Hal-hazırda Ayna qəzetinin 26.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Sumqayıt məhkəməsi şikayəti təmin etmədi
Sumqayıt məhkəməsi şikayəti təmin etmədi
Polis daha 4 gənci saxladı
Şənbə, 26.02.2011


İ.Abbasov
mətn ölçüsü  

Dünən Sumqayıt Şəhər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının həbs olunarkən qanunsuzluğa yol verilməsi haqqında məhkəmə nəzarəti qaydasında şikayətinə baxılıb.

Məhkəmə onun bu şikayətini təmin etməyərək, Avropa Konvensiyasının 5-ci maddəsini (toxunulmazlıq hüququnu) tanımayıb. Bu barədə vəkil Anar Qasımov RATİ-yə məlumat verib.

Bununla belə bu gün məhkəmə prosesinin başlanmasına az qalmış məhkəmə binasının qarşısına toplaşan AXCP Gənclər Komitəsinin üzvləri, eləcə də jurnalistlər ərazidən uzaqlaşdırılıb. Belə ki, polis Sumqayıt şəhərinin Heydər Əliyev parkı adlanan ərazidən yolları bağlayaraq, Sumqayıt məhkəməsinin binasını mühafizə edib. Gənclər məhkəmənin binasından polis və mülki geyimlilər tərəfindən uzaqlaşdırılıblar.

Daha sonra isə dörd nəfər - AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, fəallar Dəyanət Babayev, Elturan Rüstəmli və Aydın Əliyev saxlanılıb. Xatırladaq ki, Cabbar Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz narkotik maddə saxlama) ittiham olunur. Onu 3 ilə qədər həbs cəzası gözləyir. Polis iddia edir ki, onun üzərindən 0,17 qr tiryək götürülüb. Gənc fəalın tərəfdarları əmindirlər ki, Savalanlı siyasi əsaslarla, xüsusən yanvarın 20-də müxalifətçilərin Şəhidlər Xiyabanına yürüşündə fəal iştirakına görə həbs olunub. Həmin vaxt müxalifətçilərin daşıdığı siyasi plakatlara görə onlar və polis arasında qarşıdurma yaranmışdı. Bundan sonra Savalanlının bir müddət izləndiyi deyilir. Gənc fəalın cəmi 20 yaşı var. Sumqayıt Universitetinin tarix fakültəsinin 3-cü kurs tələbəsidir. O, ötən ilin noyabrında AXCP sıralarına daxil olub.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır

SMDT Ədliyyə Nazirliyini məhkəməyə verdi

Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi anılıb

Blogerlər azad edilmədi

Bölmənin digər xəbərləri
 
Xocalı soyqırımından 19 il ötür
Soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 1275 nəfər əsir və girov götürülüb

Azərbaycan Türkiyə STOP-larına maraq göstərir
Bu artilleriya platformasının bir sıra üstünlükləri var

Xocalıda əsir götürülmüş 21 uşaq hələ də girov...
Esmira Orucova: "Bəzilərinin bədən orqanları çıxarılaraq satılıb"

Ötən ay Bakıda yeni binanın özülü qoyulmayıb
İşləri dondurulan tikintilər var

Yaşamın keyfiyyətinə görə 192 ölkə arasında 106-cı...
Azadlıqların səviyyəsinə görə reytinqdə ən aşağı cərgələrdə yer alırıq

Bakalavrların nəticələri narazılıq doğurub
Bəziləri informatika, bəziləri isə ingilis dilindən zəifdir

Sərdar Həmidov şəhid məzarlığının dağıdıldığını deyir
Tərtər icra hakimiyyəti təkzib edir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər