Hal-hazırda Ayna qəzetinin 26.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Elektron ipoteka sistemi vacibdir
Elektron ipoteka sistemi vacibdir
İzafi bürokratiya nəyə lazım?
Şənbə, 26.02.2011

A.Akif mətn ölçüsü  

Mərkəzi Bankın apardığı təhlillərə görə, ölkədə ipoteka kreditlərinə böyük tələbat var və bu mexanizm genişlənməlidir. Bankda düşünürlər ki, bunun üçün daxili bazarın maliyyə imkanlarından istifadə edilməlidir. Mütəxəssislər hesab edirlər ki, ölkəmizdə kreditlərin verilməsi zamanı vətəndaşların müraciətlərinə vaxtında baxılmalı, izafi bürokratiya aradan qaldırılmalıdır. Yəni kreditlərin verilmə prosesində vaxt və çəkilən xərclər minimal həddə çatdırılmalıdır. Bunun üçün elektron ipoteka sisteminin yaradılması üzrə başlanan işlər tamamlanmalı, insan faktorunun rolu aşağı salınmalıdır. İqtisadçı Əli Əlirzayev elektron ipoteka sistemi yaratmağı vacib sayır. Bildirir ki, "Elektron Hökumət haqqında" qanuna əsasən, bütün problemlər hökumətin korporativ idarəetmə sistemi çərçivəsində çözülməlidir. Bu baxımdan da elektron hesabata keçmək məqsədəuyğundur:

"Bu yolla, məsələn, kreditlərin verilmə prosesini sadələşdirmək, onun səmərəliliyini təmin etmək, prosesə nəzarəti gücləndirmək və sairdə müsbət nəticələr mümkündür. Elektron ipoteka sisteminin yaradılması bundan irəli gəlir. Yəni bu sistemlə hər kəsə deyil, yalnız müəyyən adamlara standartlara uyğun olaraq ipoteka kreditlərinin verilməsi, həmin kreditlərin vaxtlı-vaxtında geri qaytarılması, tələb olunan zamanda qaytarılmadıqda kreditlərin verilmə prosesinin dayandırılması, kredit verənlərlə kredit alanlar arasında əlaqələrin təkmilləşdirilməsi və s. mümkündür. Azərbaycanda elektron ipoteka sisteminin yaradılması hökmən vacibdir". Elektron sistemlə vaxta qənaət etmək və əlavə xərclərin qarşısını almaq mümkündür. Ancaq iqtisadçı deyir ki, bununla belə kompüter sisteminin, elektron hesablama prosesinin, elektron nəzarətin, elektron idarəetmənin reallaşdırılması üçün elmi əsaslandırılmış xüsusi proqramlar hazırlanmalı və işə salınmalıdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bələdiyyələr elektron xəritə istəyir

Elektron dərsliklər məsələsi aktuallaşır

Testdənkənar tələbə qəbulunun qarşısı alınacaq

Təhsil Nazirliyi düzgün məlumat istəyir

Köhnə qəzet və jurnalların elektron versiyası hazırlanır

Bölmənin digər xəbərləri
 
AZALın biletləri niyə belə bahadır?
Məsələn, Rusiya ilə müqayisədə ikiqat

Bahalı danışıqda üçüncü ölkəyik
MDB-nin mobil rabitə bazarına baxış bunu göstərib

Ya üzbəüz görüşmək, ya əlavə ödəniş
Evdə telefonla çox danışılmayacaq

Dövlət büdcəsinə yenidən baxıla bilər
Neftin qiymətinin bahalaşması buna əsas verir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər