Hal-hazırda Ayna qəzetinin 05.03.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.03.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Ən bahalı yumurta - bizim ölkədə
Ən bahalı yumurta - bizim ölkədə
Səbəb - bahalı yemləmə və inhisarçılıq
Şənbə, 05.03.2011


A.Əhməd
mətn ölçüsü  

Ölkədə yumurta bahalaşır. Bəlli olub ki, yumurtanın və toyuq ətinin ən baha olduğu yer - Azərbaycan... Səbəb də toyuqların dəyərində və ya xüsusi fərqində deyil. Sadəcə - toyuqlarımız bahalı yemlə bəslənirlər və məhsuldarlıq aşağı düşdüyündən fürsətdən istifadə edərək yumurtanın qiyməti qaldırılır. Avropanın ən bahalı şəhərlərində yumurtanın qiyməti 10 qəpik civarındadır. Amma martın ilk günlərində satış mərkəzlərində broyler yumurtasının bir ədədi 23-25 qəpik...

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Avropa ölkələrində yumurta və quş ətinin Azərbaycandan ucuz olmasını təbii qarşılayır. Onun sözlərinə görə, xaricdən alınan yem Azərbaycanda istehsalçıya çatana qədər qiymətlərdə 35 faiz bahalaşma olur. Bəlli olur ki, iki il əvvəl quşçuluq təsərrüfatları yemin bir tonunu 240 manata, hazırda isə 530 manata alır. Yem Azərbaycana gələnə qədər əlavə dəyər vergisi, gömrük rüsumu və nəqliyyat xərclərindən sonra 30-35 faiz bahalaşır.

Cəmiyyət sədri xatırladır ki, bölgələrdə fərdi təsərrüfatlarda quş yemi kimi istifadə olunan arpa və buğdanın kəskin bahalaşması da yumurtanın qiymətinə təsir edib:

"Qarabağ bölgəsində arpanın kiloqramı 50 qəpiyə, buğda isə 40 qəpiyə satılır ki, bu da biçin mövsümünün sonundan indiyədək qiymətlərin 3 dəfə artdığını göstərir. Xəstəlikdən narahat olan fermerlərin quşlar üçün dava-dərman alması da onların xərclərinin və beləliklə, yumurtanın qiymətinin artmasına səbəb olub. Nəticədə hazırda yumurtanın 1 ədədi quşçuluq təsərrüfatlarına 12-14 qəpiyə başa gəlir. Halbuki ötən il bu rəqəm 7-10 qəpik olub".

Quşçuluq müəssisələri bahalaşmanın onlarla əlaqəsi olmadığını deyirlər. Sabirabaddakı "Əlvan" MMC-dən "Azadlıq" radiosuna verilən məlumata görə, hazırda onlar 17-18 qəpikdən baha yumurta satmırlar və bahalaşmada alverçiləri günahlandırırlar. Görünür, alverçilər bayramı bahalıq yaratmaqla qarşılayırlar.

Bu gün yerli quşçuluq şirkətləri ölkənin yumurtaya olan tələbatını tam ödəyir. 2010-cu ildə Azərbaycanda 400, 2009-cu ildə isə 510 milyon ədəddən çox yumurta istehsal olunub.

REKLAM

KTN-də hesab edirlər ki, qış aylarında yumurtanın bahalaşması təbiidir. Havalar istiləşəndə qiymətlər yenə də ucuzlaşacaq. Bahalaşmanın digər səbəbi kimi soyuq hava və xəstəlikdən ev quşlarının tələf olması da göstərilir.

Aydın Vəliyev deyir ki, quşların qırılmasının səbəbi xəstəliklər və soyuqlar olub. Bu hadisə bütün bölgələrdə qeydə alınıb. Bu hal hər il baş versə də, bu il onun təsiri daha böyük olub. Amma bahalaşmanın əsas səbəbi bu amil deyildir. Müsahibim deyir ki, broylerlərdə qiymət artımı olmadığı halda, satış mərkəzlərində yumurtanın bahalaşması məhsul qıtlığı ilə əlaqəlidir. Məsələ ondadır ki, broylerlərdən fərqli olaraq şəxsi təsərrüfatlarda bu il yumurta istehsalı xeyli aşağı düşdüyündən qıtlıq yaranıb:

"Təxminən 20-dən çox broyler şirkətində yumurtanın topdansatış qiyməti 14 qəpikdən baha deyil. Təsərrüfatlardan yumurta 13-14 qəpiyə çıxır, 20-25 qəpiyə satılır".

A.Vəliyev onu da qeyd etdi ki, yumurta ticarətində vasitəçi kimi çıxış edənlər yaranmış vəziyyətdən sui-istifadə edərək bayram ərəfəsində qiymətləri daha da artırırlar. Yəni vasitəçilər yumurtanın bir hissəsini bazara buraxmır və bayramqabağı baha qiymətə satmaq üçün saxlayırlar: "Belələri istehsalçıların özündən 1,5-2 dəfə çox pul qazanır. Bunlar əsasən topdansatış məntəqələridir".

Cəmiyyət sədri şirkətlərin özünün yumurta satışını həyata keçirməsini mümkünsüz sayır. Çünki bunun üçün şirkətlərin əlavə vəsaitə, işçi qüvvəsinə ehtiyacı var. Odur ki, broylerlər satışı təşkil etməkdə maraqlı deyillər.

A.Vəliyevin qənaətincə, qiymətlərin aşağı düşməsi üçün quşçuluq müəssisələrində istifadə olunan qarışıq yemin idxalı ƏDV-dən azad olunmalıdır. Artıq bu sahəyə dəstək məqsədilə damazlıq cücələr, eləcə də müəssisələrdə istifadə olunan avadanlıqlar ƏDV-dən azad edilib. Amma görünür qiymətlərin ucuzlaşması üçün bunlar kifayət deyil. Məsələ ondadır ki, avadanlıqlar bir neçə ildə bir dəfə alınır, yem isə həmişə lazımdır. Cəmiyyət sədri vurğulayır ki, əlavə addımlar atılmasa, yumurtanın qiyməti iyun ayında enməyə başlayacaq. Həmin vaxt bazara yeni yumurtlayan toyuqlar daxil olacaq, qiymətlər də enməyə başlayacaq".

1 yumurta - 30 sent?

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bayrama qədər ucuzlaşma olacağına inanmır: Bahalaşan qiymətləri o səviyyədə saxlayacaqlar ki, Novruz bayramı ərəfəsində daha yaxşı mənfəət əldə etsinlər. Çünki dünyanın heç yerində 25 qəpiyə yumurta satılmır, bu təxminən 30 sent deməkdir".

İqtisadçı alverçilərin qiymət artımına təsir etməsini mümkünsüz sayır. Mərkəz rəhbərinin dediyinə görə, əslində bu kimi məlumatlarla broyler şirkətləri bahalaşma ilə bağlı məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar.

"Broyler fabriklərinin bir assosiasiyası var və bu imkan verir ki, sövdələşmə qiymətlərini tətbiq eləsinlər. Təbii ki, müəyyən mənada məhsuldarlıq aşağı düşüb, xərclər artıb, mövsümi amillərin təsiri var. Lakin bunlar bütün bu amillərdən istifadə edərək bazarda razılaşdırılmış sövdələşmə qiymətləri tətbiq edirlər və son nəticədə bahalıq yaranır".

...Bahalaşan təkcə yumurta deyil. Şəkər tozu, kərə yağı, ət və ət məhsullarının, meyvə və tərəvəz məhsullarının qiymətində də bahalaşma var. Misal üçün, şəkər tozunun bir kiloqramı bir ay əvvəl 90 qəpik idisə, indi bütün satış mərkəzlərində şəkər tozunun qiymətində 30-40 qəpik, Yeni Zelandiya və Ankor yağlarının qiymətində isə bir manatdan artıq bahalaşma var.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Broylerlər 30 faiz ucuzlaşma vəd edir

Quşçular dəstək və beş il vaxt istəyir

Qızıl bahalaşmaqda davam edəcək

Oktyabrda bahalaşma lideri - baş soğan

Bahalaşma və ərzaq qıtlığı dalğası ölkəni vurdu

Bölmənin digər xəbərləri
 
Millət vəkili Eldar İbrahimov: "Kooperativ yaratmaq kolxoz anlamını vermir"
Rentabelli olmayan təsərrüfatların koorperasiyalaşma zərurəti ortaya çıxıb

Lizinq şərtləri yumşalıb
İlkin ödəniş 20 faizdən 10 faizə enib

Mərkəzi Bankın addımları nələr vəd edir?
Bank kreditləri bahalaşacaq

Dövlət torpaqları istifadəyə cəlb olunur
Bu işlər ərzaq təhlükəsizliyi aspektində görülür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər