Hal-hazırda Ayna qəzetinin 19.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Dəmiryol sistemində korrupsiyaya "yox" deyildi
Dəmiryol sistemində korrupsiyaya "yox" deyildi
"Azərbaycan Dəmir Yolları" QSC kollegiya iclası keçirib
Şənbə, 19.02.2011


İlkin
mətn ölçüsü  

"Azərbaycan Dəmir Yolları" QSC-də 2010-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, Cəmiyyətin sədri Arif Əsgərov çıxışında qeyd edib ki, ötən il nəqliyyat sektorunda genişmiqyaslı islahatlar həyata keçirilib, böyük nailiyyətlər əldə edilib:

"Hesabat ilində dəmir yolu stansiyalarından 14,9 mln. ton yük göndərilib ki, 2009-cu ilə nisbətən bu göstərici 12,5% artıb. Ümumi yük daşımaları 2010-cu il ərzində 22,3 mln. ton təşkil edib və əvvəlki ilə nisbətən yük daşımaları 7,5% çoxalıb. Yol üzrə sərnişin daşımaları 4 802,4 min nəfər təşkil edib, o cümlədən birbaşa əlaqə üzrə 316,8 min nəfər, yerli əlaqə üzrə 1 946,8 min nəfər olub. Ümumi sərnişin dövriyyəsi 917,1 mln. sərnişin/km təşkil edib".

Arif Əsgərov iclasda "Dəmir yolunda təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi haqqında", Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının 2011-ci il yanvarın 27-də keçirilmiş geniş iclasında verilmiş tapşırıqlarla əlaqədar da söz açıb. Bildirib ki, fevralın 17-də Nəqliyyat Nazirliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı toplantı keçirilib, Kollegiyanın işində dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq nazirliyin müvafiq strukturlarının fəaliyyətində şəffaflığın artırılması üzrə qarşıda duran vəzifələr təhlil olunub, qarşıya mühüm vəzifələr qoyulub:

"Şəffaflığın daha da artırılması, korrupsiyaya, süründürməçiliyə qarşı mübarizə sahəsində tədbirlər bundan sonra da intensiv şəkildə davam etdirilməli, həmçinin dəmir yolunda təhlükəsizlik məsələlərinə diqqət artırılmalıdır".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakı-Tiflis-Qars dəmir yol layihəsi təxirə düşə bilər

Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb

ADNA-nın qarşısına saxta pullar səpələndi

Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək

Bələdiyyələrdə daha 21 korrupsiya faktı

Bölmənin digər xəbərləri
 
Hava yağmurlu olacaq
Bəzi rayonlarda sulu qar və qar yağacaq

FHN-də ötən il 4 korrupsioner həbs olunub
Nazir deyib ki, bu mövzu diqqət mərkəzindədir

27 bələdiyyədə korrupsiya aşkarlanıb
Yüzlərlə digər pozuntular da var

Vilayət Eyvazov aldanmış müştərilərə söz verib
"Gen" MMC müştərilərinin probleminin marta qədər həll olunacağı vəd edilir

Vətəndaşa diqqət və həssaslıqla yanaşın
Yevlax müşavirəsində sosial yardım işçilərinə sərt cəza xəbərdarlığı

Naxçıvan DİN-də klassik işgəncə üsulu hələ qalır?
Bu üsulu nazir Əhmədovun özünün şəxsən icra etdiyi iddia olunur

Analarının qətlində Xaçmaz hakimiyyətini suçlu bilirlər
Mətbuat konfransında müdhiş açıqlamalar



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər