Hal-hazırda Ayna qəzetinin 19.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Vətəndaşa diqqət və həssaslıqla yanaşın
Vətəndaşa diqqət və həssaslıqla yanaşın
Yevlax müşavirəsində sosial yardım işçilərinə sərt cəza xəbərdarlığı
Şənbə, 19.02.2011


İsmayıl
mətn ölçüsü  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşların müraciətlərinə baxılması sahəsində vəziyyəti araşdırmaq üçün zona müşavirələri praktikasını davam etdirir. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan bildirilir ki, son olaraq Yevlax şəhərində belə bir müşavirə keçirilib və burada Bərdə, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Goranboy, Ağdaş, Göyçay, Zərdab və Ucarın müvafiq qurumları iştirak ediblər. Nazirlikdən bildirilir ki, əhaliyə xidmətin səviyyəsinin yüksəldilməsi, müraciətlərə diqqət və həssaslıqla yanaşılması - prioritet önəm kəsb edir.

Yevlax zona müşavirəsində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti, ünvanlı sosial yardımın təyinatı və ödənişi, tibbi-sosial ekspertiza müayinələri, əlillərin reabilitasiyası, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunması barədə söz getmişdir. Bəzi müsbət nəticələr qeyd olunmaqla, vətəndaşlara xidmət sahəsində nöqsanlar da diqqətə çatdırılıb.

Qeyd olunub ki, yerli qurumlar tərəfindən vətəndaş müraciətlərinə laqeyd yanaşma, onlara münasibətdə qeyri-mədəni davranış halları var. Bunlar insanlarda ümumi narazılıq halları yaradır və onlar müxtəlif instansiyalara şikayət məktubları ünvanlamağa məcbur olurlar.

Nazirlikdən bildirilir ki, fəaliyyətində nöqsanlara yol verən əməkdaşlar haqqında ciddi tədbirlər görülür. Bu tədbirlər bundan sonra da davam etdiriləcək. Nöqsanlara yol verən əməkdaşlar qanunvericiliyin tələblərinə uyğun şəkildə sərt cəzalanacaqlar.

Yevlax zona müşavirəsində vətəndaşların müraciətinə diqqət və qayğı ilə yanaşılması barədə ciddi tapşırıqlar verilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gəln ilin büdcə layihəsi hazırlanıb

Diplomsatan barmaqlıq arxasında

Yoxsulluğun səbəbi - ailələrin çoxuşaqlı olması

Qubad İbadoğlu: "Aztəminatlı ailələri yoxsulluqdan qurtarmaq üçün..."

Kollegiya iclasından nikbin rəqəmlər

Bölmənin digər xəbərləri
 
Dəmiryol sistemində korrupsiyaya "yox" deyildi
"Azərbaycan Dəmir Yolları" QSC kollegiya iclası keçirib

Hava yağmurlu olacaq
Bəzi rayonlarda sulu qar və qar yağacaq

FHN-də ötən il 4 korrupsioner həbs olunub
Nazir deyib ki, bu mövzu diqqət mərkəzindədir

27 bələdiyyədə korrupsiya aşkarlanıb
Yüzlərlə digər pozuntular da var

Vilayət Eyvazov aldanmış müştərilərə söz verib
"Gen" MMC müştərilərinin probleminin marta qədər həll olunacağı vəd edilir

Naxçıvan DİN-də klassik işgəncə üsulu hələ qalır?
Bu üsulu nazir Əhmədovun özünün şəxsən icra etdiyi iddia olunur

Analarının qətlində Xaçmaz hakimiyyətini suçlu bilirlər
Mətbuat konfransında müdhiş açıqlamalar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər