Hal-hazırda Ayna qəzetinin 26.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Dövlət büdcəsinə yenidən baxıla bilər
Dövlət büdcəsinə yenidən baxıla bilər
Neftin qiymətinin bahalaşması buna əsas verir
Şənbə, 26.02.2011


E.İlkin
mətn ölçüsü  

Dünya bazarlarında neftin qiymətinin artması fonunda Azərbaycan hökuməti 2011-ci ilin dövlət büdcəsinə yenidən baxılacağını istisna etmir. Bu barədə maliyyə naziri Samir Şərifov bildirib. Nazirin sözlərinə görə, builki büdcənin icrasında heç bir problem müşahidə olunmur:

"Lakin neftin qiymətinin bahalaşması fonunda dövlət büdcəsinə yenidən baxılacağını istisna etmirik. Əvvəlki illərdə olduğu kimi, makroiqtisadi şərait buna imkan verərsə, məsələyə baxıla bilər".

Dövlət Neft Fondundan büdcəyə transfertlərə gəldikdə isə S.Şərifov qeyd edib ki, dövlət büdcəsinə neft sahəsindən daxilolmalar Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ödədiyi mənfəət vergisi şəklində köçürülür:

"ARDNŞ o qədər də xam neft satmır ki, orada bir o qədər artım olsun. Şirkət daha çox neft məhsulları realizə edir və bu məhsulların satışı da əksər hallarda yerli bazarda həyata keçirilir. Ölkədə isə neft məhsullarının qiymət artımı müşahidə olunmur. Buna görə biz ARDNŞ-nin daxilolmaları üzrə əhəmiyyətli dərəcədə artım gözləmirik".

ABƏŞ-ə gəldikdə isə nazir bildirib ki, konsorsiumda müəyyən pay bölgüsü var və bura daxil olan xarici şirkətlərin payına mənfəət neftinin 20-25%-i düşür və bu istiqamət üzrə də ciddi artım gözlənmir: "Büdcəyə daxilolmaların bir çox hissəsi Dövlət Neft Fondunun payına düşür". Qeyd edək ki, Azərbaycanın 2011-ci il dövlət büdcəsinin gəlirləri 12,061 mlrd. manat, xərcləri isə 12,748 mlrd. manat səviyyəsində təsdiq olunub.

Nazir deyir ki, Azərbaycan xarici fond bazarlarında avroistiqrazları yerləşdirmək prosesinə tələsmir. S.Şərifovun sözlərinə görə, hazırda bu istiqamətdə müvafiq təhlillər aparılır: "Biz avrobondların buraxılışında tələsmirik".

Azərbaycanın hazırda 250 kq həcmində qızıl ehtiyatının mövcudluğunu xatırladan nazirin sözlərinə görə, ölkənin qızıl ehtiyatı daim artırılır. Belə ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. "Bildiyiniz kimi, "Anglo-Asian Mining" şirkəti ilə Azərbaycan hökuməti arasında qızıl hasilatının pay bölgüsü üzrə saziş mövcuddur. Sazişə uyğun olaraq, əldə olunan qızılın müəyyən həcmi xərclər çıxıldıqdan sonra Azərbaycan dövlətinin payına düşür. Buradan qızıl saflaşdırma üçün İsveçrəyə göndərilir. Ondan sonra külçələr şəklində Azərbaycana gətirilərək Mərkəzi Bankda saxlanır".

Nazir hazırda Azərbaycanın ümumi dövlət borcunun təxminən 8 mlrd. manat təşkil etdiyini bildirib. Onun sözlərinə görə, dövlət borcu iki hissədən ibarətdir ki, birincisi dövlətin götürdüyü borc, ikincisi isə dövlət tərəfindən təmin edilmiş borclardır: "Bura "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ASC kimi dövlət şirkətlərinin cəlb etdikləri vəsaitlər daxildir ki, bunlar da təyyarələrin alınması, yeni elektrik stansiyalarının tikintisinə yönəldilib. Dövlət bu vəsaitlərin cəlb olunması üçün sözügedən şirkətlərə dəstək verir ki, borclar uzunmüddətli olsun və faiz dərəcələri bir o qədər yüksək olmasın".

S.Şərifov bildirib ki, hazırda Azərbaycanın dövlət borcu uzunmüddətlidir və faiz dərəcələri yüksək deyil: "Hazırda dövlət borcu 8 mlrd. manat təşkil edir, lakin dövlət zəmanətilə cəlb olunmuş vəsaitləri nəzərə almasaq, borcun həcmi 3 mlrd. manatı üstələmir. Ümumiyyətlə, bu sahə daim diqqət mərkəzindədir və burada heç bir problem müşahidə olunmur".

Qeyd edək ki, Maliyyə Nazirliyi 500 mln. ABŞ dolları həcmində 5 il müddətinə avrobondların emissiyasını planlaşdırır. Avrobondların təqdimatının isə Nyu-York, London, Frankfurt, Sinqapur və Tokio şəhərlərində keçiriləcəyi gözlənilir.

Samir Şərifov Maliyyə Nazirliyi nəzdində mühasiblərin yenidən hazırlanması mərkəzinin yaradılacağını da bildirib. Onun sözlərinə görə, 2010-2011-ci tədris illəri üçün mühasibat uçotunun yeni tədris proqramları hazırlanıb ki, bunlar beynəlxalq mühasibat uçotu standartları üzərində qurulub:

"Mühasiblərin köhnə sistemlə hazırlanması konveyeri artıq dayandırılıb. Bu sahədə islahatlar davam etdiriləcək. Nazirliyin nəzdində mühasiblərin yenidən hazırlanması mərkəzi təşkil olunur ki, burada mühasiblərə müvafiq treninqlər keçiriləcək. Eyni zamanda, bütün təşkilatlara bu sahədə texniki yardım göstəriləcək".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Prezident 2011-ci il dövlət büdcəsini təsdiq edib

Ordunun şəxsi heyətində ixtisar istisna edilir

Parlament debatlarında sensasion mülahizələr

Azərbaycan və Ermənistan: 2010-cu il nə vəd edir?

Büdcə dəyişdirilib qəbul edildi

Bölmənin digər xəbərləri
 
AZALın biletləri niyə belə bahadır?
Məsələn, Rusiya ilə müqayisədə ikiqat

Bahalı danışıqda üçüncü ölkəyik
MDB-nin mobil rabitə bazarına baxış bunu göstərib

Ya üzbəüz görüşmək, ya əlavə ödəniş
Evdə telefonla çox danışılmayacaq

Elektron ipoteka sistemi vacibdir
İzafi bürokratiya nəyə lazım?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər