcəsinin kredit bazarında təsir imkanlarını azaldır. Ancaq buna baxmayaraq, uçot dərəcəsinin artımı bank kreditləri üzrə faiz dərəcələrinin artımına gətirib çıxaracaq. Məcburi ehtiyat normasının artırılması da öz növbəsində bankların sərbəst vəsaitlərini azaltmaqla yanaşı, kredit resurslarını məhdudlaşdıracaq", - deyə qeyd edib.

Mərkəz eksperti hesab edir ki, Mərkəzi Bank pul-kredit siyasətini sərtləşdirməkdə davam edəcək:

"Dolların ucuzlaşması, neftin bahalaşması və bəzi regionlardakı qeyri-sabitliyin fonunda dünyada qiymətlərin, özəllikdə də ərzaq məhsullarının bahalaşması davam edəcək. Bu, təbii ki, Azərbaycana da təsir göstərəcək. Belə bir vəziyyətdə Mərkəzi Bank inflyasiyanın rəsmən də olsa, ikirəqəmli olmasına imkan verməmək üçün uçot dərəcəsini qaldırmaqda davam edəcək. Uçot dərəcəsi yəqin ki, ən azı 7-8 faizə yüksələcək. Digər tərəfdən bank manatın dollara nisbətən möhkəmlənmə siyasətini davam etdirəcək. Dünya bazarında bahalaşma bu templə davam etdiyi təqdirdə manatın 2011-ci ildə təxminən 3-5 faiz bahalaşması mümkündür".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Noyabrın bahalaşma liderləri

İnflyasiya ilin sonuna 10 faizə çatacaq

Elektron ipoteka sistemi vacibdir

Bölmənin digər xəbərləri
 
Millət vəkili Eldar İbrahimov: "Kooperativ yaratmaq kolxoz anlamını vermir"
Rentabelli olmayan təsərrüfatların koorperasiyalaşma zərurəti ortaya çıxıb

Ən bahalı yumurta - bizim ölkədə
Səbəb - bahalı yemləmə və inhisarçılıq

Lizinq şərtləri yumşalıb
İlkin ödəniş 20 faizdən 10 faizə enib

Dövlət torpaqları istifadəyə cəlb olunur
Bu işlər ərzaq təhlükəsizliyi aspektində görülür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər