Hal-hazırda Ayna qəzetinin 26.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Sərdar Həmidov şəhid məzarlığının dağıdıldığını deyir
Sərdar Həmidov şəhid məzarlığının dağıdıldığını deyir
Tərtər icra hakimiyyəti təkzib edir
Şənbə, 26.02.2011


S.Abbaszadə
mətn ölçüsü  

Dünən Tərtər rayon İcra Hakimiyyətinin keçmiş başçısı Sərdar Həmidov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, Sərdar Həmidov bildirib ki, tədbiri keçirməkdə məqsəd 1992-ci ildə Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərin baş daşları və sinə daşlarının oğurlanması barədə ölkə rəhbərliyinə və ictimaiyyətə məlumat verməkdir.

Sərdar Həmidov deyib ki, Ağdərənin Vaquas və Vəng kəndləri arasında gedən döyüşlərdə ümumilikdə 67 əsgər həlak olub. Onlardan 12 nəfərinin meyiti doğmaları tərəfindən tanınaraq aparılıb. Qalan 55 nəfərin isə milliyyətinin azərbaycanlı olduğu dəqiqləşib. Həmin vaxt Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Sərdar Həmidov şəhidlərin dəfn olunması üçün müvafiq komissiya yaradıldığını, sonra həmin şəhidlərin dəfn olunduğunu bildirib:

"Komissiyaya rayonun axundundan tutmuş mənim müavinimə qədər xeyli şəxs daxil idi. Şəhidləri kəfənlətdirib basdırdıq, onlara mərmər və qranitdən başdaşı, sinədaşı düzəltdirib qoyduq".

Sərdar Həmidov bildirib ki, son 10 ildə şəhid qəbirlərinin ikisi istisna olmaqla hamısının başdaşı və sinədaşları sökülərək oğurlanıb: "Yalnız iki qəbrin başdaşı qalıb ki, onların da sinədaşlarını oğurlayıblar".

Sabiq icra hakimiyyəti başçısı KİV mənsublarına başdaşı və sinədaşları sökülərək oğurlanmış qəbirlərin fotolarını da təqdim edib. O, Azərbaycan prezidentinə və bütün ictimaiyyətə müraciət edərək bununla bağlı tədbir görülməsini xahiş edib.

Tədbirdə iştirak edən hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə faktla bağlı Daxili İşlər Nazirliyinə deputat sorğusu verəcəyini, bu məsələni Milli Məclisin növbəti iclasında qaldıracağını bildirib.

Tərtər rayon İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Tofiq Hüseynov isə APA-ya açıqlamasında Sərdar Həmidovun dediklərinin böhtan olduğunu iddia edib:

"Onun mətbuat konfransında göstərdiyi şəkilləri harada çəkdiyini bilmirəm, bəlkə gedib Mingəçevirdə çəkdirib? Hamımız müsəlmanıq. Qəbir daşlarını, özü də şəhidlərin qəbir daşlarını kim oğurlaya bilər? Bunlar düz söhbət deyil".

Tofiq Hüseynov rayonda kimsəsiz şəhid qəbirlərinin olduğunu isə təsdiqləyib:

"Onlardan bir qisminin yaxınları gəlib meyitləri apardı. Ancaq qalan qəbirlərin başdaşları yerindədir. Tərtərdə Şəhidlər Xiyabanı tikilib, müharibə veteranlarının abidəsi təmir edilib. Demək istəyirəm ki, bu söhbət məntiqə uyğun deyil".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Bayraq qalmaqalı" əndazədən çıxır

Qazaxda təmas xəttindəki qəbiristanlıqda erməni vandalizmi

Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub

Mübariz İbrahimov Milli Qəhrəman adına layiq görüldü

Şəhid hərbçilərin meyitləri təhvil verilir

Bölmənin digər xəbərləri
 
Xocalı soyqırımından 19 il ötür
Soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 1275 nəfər əsir və girov götürülüb

Sumqayıt məhkəməsi şikayəti təmin etmədi
Polis daha 4 gənci saxladı

Azərbaycan Türkiyə STOP-larına maraq göstərir
Bu artilleriya platformasının bir sıra üstünlükləri var

Xocalıda əsir götürülmüş 21 uşaq hələ də girov...
Esmira Orucova: "Bəzilərinin bədən orqanları çıxarılaraq satılıb"

Ötən ay Bakıda yeni binanın özülü qoyulmayıb
İşləri dondurulan tikintilər var

Yaşamın keyfiyyətinə görə 192 ölkə arasında 106-cı...
Azadlıqların səviyyəsinə görə reytinqdə ən aşağı cərgələrdə yer alırıq

Bakalavrların nəticələri narazılıq doğurub
Bəziləri informatika, bəziləri isə ingilis dilindən zəifdir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər