Hal-hazırda Ayna qəzetinin 26.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Ötən ay Bakıda yeni binanın özülü qoyulmayıb
İşləri dondurulan tikintilər var
Şənbə, 26.02.2011


İlkin
mətn ölçüsü  

Bu ilin yanvar ayında Bakı şəhərinin ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər dəyişməyib. Orta qiymət dekabrdakı kimi 1 kv. metr üçün 848 manat təşkil edib. Bu, ötən illə müqayisədə 4%, böhrandan əvvəlki (sentyabr 2008-ci il) dövrlə müqayisədə isə 29% azdır.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin məlumatına görə, yanvarda ilkin bazarda satışa çıxan yaşayış binalarının sayı dekabrdakı 443-ə qarşı 442 olub - 1 bina satışdan çıxıb, heç bir yeni binanın özülü qoyulmayıb. Tikinti işləri aparan şirkətlərin sayı isə əvvəlki ayda olduğu kimi 155 olub.

Yanvarda Bakı şəhərində satışda olan 442 binanın 32%-də tikinti başa çatıb, 49%-da başa çatmaq üzrədir, binaların 11%-də tikinti işləri başlayıb və ya orta mərhələdədir, 8% binalarda isə tikinti işləri ya dondurulub, ya da ləng gedir.

Binaların 271-də qiymətlər 400-800 manat, 83 binada 801-1200 manat arasında, 64 binada 1201-2000 manat arasındadır, 24 binada qiymətlər 2000 manat/kv. metr həddindən yuxarıdır.

"Əmlak Bazarı İştirakçıları" İB-nin araşdırmaları göstərib ki, alıcı kütləsi hazırda 1 kv. metri 500-600 manat arasında dəyişən yeni tikililərə üstünlük verir. Ötən aylardakı kimi, yeni tikililərdə 3 otaqlı mənzillər daha çox üstünlük təşkil edir, 5 otaqlı mənzillər əsasən şəhərin I zonasında üstünlük təşkil edir, 1 otaqlı mənzillər isə daha çox III zonanın payına düşür.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

MN hərbçiləri üçün bina tikiləcək

Daha bir tarixi bina sökülə bilər

Dəllallar üç ailəni evsiz qoyublar

Tiflisdə bina çöküb, dağıntı altında qalanlar var

Paytaxtda 50 "göydələn" qanunsuz istifadəyə verilib

Bölmənin digər xəbərləri
 
Xocalı soyqırımından 19 il ötür
Soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 1275 nəfər əsir və girov götürülüb

Sumqayıt məhkəməsi şikayəti təmin etmədi
Polis daha 4 gənci saxladı

Azərbaycan Türkiyə STOP-larına maraq göstərir
Bu artilleriya platformasının bir sıra üstünlükləri var

Xocalıda əsir götürülmüş 21 uşaq hələ də girov...
Esmira Orucova: "Bəzilərinin bədən orqanları çıxarılaraq satılıb"

Yaşamın keyfiyyətinə görə 192 ölkə arasında 106-cı...
Azadlıqların səviyyəsinə görə reytinqdə ən aşağı cərgələrdə yer alırıq

Bakalavrların nəticələri narazılıq doğurub
Bəziləri informatika, bəziləri isə ingilis dilindən zəifdir

Sərdar Həmidov şəhid məzarlığının dağıdıldığını deyir
Tərtər icra hakimiyyəti təkzib edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər