Hal-hazırda Ayna qəzetinin 19.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Vilayət Eyvazov aldanmış müştərilərə söz verib
Vilayət Eyvazov aldanmış müştərilərə söz verib
"Gen" MMC müştərilərinin probleminin marta qədər həll olunacağı vəd edilir
Şənbə, 19.02.2011

İ.Balıoğlu mətn ölçüsü  

Nə vaxtdan bəri mediada hallandırılan bu məsələ yaşadığımız çağın ən səs-küylü fırıldaqlarından biridir. Mənzil almaq, yaşayışlarını yaxşılaşdırmaq istəyən vətəndaşların pullarını qəbul ediblər, lakin onlara mənzil verməyiblər. Onlar, sadəcə, aldadılıblar. Fırıldağın təşkilatçısı "Gen" MMC deyilən tikinti şirkətidir. Görünür, insan, vətəndaş onlar üçün bir çürük qoz qabığı da deyilmiş. Qanunlar, dövlət, insaniyyət, mənəviyyat onlar üçün heç nəymiş.

İndi bu aldadılmış vətəndaşlar dövlət idarələrinin qapılarına düşüblər. Qanun işləməyəndə, qanunun yalnız quru adı olanda, cəzasızlıq şəraiti hökm sürəndə belə olur. Fırıldaqçılar cəsarətlənir. Vətəndaş isə aşağılarda haqqını müdafiə edə bilməyəndə ədalət axtarışı ilə ən ali instansiyaya - Prezident Aparatının qapısına yığışır.

Həmin fırıldaqçı "Gen" MMC tikinti şirkəti tərəfindən aldadılan bir qrup vətəndaş çərşənbə günü Prezident Aparatı qarşısında toplaşıblar. Toplaşanlar arasından üç nəfəri administrasiyanın qəbul otağına dəvət ediblər. Qadınlar qayıtdıqda heç kimin onları dinləmədiyini və DİN-ə getməyin tövsiyə olunduğunu bildiriblər. Burada onları daxili işlər nazirinin müavini Vilayət Eyvazovun qəbul edəcəyi deyilib.

Nə isə, həmin vətəndaşlar polisin müşayiəti ilə Daxili İşlər Nazirliyinin binasına yollanıblar.

Aksiya iştirakçılarından biri - Yadigar Rəhimov "Turan"a bildirib ki, Eyvazov vətəndaşları qəbul edib və marta qədər onların problemlərinin dövlət səviyyəsində həll ediləcəyinə söz verib. Bu da mart - qarşıda bir ay var, bunu aldananlar da gözləsin, biz də gözləyək.

Arayış: "Gen" MMC şirkəti 300 nəfərdən çox vətəndaşın pulunu alaraq, onlara mənzil tikməyi vəd edib. Lakin bu insanlar mənzillə təmin olunmayıblar. Ötən il şirkət rəhbərləri mühakimə olunub, lakin aldadılmış vətəndaşlar nə ev, nə də pullarını almayıblar...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Cinayət xronikası

İnsan alveri ilə bağlı hesabat açıqlandı

"GEN" MMC rəhbəri yeni faktlar açıqladı

Bölmənin digər xəbərləri
 
Dəmiryol sistemində korrupsiyaya "yox" deyildi
"Azərbaycan Dəmir Yolları" QSC kollegiya iclası keçirib

Hava yağmurlu olacaq
Bəzi rayonlarda sulu qar və qar yağacaq

FHN-də ötən il 4 korrupsioner həbs olunub
Nazir deyib ki, bu mövzu diqqət mərkəzindədir

27 bələdiyyədə korrupsiya aşkarlanıb
Yüzlərlə digər pozuntular da var

Vətəndaşa diqqət və həssaslıqla yanaşın
Yevlax müşavirəsində sosial yardım işçilərinə sərt cəza xəbərdarlığı

Naxçıvan DİN-də klassik işgəncə üsulu hələ qalır?
Bu üsulu nazir Əhmədovun özünün şəxsən icra etdiyi iddia olunur

Analarının qətlində Xaçmaz hakimiyyətini suçlu bilirlər
Mətbuat konfransında müdhiş açıqlamalar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər