Hal-hazırda Ayna qəzetinin 05.03.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.03.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Lizinq şərtləri yumşalıb
İlkin ödəniş 20 faizdən 10 faizə enib
Şənbə, 05.03.2011

mətn ölçüsü  

Kənd təsərrüfatı texnikası almaq üçün lizinq şərtləri yumşaldılıb. İndi texnikanın ilkin ödənişi 20 faizdən 10 faizə endirilib. Belə ki, alınan malın dəyərinin 10 faizi bəri başdan, digər hissəsi isə 10 il müddətinə ödənilir. Nəticə etibarı ilə ilbəil şərtlər yüngülləşdiyindən lizinqlə kənd təsərrüfatı texnikası götürənlərin sayı artır. Məsələn, yanvarda Aqrolizinq ASC 40 ədəd traktora lizinq verib. Yaz aylarında bu rəqəmin artacağı gözlənir.

Lizinq ilk baxışdan kreditə bənzəsə də, əslində hansısa texnika və ya avadanlığın uzun müddətə istifadəyə götürülməsi deməkdir. Bu müddətdə istifadəçi avadanlığın pulunu ödəyir. Müddət başa çatandan sonra isə onun sahibi olur. Lizinq vasitəsilə texnika və avadanlığı 2, hətta 5 ilə də almaq mümkündür. Bankdan kredit götürəndə isə müddət maksimum 2 il olur. Bu zaman bank girov tələb etsə də, lizinqdə malın özü girovda qalır.

Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov açıqlamasında bildirib ki, hansısa texnikanın alınması üçün bank kreditlərindən istifadə edənlər 25-26 faiz ödəməli olduğu halda, lizinqdə texnikanı 20-21 faizlə, hətta bəzi hallarda 16-17 faizlə də götürmək olar. Yeri gəlmişkən, yaxın zamanlarda mineral gübrələrin güzəştli satış qaydalarında da dəyişiklik gözlənir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bir təsərrüfatçı 6 nəfəri yedizdirir

Bölmənin digər xəbərləri
 
Millət vəkili Eldar İbrahimov: "Kooperativ yaratmaq kolxoz anlamını vermir"
Rentabelli olmayan təsərrüfatların koorperasiyalaşma zərurəti ortaya çıxıb

Ən bahalı yumurta - bizim ölkədə
Səbəb - bahalı yemləmə və inhisarçılıq

Mərkəzi Bankın addımları nələr vəd edir?
Bank kreditləri bahalaşacaq

Dövlət torpaqları istifadəyə cəlb olunur
Bu işlər ərzaq təhlükəsizliyi aspektində görülür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər