Hal-hazırda Ayna qəzetinin 26.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Xocalıda əsir götürülmüş 21 uşaq hələ də girov...
Xocalıda əsir götürülmüş 21 uşaq hələ də girov...
Esmira Orucova: "Bəzilərinin bədən orqanları çıxarılaraq satılıb"
Şənbə, 26.02.2011


E.Eldəniz
mətn ölçüsü  

"Xocalı faciəsi zamanı Ermənistan hərbi birləşmələri tərəfindən girov götürülən azərbaycanlı uşaqlar hələ də azad edilməyib". Bu barədə "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatlar zamanı işğal edilən ərazilərdə girov götürülən uşaqlardan 168-i (onların 65-i azyaşlı qızdır) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti nəticəsində azad edilib. Esmira Orucova uşaq ikən əsir götürülmüş 21 azərbaycanlının hələ də Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağda girovluqda saxlanıldığını söyləyir:

"Girovluqda olan uşaqlar müxtəlif ağır işgəncələrə məruz qalıblar. Onların bəzilərinin bədən orqanları çıxarılaraq satılıb. Məsələn, 3 yaşlı Şövqi Xaqani oğlu Əliyevin bazu sümüyü Xankəndində erməni həkimlər tərəfindən çıxarılıb, nəticədə Şövqi ömürlük şikəst qalıb. Kəlbəcərin işğalı zamanı girov götürülən Gülcamal Quliyevanın yeni dünyaya gələn oğlu Arzu Hacıyevə isə erməni həkim Aida Serobyan tərəfindən naməlum tərkibli iynələr vurulub. Bundan sonra Arzu Hacıyev ömürlük şikəst qalıb. 15 yaşlı Nəzakət Məmmədovanın gözləri qarşısında atasına işgəncə veriblər, onun qulaqları kəsilib, anası bunlara dözməyərək dəli olub, qızın özünü isə 4 milyon rubla ailəsinə satıblar".

Bu kimi faktların yüzlərlə olduğunu vurğulayan E. Orucova beynəlxalq təşkilatları və dünyanın böyük dövlətlərini ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinə diqqət yetirməyə çağırıb.

Xocalı soyqırımı zamanı girov götürülmüş və hazırda Ermənistanda, işğal altındakı Dağlıq Qarabağ və ətraf bölgələrdə girovluqda saxlanan uşaqların siyahısı (şahid ifadələri ilə təsdiqlənib):

1. Allahverdiyev Mahir Novruz oğlu - 1975-ci ildə Xocalıda doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.

2. Cəfərov Nüsrət (Anar) Fazil oğlu - 1975-ci ildə Xocalıda doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.

3. Cəfərov Samir Tacir oğlu - 1988-ci ildə Xocalıda doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.

4. Əliyev Səbuhi Cahangir oğlu - 1981-ci ildə Xocalıda doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.

5. Əliyev Səlim Cahangir oğlu - 1987-ci ildə Xocalıda doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.

6. Hüseynov Məhsəl Elxan oğlu - 1992-ci ildə Xocalıda doğulub (3 aylıq olub). 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.

7. Hüseynov Rəcəf Elxan oğlu - 1987-ci ildə Xocalıda doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.

8. Hüseynova Səbinə Elxan qızı - 1988-ci ildə Xocalıda doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.

9. Hüseynova Nəsibə Hüseyn qızı - 1982-ci ildə Xocalıda doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.

10. Məmmədov Möhlət Məmməd oğlu - 1976-cı ildə Ermənistanın Göyçə mahalında doğulub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dünyanın 100-dən çox guşəsində Xocalı anıldı

Qazaxda jurnalistlərin Xocalı toplantısı

"Qarabağ şikəstəsi" sərgisi təqdim olundu

Soyqırım cinayətinin tanıdılmasına hüquqi dəstək

Yeni zoopark üçün 55 hektar sahə ayrılıb

Bölmənin digər xəbərləri
 
Xocalı soyqırımından 19 il ötür
Soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 1275 nəfər əsir və girov götürülüb

Sumqayıt məhkəməsi şikayəti təmin etmədi
Polis daha 4 gənci saxladı

Azərbaycan Türkiyə STOP-larına maraq göstərir
Bu artilleriya platformasının bir sıra üstünlükləri var

Ötən ay Bakıda yeni binanın özülü qoyulmayıb
İşləri dondurulan tikintilər var

Yaşamın keyfiyyətinə görə 192 ölkə arasında 106-cı...
Azadlıqların səviyyəsinə görə reytinqdə ən aşağı cərgələrdə yer alırıq

Bakalavrların nəticələri narazılıq doğurub
Bəziləri informatika, bəziləri isə ingilis dilindən zəifdir

Sərdar Həmidov şəhid məzarlığının dağıdıldığını deyir
Tərtər icra hakimiyyəti təkzib edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər