Hal-hazırda Ayna qəzetinin 26.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
AKP-nin erməni sevgisi
Qoca tarix ondan ibrət götürməyənləri bağışlamır
Şənbə, 26.02.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Bu il 12 iyun 2011-ci il tarixdə Türkiyə Böyük Millət Məclisinə yeni seçkilərdir. Son iki seçkilərin qalibi olmuş hakim AKP ("Ədalət və İnkişaf Partiyası") bu dəfə də uğur qazanmaq üçün ermənilərlə sıx əməkdaşlığa üz tutub. Hazırda AKP-nin namizədləri arasında erməni kökənli Melkon Karakoçı, Tatoç Bəbək, Cerri Xrimyan, Marqar Eceyan və Petros Şirinyan yer alır.

Sonuncu dəfə ölkə parlamentində erməni mənşəli Perc Sədək Turan (1961-64-cü illər) deputat olmuşdur. 75 milyonluq Türkiyədə əhalinin 80 min nəfərinin erməni olmasını nəzərə aldıqda, "erməni deputat" marağı anlaşılan deyil. AKP ilk dəfə iqtidara gəldiyi zaman Ermənistanla sərhəddə "erməni-türk qardaşlığı"nı ehtiva edən bir "abidə" də yapdırmışdı. Bəlli olmayan qrup tərəfindən terror olunaraq öldürülən jurnalist Hrant Dinkə görə İstanbul küçələrinə çıxaraq "həpimiz erməniyiz", "həpimiz Hrant Dinkiz" deyə bağıranların da əksəriyyəti AKP-lilər və onların yandaşları idilər.

Yalnış siyasətdə milli azlıq və təriqət baxışları

Türkiyənin etnik kimlik tərkibi uzun zamandır süni şəkildə ən çox qabardılan bir anlama çevrilməkdədir. Halbuki BMT-nin rəsmi statistikasında yer alan qaynaqlara görə, Türkiyədə milli tərkib belədir: 66 milyon 140 min nəfər türk, 2,5 milyon kürd, 2 milyon Balkan kökənlilər (serb, bolqar, rumın, xorvat, makedon, yunan), 1 milyon boşnak, 1 milyon arnaut (alban), 500 min çərkəz kökənlilər (abaza, ubıx, çərkəz, abxaz, kabarda, adıgey, şapsuq), 870 min ərəb, 300 min zaza, 300 min çingənə (qaraçı), 130 min laz, 80 min erməni, 60 min gürcü, 20 min yəhudi, 15 min amşen (və ya hemşil - guya müsəlman ermənilər), 40 min suriyalı (xristian ərəblər), 25 min yunan.

BMT-nin bu statistikasına şübhə ilə yanaşan bir sıra strateji mərkəzlər daim Türkiyəyə qarşı etnik mənşə məsələsində süni qabarmalar yaratmaqla ölkədaxili proseslərin məcrasını milli zəmində qarşıdurmalara yönəltmək siyasəti aparmışlar. 2002-ci ilə kimi Türkiyədə siyasi mübarizə fərqli siyasi partiyalar arasında gedirdisə, indi AKP iqtidara gələndən sonra bu proses daha çox etnik, təriqat və ya məzhəb müstəvisində cərəyan edir. Böyüyən, daim inkişafda olan Türkiyədə prosesləri etnik kimlik və təriqət (məzhəb) zəminində, ictimai münasibətlərdə parçalamaqla strateji hədəfləri başqa cərəyana yönəltməyə çoxlu cəhdlər var.

AKP-nin 8 illik hakimiyyətə dönəmində Türkiyədə ən çox dartışılan mövzular isə bunlardır: "erməni", "kürd", "suriyani", "laz", "çərkəz", "rum" və "təkkə" (nurçular), "süleymançı", "nəqşbəndi", "ələvi" açılımları... Heç də sirr deyil ki, ölkədə təriqət və məzhəblərə bağlı qüvvələrin böyük əksəriyyəti dini anlamda milli siyasətə qarşıdırlar. Onların toplam sayı isə 5 milyon nəfərə yaxındır. Bu sıraya milli azlıqlar (ölkə əhalisinin 13 faizi) da əlavə olunduqda AKP-nin fərqli bir biçimdə sosial bazası yaranmış olur.

AKP yandaşı olan ictimai təsisatlar və KİV-lər müntəzəm şəkildə buna diqqət yetirməklə yanaşı, "siyasi pressinq" kimi özünün maraq dairəsində saxlamaqla yenidən seçkilərdən qalib çıxmağı hədəf seçir. Halbuki milli azlıqlar və təriqət məsələsini qabartmaq Türkiyədə hər zaman təhlükəli sayılmışdır.

Etnoloji müstəvidə yaşanan gerçəklər

Məşhur etnoqraf alim, professor Şaban Kuzqun Elazığ Universiteti və MGK-nın (Milli Güvənlik Kurulu) təşəbbüsü ilə son illərdə ölkənin bütün kəndlərini, şəhər və qəsəbələrini qarış-qarış gəzərək Türkiyədə əhalinin etnik tərkibini və dini inanclarını qeydiyyata alan tədqiqatlar aparmışdır. Onun araşdırmalarında qeyd olunur ki, ölkədə türk əhalisindən savayı kürd, zaza, gürcü, çərkəz, boşnak, ərəb, suryani, arnaut və lazların çox böyük əksəriyyəti türk milli kimliyindən qürur duyurlar. Ordu, Artvin, Samsun, Mərmərə, İzmir, Adapazarı, Manisa, Siirt, Şırnak, Mərdin, Diyarbakır, Şanlıurfa, Hatay, Adana, Rize və digər regionlarda yaşayan milli azlıqlar arasında nə bir türk düşmənçiliyi, nə də milli bölücülük anlamı var.

Onların əksəriyyəti bu barədə sadəcə bəzi mətbu orqanlarda və Qərbdən xüsusi qrant layihələri alan QHT-lərin hesabatında yer alan məlumatlardan xəbər tuturlar.

REKLAM

Bu ekspedisiyalar zamanı bəlli olubdur ki, həmin QHT sektoru ələvi inanclıları ayrıca bir millət olaraq rəsmiləşdirmək üçün dərin siyasət aparmağı hədəf seçiblər. Halbuki 8 milyon 750 min nəfər ələvi (şiəlikdə bir cərəyandır) inancına malik olan vətəndaşın 90 faizi xalis türklərdən ibarətdir.

ABŞ-a məxsus "Azadlıq" radiosu müxbirlərinin apardıqları sosioloji araşdırmalardan bəlli olub ki, Türkiyədə əhalinin 86.21 faizi türklərdən ibarətdir. Ən kritik region olan Güney Doğuda əhalinin 72 faizi heç kürd dilini bilmir. Halbuki Qərbdəki əksər çevrələr bölgədəki 9 milyon 903 minlik əhalinin ucdantutma kürd olması iddiasında bulunur. Heç demə, M.M.Van Bruinessen, M.Fany, P.A.Andreus, Yaved Ensari, O.Mann, David Mc Kenzie, Sasuni, Haddank, Prof. Goichie Kojima, Tess Qofman kimi "etnoqraf" alimlərin tədqiqatları, "Der Fisher Weltalmanach 95", "Ethnologue data from: Languages of the World", "Konda A.S.", "TCSES", "Bennighaus", "Meeker", "Planet of Diaspora" tipli strateji mərkəzlərin uydurmaları indi "həqiqət" mənbəyi şəklində təbliğata çerilibdir.

Türkiyədə "sivil toplum" adlanan bir sıra vətəndaş cəmiyyətləri ölkədə strateji maraqları olan güc mərkəzlərindən qrant almaq üçün daim "milli azlıqlar projesi"ni qabartmaqla, bu məsələni "problem" şəklində gündəmə gətirməklə, onlara verilən tapşırıqlara əməl etdiklərini heç gizlətmirlər də. Bunu açıq şəkildə söyləməkdən belə çəkinmirlər. Təki "milli azlıqların problemləri" şorbası onların süfrələrindən əskik olmasın.

Çox təəssüflər olsun ki, Türkiyənin siyasət meydanında hakimiyyətə yiyələnmək üçün AKP iqtidarı "milli azlıqlar projesi" şərtləri daxilində geniş təbliğat şəbəkəsini yaradıb. AKP heç olmasa çağdaş Türkiyə dövlətinin qurulmasında ən azından məşhur Çanaqqala savaşında canlarını əsirgəməyən şəhidlərin məzarlarına diqqət yetirsin. Burada faktiki olaraq, Osmanlıda yaşamış bütün xalqlara və dinlərə mənsub olan şəhid adlarına baxsın. Vətən və dövlət yolunda şəhid olanların sırasında heç bir dini və etnik kimlik fərqi olmayıbdır. Onlar 1918-1923-cu illərdə Anadolunu 26 kəsimə bölmək istəyən beynəlxalq güclərə qarşı döyüşlərdə canlarını fəda ediblər.

Bu gün elə həmin güclər ölkəni yenidən 26 kəsimə bölmək siyasətini sivil toplum anlamında və AKP-nin də dəstəyi ilə rəsmiləşdirməyə yönəliblər. Avropanın düz ortasında yerləşən Fransada 17 etnik qrup yaşayır. Bu etnik kimlik mozaikası, onların milli kimlik statusunu rədd edən çoxsaylı dövlət qanunları da mövcuddur. 1992-ci ildə Fransada "Ana Yasa dəyişiklikləri"nə əlavə edilmiş qanunun 2-ci maddəsində açıq şəkildə belə qeyd olunub: "Fransız dili dövlət dilidir, başqa bir dil dövlət dili ola bilməz".

Bu gün isə Fransa başda olmaqla Avropa Şurası və Avropa Birliyi Türkiyədən tələb edir ki, milli azlıqlara "dövlət dili" statusu verilməlidir!..

AKP-nin bu şərtlərə xoşgörü münasibətinin nəticəsi olaraq indi ermənilər üçün bir sıra hüquqlar təsbit olunmaqdadır. AKP bu sırada daha irəli gedərək 5 nəfər erməninin deputat seçilməsini rəsmiləşdirməyə çalışır.

Anadoluda yeni erməni siyasəti

1992-ci ildə Parisdə Raymond Gervokyanın nəşr etdirdiyi "Les Armeniens dans l'Empire Ottoman a la veille du genocide" kitabının əsasında Qərbin dəstəyilə Türkiyədə protoxristian abidələrinin ermənilərə məxsus olması, bu tarixi mirasa onların sahiblik etmək hüququ gündəmə gətirilməkdədir. 2003-cü ilə qədər Türkiyə bir dövlət olaraq, bu tələblərə əməl etmirdi. AKP iqtidara gəldikdən sonra, Van gölündə yerləşən əski protoxristian kilsəsini ermənilərin ixtiyarına verməklə yanaşı, dövlət büdcəsindən həmin monastrın təmirinə 1 milyon dollar vəsait də ayırdı.

AKP-nin bu addımından ruhlanan ermənilər "Anadolu torpaqlarında ermənilərə məxsus 2200 tarixi abidə var" iddiasını ortaya qoydular. Ərzurumdan İstanbula qədər bu abidələrin hamısına sahib çıxdıqlarını gizlətmirlər. Guya Anadoluda onlara məxsus 2528 kilsə, 451 monastr, 2000 orta məktəb "erməni soyqırımı" zamanı dağıdılıb. Hazırda ermənilərin istifadəsində cəmi 6 kilsə qalıbdır.

Ermənilər protoxristian abidələrini YUNESKO-nun balansına saldırmaqla beynəlxalq səviyyədə bu abidələrə sahib çıxmağı əsas strateji hədəf seçiblər. Erməni tədqiqatçı Karen Xanlarinin hazırladığı tədqiqatlarda qeyd olunur: "Türkiyədə hazırda xristian və müsəlman ermənilərin sayı 4 milyondur"... Nə az, nə çox... Guya Türkiyədə uzun müddət davam edən hakimiyyət koridorlarında türk milliyyətçiliyi siyasətinə görə ermənilərin çoxu özlərini kürd, ərəb və digər etnik kimlik adı altında gizlətməyə məcbur olublar. Bu araşdırmanı "təsdiq" edən feministika üzrə tədqiqatçı Xediə Salma adlı birisi isə belə yazır: "Mən Tiblisdən olsam da, uzun müddət məcbur olaraq kürd kimliyi adı altında yaşamaq zorunda qalmışam. İndi müsəlman inancımı saxlamaqla, erməni kimliyimə sahib olmaq istəyirəm".

Çox təəssüflər olsun ki, AKP çevrəsindəki mövhumatçı dairələr bu yalanlara inanaraq ermənilərin müdafiəsinə qalxıblar. Ötən seçkilərdə olduğu kimi, AKP bu dəfə də milli azlıqlar strategiyasının yanındadır. Çünki AKP-nin indi millət vəkili olan əksər üzvləri "ümmətçi" şüarlar üzərində köklənməklə proseslərin önündə yer almağa çalışırlar. Bu taktikanı mükəmməl şəkildə mənimsəyən amşenlər (müsəlman ermənilər) daha aktiv formada AKP-nin ön sıralarına qədər irəli gedə biliblər. İdentik şəkildə bu kəsim ümumerməni layihəsi əsasında addım atdıqlarını heç də gizlətmirlər...

Xüsusilə erməni-xalkedon strategiyasında bütünləşməklə prosesi öz nəzarətlərinə almağa çalışırlar. Ermənilər bu yöndə 17-18-ci yüzillərdə Osmanlı saraylarında ən uca məqamlara necə yol tapmışdılarsa, indi ümmətçilik şüarına sığınıblar. O zaman ölkənin ali nomenklaturasında yer alan ermənilər sonradan Osmanlı dövlətinin öz daxilindən çökdürülməsində aparıcı rol oynadılar.

Osmanlı bir türk imperiyası kimi yaransa da, sonradan ümmətçi bir siyasətə yönəldiyindən çox asanlıqla dağıldı. 2002-ci ildə yenidən ümmətçi şüarlarla hakimiyyətə gələn AKP iqtidarı da tarixin bu səhvini təkrar etməkdədir. Osmanlı dönəmindəki yalnışlıqlar bu dəfə AKP-nin timsalında yaşanmaqdadır. Tarixin səhvlərindən ibrət götürməyənləri isə qoca tarixin özü heç zaman bağışlamır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistan ordusunun çağırışçı problemi

Qazaxda təmas xəttindəki qəbiristanlıqda erməni vandalizmi

Türkiyə səfirliyi qarşısında aksiya

Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək

Atışmada bir düşmən əsgəri öldürülüb

Bölmənin digər xəbərləri
 
Dövlət katibinin müavini geri döndü
İkigünlük Bakı səfəri çoxsaylı görüşlərlə müşayiət olundu

Ədliyyə Nazirliyində geniş müşavirə
Bir neçə icraçı məmur işdən azad edildi

Gözde Kılıç:
"Xocalı soyqırımını törədənlərin cəzalandırılmasına nail olmaq məcburiyyətindəyik"
Onların dövlət səviyyəsində qarşılanması vicdanımızı yaralayır


Ölkənin təhlükəsizlik mühiti qeyri-aydın...
Ciddi dəyişikliklərə ehtiyac yaranıb

Semnebi Soçi görüşündən irəliləyiş gözləyir
O, bölgəyə diqqəti artırmağı zəruri sayır

Xəzərin statusu problem olaraq qalır
Ekspertin fikrincə, İrana təzyiqləri artırmaq lazımdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər