Hal-hazırda Ayna qəzetinin 19.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
27 bələdiyyədə korrupsiya aşkarlanıb
27 bələdiyyədə korrupsiya aşkarlanıb
Yüzlərlə digər pozuntular da var
Şənbə, 19.02.2011

S.Abbas mətn ölçüsü  

27 bələdiyyədə korrupsiya faktları aşkar edilib. Bu barədə Ədliyyə Nazirliyində 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclasında bildirilib.

İclasda bildirilib ki, bələdiyyələrə inzibati nəzarət qaydasında 27 minə yaxın bələdiyyə aktına baxılıb, nazirliyin təklifləri əsasında 441 akt dəyişdirilib və ya ləğv edilib, bəzi bələdiyyə aktlarının ləğvi üçün məhkəmələrdə iddia qaldırılıb. Eyni zamanda, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə dair dövlət başçısının tapşırıqlarına uyğun olaraq 27 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib, 481 bələdiyyə sədrinin qanunsuz hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunması barədə məhkəmələr qarşısında məsələ qaldırılıb.

Ötən il aparılmış notariat əməliyyatlarının sayı 2,8 milyonu ötüb, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 350 minə qədər əməliyyat aparılıb, dövlət büdcəsinə 10 milyon manata yaxın vəsait köçürülüb. Vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının mühüm rolu nəzərə alınaraq 124 təşkilat dövlət qeydiyyatına alınıb, 221 mətbu nəşr uçota götürülüb, bununla da ölkədə QHT-lərin sayı 3.500-i, KİV-lərin sayı isə 4.300-ü ötüb.

2010-cu ildə məhkəmə qərarlarının icrası sahəsində qanunvericilik yeniləşib, icraata daxil olmuş 120 minə yaxın icra sənədinin 85%-nin icrası tam təmin olunub, hüquqi və fiziki şəxslərə 75 milyon manat vəsait ödətdirilib, icra qanunvericiliyinin tələblərini pozan 1.315 şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 220 şəxs inzibati qaydada həbs olunub, 209 şəxs barəsində cinayət işi başlanıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

DİN sahə rəisi institutu yaradır

Müxalifət yenidən təlatüm yaşayır

Bələdiyyələr uğrunda 26 minə yaxın namizəd mübarizəyə qoşulub

İqdır bələdiyyə başqanı tutuldu

ADNA-nın qarşısına saxta pullar səpələndi

Bölmənin digər xəbərləri
 
Dəmiryol sistemində korrupsiyaya "yox" deyildi
"Azərbaycan Dəmir Yolları" QSC kollegiya iclası keçirib

Hava yağmurlu olacaq
Bəzi rayonlarda sulu qar və qar yağacaq

FHN-də ötən il 4 korrupsioner həbs olunub
Nazir deyib ki, bu mövzu diqqət mərkəzindədir

Vilayət Eyvazov aldanmış müştərilərə söz verib
"Gen" MMC müştərilərinin probleminin marta qədər həll olunacağı vəd edilir

Vətəndaşa diqqət və həssaslıqla yanaşın
Yevlax müşavirəsində sosial yardım işçilərinə sərt cəza xəbərdarlığı

Naxçıvan DİN-də klassik işgəncə üsulu hələ qalır?
Bu üsulu nazir Əhmədovun özünün şəxsən icra etdiyi iddia olunur

Analarının qətlində Xaçmaz hakimiyyətini suçlu bilirlər
Mətbuat konfransında müdhiş açıqlamalar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər