Hal-hazırda Ayna qəzetinin 19.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
FHN-də ötən il 4 korrupsioner həbs olunub
Nazir deyib ki, bu mövzu diqqət mərkəzindədir
Şənbə, 19.02.2011


İlkin
mətn ölçüsü  

Fövqəladə Hallar Nazirliyində ötən il 4 korrupsioner məmur həbs olunub. Bu barədə 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyilib. Nazirliyin saytında yer almış rəsmi məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov kollegiya iclasında çıxış edərək nazirliyin fəaliyyətinin ayrı-ayrı sahələrində 2010-cu il ərzində görülmüş işlər barədə məlumat verib, həlli vacib məsələlər, qarşıda duran vəzifələrdən danışıb.

Heydərov bildirib ki, Fövqəladə Hallar Nazirliyi 2010-cu ildə qarşısında duran vəzifələrin öhdəsindən, əsas etibarilə, gəlmiş, Nazirliyin Aparatı, qurumları normal ştat rejimində işləyib, infrastrukturun inkişaf prosesləri uğurla davam etdirilib.

Ölkənin taxıla olan tələbatının ödənilməsi istiqamətində görülən işlər barədə məlumat verən nazir, eyni zamanda, 2010-cu ilin yaz aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranmış təhlükəli vəziyyətlə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin xüsusi tapşırığı ilə fövqəladə hadisə rayonuna cəlb olunmuş qüvvələrin xilasetmə və fəlakətin nəticələrinin aradan qaldırılmasında gördüyü işlərə toxunub, nazirliyin qüvvələrinin beynəlxalq xilasetmə əməliyyatlarında yaxından iştirak etdiyini də vurğulayıb.

Nazir öz çıxışında Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına əsasən Fövqəladə Hallar Nazirliyində görülən işlərdən də söz açıb. Qeyd edib ki, 2010-cu ildə nazirliyin əməkdaşlarının qanunsuz hərəkətləri barədə 58 müraciət daxil olub, bu müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılıb. Müraciətlər, eləcə də daxil olmuş əməliyyat məlumatları əsasında aparılmış araşdırmalar zamanı cinayət xarakterli hallar aşkar edilmiş 15 material hüquq-mühafizə orqanlarına, əsasən Baş Prokurorluğa göndərilib, həmin materiallar əsasında 12 cinayət işi başlanıb. Həmin cinayət işlərindən 4-ü nazirliyin vəzifəli şəxslərinin korrupsiya əməlləri ilə bağlı olub, 2 cinayət işi üzrə istintaq başa çatıb və nazirliyin 4 əməkdaşı məhkum olunub.

Bundan başqa, 2010-cu ildə aparılmış araşdırmaların nəticəsi olaraq nazirliyin 48 əməkdaşı barədə intizam tənbehləri görülüb, onlardan 18 əməkdaş xidmətdən xaric edilib, 2 əməkdaş aşağı vəzifəyə keçirilib, 4 əməkdaş vəzifəsindən azad edilib, 24 əməkdaş barəsində isə digər intizam tənbehləri tətbiq edilib.

Nazir onu da bildirib ki, digər cinayət işləri isə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı və ya nazirliyin vəzifəli şəxslərinin yaxın adamları kimi təqdim edərək nazirliyə işə düzəltmək adı ilə vətəndaşları aldadaraq onlardan pul almış şəxslər barəsində olub.

Kəmaləddin Heydərov bildirib ki, korrupsiya hüquqpozmalarının aşkar edilməsi və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması işi FHN sistemində daim diqqət mərkəzindədir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

FHN Akademiyasına rəis təyin edildi

ADNA-nın qarşısına saxta pullar səpələndi

Bələdiyyələrdə daha 21 korrupsiya faktı

Balaxanı bələdiyyəsinin keçmiş sədri mühakimə olunur

Paytaxtda 50 "göydələn" qanunsuz istifadəyə verilib

Bölmənin digər xəbərləri
 
Dəmiryol sistemində korrupsiyaya "yox" deyildi
"Azərbaycan Dəmir Yolları" QSC kollegiya iclası keçirib

Hava yağmurlu olacaq
Bəzi rayonlarda sulu qar və qar yağacaq

27 bələdiyyədə korrupsiya aşkarlanıb
Yüzlərlə digər pozuntular da var

Vilayət Eyvazov aldanmış müştərilərə söz verib
"Gen" MMC müştərilərinin probleminin marta qədər həll olunacağı vəd edilir

Vətəndaşa diqqət və həssaslıqla yanaşın
Yevlax müşavirəsində sosial yardım işçilərinə sərt cəza xəbərdarlığı

Naxçıvan DİN-də klassik işgəncə üsulu hələ qalır?
Bu üsulu nazir Əhmədovun özünün şəxsən icra etdiyi iddia olunur

Analarının qətlində Xaçmaz hakimiyyətini suçlu bilirlər
Mətbuat konfransında müdhiş açıqlamalar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər