Hal-hazırda Ayna qəzetinin 19.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Qonşu ölkələrlə müqayisədə 4 dəfə baha danışırıq
Qonşu ölkələrlə müqayisədə 4 dəfə baha danışırıq
Azərbaycan mobil rabitənin bahalı olduğu ölkələr sırasında yer alır
Şənbə, 19.02.2011

A.Akif mətn ölçüsü  

Mobil rabitə bazarında inhisarçılıq mövcuddur və rəqabət mühiti yoxdur. Tarif paketləri də həddən artıq yüksəkdir. Azərbaycanda mobil rabitə bazarının formalaşmasından 15 il keçməsinə baxmayaraq, bu bazarda istehlakçıların mənafeyinə uyğun dəyişikliklər baş vermir. Odur ki, mobil rabitə operatorlarından hamı narazıdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mütəxəssisləri deyir ki, operatorların tarifləri çox vaxt qəsdən mürəkkəbləşdirilmiş şəkildə olur və istehlakçılar bundan əziyyət çəkir. Halbuki mobil rabitə operatorlarının qiymət sistemi şəffaf və qənaətbəxş olmalıdır. Nazir Əli Abbasov mətbuata açıqlamasında operator şirkətlərin daha çox beynəlxalq və rouminq danışıqları üçün şişirdilmiş qiymətlər tətbiq etməsinin dözülməz olduğunu dilə gətirib.

Beynəlxalq Telekommunikasiya İttifaqı da ölkənin mobil rabitə sektorunda inhisarçılığın mövcudluğundan danışır. İttifaq mütəxəssislərinin diqqətini mobil operatorlarının öz abonentləri ilə digər operatorların abonentləri arasındakı ədalətsiz danışıq tariflərinin olması çəkib. Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə Zona bölməsinin rəhbəri Orozbek Jazıbayeviç açıqlamasında bildirib ki, hansısa şirkət öz abonentlərinin şəbəkədaxili zənglərinin qiymətlərini güzəştli tariflə tənzimləsə də, digər operatorun şəbəkə zənglərinə 3-4 dəfə artıq qiymət tarifi tətbiq edir. Bu, ədalətsizlik və inhisarçılıqdır. İstehlakçıların hüquqlarının pozulmasıdır.

Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatında Azərbaycan dünyanın ən bahalı telefon danışığı olan dövlətləri sırasında yer alıb. Beynəlxalq qurum mobil danışıq qiymətlərinin baha olduğu ölkələrlə bağlı araşdırma aparıb. 180 ölkə arasında aparılan sorğuya görə, Azərbaycan 46-cı yeri tutur. Hesabatda 25 standart zəng və 30 mesaj əsas götürülür və bunun üçün ayda 15-30 dollar arasında xərc çox bahalı hesab olunur. Azərbaycanın xərcləri 15 dollar təşkil edir.

İnformasiya Texnologiyaları İnstititunun şöbə müdiri Yadigar İmamverdiyev deyir ki, rabitə sektorunun inkişafı ilə əlaqədar operatorlar danışıq konturlarının kart vasitəsilə aparılmasından imtina edib. Yəni 3, 5, 10, 20 manatlıq kontur kartları istifadə olunmur.

REKLAM

Abonentlər yalnız danışıq dəqiqələrinə görə hər ay pul ödəyirlər. Məsələn, Rusiyada abonentlər əsasən hər dəqiqəyə görə, tarif sistemi üzrə pul ödəyirlər. Onlar ay ərzində 1 saat danışdıqda manat dəyəri ilə təxminən 2-3 manat ödəyirlər. Yəni danışığın hər dəqiqəsi 4-5 qəpiyə bərabərdir.

Türkiyədə də müvafiq qurumun qərarı ilə dəqiqələrin konturla ifadə edilməsinə qadağan qoyulub. Operatorlar kartlar üzərindəki dəqiqələrini konturla deyil, lirə ilə göstərir. Hesab edilir ki, bu halda istehlakçıların istifadə etdikləri dəqiqələr və xərclədikləri pul barəsində daha dəqiq məlumata malik olurlar.

Azərbaycanda tariflər qonşu ölkələrlə müqayisədə 3-4 dəfə bahadır. 3 manatlıq kartda 650 danışıq konturu mövcuddur, bunu dəqiqəyə çevirdikdə 11 dəqiqə deməkdir. "Azercell" abonentləri ilə öz aralarında danışıq tarifinə görə, 1 dəqiqənin qiyməti 15 qəpik edir. Amma bu şirkətin müştərisi digər abonentlə danışanda, yəni "Baksell", yaxud "Nar Mobile" istifadəçisinə zəng vuranda danışığın hər dəqiqəsi 29 qəpiyə bərabər olur. Bu, olduqca yüksək tarif sayılır. Bu azmış kimi mobil telefon abunəçiləri adi xidmətlərdən istifadə ilə bağlı məlumatlar əldə edəndə də onlardan xidmət haqqı tutulur.

Bu cür pullu xidmət heç bir ölkədə yoxdur!

"Multimedia" İnformasiya Sistemləri Mərkəzinin sədri Osman Gündüzün sözlərinə görə, mobil rabitə operatorları ölkəmizdə yüksək qiymət tarifləri tətbiq etməklə, il ərzində milyonlarla manat gəlir əldə edirlər. Bunun müqabilində onlar texnologiyaların və istehlakçıların keyfiyyətli rabitə təminatı üçün sərmayə xərcləməkdə xəsislik edirlər:

"Bütün dövlətlərdə əsas investisiyalar keyfiyyətli rabitə üçün avadanlıq, proqram təminatı və baza stansiyalarının qurulmasına yönəldilir. Ümumiyyətlə, hər bir operatorun avadanlıqları, proqram təminatı, baza stansiyaları onun abonentlərinin sayına uyğun olmalıdır. Xarici təcrübədə hətta o da var ki, kütləvi tədbirlər olanda müəyyən yükləmələrin olacağını nəzərə alaraq həmin ərazilərdə əlavə hərəkət edən baza stansiyalarından istifadə olunur. Yəni həmin yerlərdə 1-2 saatlıq əlavə stansiyalar qurulur. Amma ölkəmizdə buna diqqət yetirilmir, abonentlərdən yığılan pulların heç 10 faizi onların keyfiyyətli təminatına sərf edilmir".

O.Gündüzün qənaətincə, mobil rabitə bazarında vəziyyəti tənzimləmək üçün ayrıca qurumun yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, Gürcüstanda, Ukraynada Milli Telekommunikasiya Şurası tənzimləmə funksiyasını yerinə yetirir. Kommersiya məsələsini isə tamamilə fərqli dövlət qurumu həyata keçirir. Həmin qurumların birbaşa müdaxiləsi nəticəsində operatorlar qiymətləri hər il endirir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Seçkilər:Namizədlər yeni medianın imkanlarından faydalana biləcək

Elektron dərsliklər məsələsi aktuallaşır

İnternetin tarifi endirilib

Bölmənin digər xəbərləri
 
Bu il məhsuldarlıq az olacaq
Ortada şişirdilmiş rəqəmlərlə psixoloji təsir cəhdləri var

Ötən il 298 ton keyfiyyətsiz ərzaq məhv edilib
2,349 mln. manat cərimə tətbiq edilib

İnflyasiya ilin sonuna 10 faizə çatacaq
Ölkədə inflyasiya ilə mübarizə çox bəsit təşkil edilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər