Hal-hazırda Ayna qəzetinin 26.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Bahalı danışıqda üçüncü ölkəyik
Bahalı danışıqda üçüncü ölkəyik
MDB-nin mobil rabitə bazarına baxış bunu göstərib
Şənbə, 26.02.2011

mətn ölçüsü  

MDB məkanında mobil rabitə bazarlarının araşdırılması göstərir ki, Gürcüstanda (bu ölkə MDB-ni ötən il tərk edib) mobil rabitə vasitəsilə danışığın hər dəqiqəsi üçün təxminən 15 sent ödəmək lazım gəlir. İkinci ən bahalı mobil tarifi Qazaxıstandadır. Bu ölkədə mobil şirkətləri abunəçilərdən orta hesabla hər dəqiqə danışıq üçün 13 sent alırlar. "İqtisadi forum" jurnalı Rusiya mənbələrinə istinadən bildirir ki, Azərbaycan mobil telefon tarifinin yüksəkliyinə görə MDB-də üçüncüdür. Ölkə sakinlərinə mobil telefonla danışığın hər dəqiqəsi təxminən 12 sentə başa gəlir.

Məlumat üçün: Azərbaycanda 3 mobil rabitə operatoru fəaliyyət göstərir. Mobil rabitə bazarının əsas payı Azersell şirkətinin payına düşür.

Qiymətlərin bahalığına görə növbəti yerləri Moldova və Ermənistan tutur. Bu ölkələrdə mobil rabitə tarifinin dəqiqəsi uyğun olaraq 11 sent və 10 sentdir. Danışıq dəyəri Belarusda 8, Ukraynada 7 sent təşkil edir. Tacikistan və Qırğızıstanda qiymətlər eynidir - 5 sent.

Tacikistandan artıq bu ilin fevral ayından etibarən mobil rabitə danışıqlarına aksiz vergi tətbiq edilir. Bundan sonra abunəçilər əlavə olaraq 3% həcmində vergi ödəməli olacaqlar. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, mobil rabitə operatorlarının illik gəliri 300 milyon dollar təşkil edir. Rusiyada danışıq qiymətləri təxminən 4 sent təşkil edir. Ən ucuz danışıq tarifi Özbəkistandadır. Bu ölkənin sakinləri mobil danışığın hər dəqiqəsi üçün 2 sent ödəməli olurlar.

Ekspertlərin rəyinə görə, MDB ölkələrinin mobil rabitə bazarı Rusiyadan xeyli geri qalır. Rusiya isə hələ də Avropaya çata bilməyib. MDB ölkələrinin əksəriyyətində ən azı bir Rusiya operatoru fəaliyyət göstərir. Ən yaxşı rəqabətin olduğu bazar Ukrayna hesab olunur. Artıq bütün tezliklər tutulduğundan mobil rabitə operatorları yeni xidmət təklif etməyə üstünlük verirlər. Qazaxıstanda 4 nəsil rabitə xidməti tətbiq edilir. Özbəkistan, Tacikistan, Ermənistan və Qırğızıstanda videozəng xidmətləri geniş yayılıb.

Qafqaz ölkələrində Orta Asiya ilə müqayisədə az sms yazmağa üstünlük verirlər. Əvəzində nömrələrə daha çox diqqət ayırırlar. Gürcüstanda köhnə nömrəni saxlamaqla operatoru asanlıqla dəyişmək olar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan - NATO əməkdaşlığında yeni dövr

Nalbandyan nala-mıxa vurur

NATO PA-nın qərarı Azərbaycanın istəyi əsasında baş verib

Hərbi əməkdaşlıq gücləndirilir

NATO-nun yeni tərəfdaşlıq siyasəti

Bölmənin digər xəbərləri
 
AZALın biletləri niyə belə bahadır?
Məsələn, Rusiya ilə müqayisədə ikiqat

Ya üzbəüz görüşmək, ya əlavə ödəniş
Evdə telefonla çox danışılmayacaq

Elektron ipoteka sistemi vacibdir
İzafi bürokratiya nəyə lazım?

Dövlət büdcəsinə yenidən baxıla bilər
Neftin qiymətinin bahalaşması buna əsas verir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər