Hal-hazırda Ayna qəzetinin 19.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
İnflyasiya ilin sonuna 10 faizə çatacaq
İnflyasiya ilin sonuna 10 faizə çatacaq
Ölkədə inflyasiya ilə mübarizə çox bəsit təşkil edilib
Şənbə, 19.02.2011


A.Əhməd
mətn ölçüsü  

Bu ilin sonuna inflyasiyanın 10 faizə çatacağı gözlənir. BVF-in Bakıda səfərdə olan missiyasının rəhbəri Nadim İlahi bildirib ki, bu ilin perspektivləri ümidvericidir. Lakin ilin sonuna 10 faiz proqnozlaşdırılan inflyasiya tempi makroiqtisadi risklər yaradır:

"Rəsmi orqanların əsas vəzifəsi inflyasiya gözləntilərini məhdudlaşdırmaqdır. Büdcə-vergi siyasəti isə tələb ilə bağlı təzyiqləri zəiflətməyə yönəldilməlidir". Nadim İlahi onu da deyib ki, qlobal ərzaq qiymətlərinin kəskin bahalaşması yoxsul təbəqələr üçün əlavə ünvanlı sosial köçürmələr tələb edəcək.

İqtisadçı alim Vüqar Bayramov deyir ki, istər rəsmi, istərsə də müstəqil tədqiqatlar 2011-ci il Azərbaycan iqtisadiyyatı üçün prioritet məsələlərdən birinin inflyasiyaya qarşı mübarizə olduğunu göstərir. Onun sözlərinə görə, inflyasiya ilə mübarizə yalnız qiymətlərin tənzimlənməsi, süni qiymət artımlarına qarşı mübarizə aparılması formasında deyil, dolayı metodlardan, eləcə də maliyyə sektorunun imkanlarından istifadə etməklə həyata keçirmək olar:

"Ölkə başçısının 2011-ci ildə qiymət siyasətinin tənzimlənməsi ilə bağlı göstəriş verdiyini, o cümlədən BMT və digər baynəlxalq qurumların bu il dünyada ərzaq qıtlığının yaranacağı yönündə proqnozlarını nəzərə alsaq, qiymətlərin dolayı, yaxud birbaşa metodlarla tənzimi olduqca vacibdir".

Prezidentin "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi" haqqında 31 mart 2005-ci il tarixli fərmanında nəzərdə tutulan tədbirlərin əksəriyyəti həyata keçirilməyib. Sənədlə məhsulların idxal, topdan və pərakəndə satış qiymətlərinin monitorinqinin aparılması nəzərdə tutulsa da, hələ də bu sahədə ciddi addım atılmayıb. Və ya tənzimlənən qiymətlərin son artımından sonra prezident ailə gəlirlərinin hesablanma qaydalarında düzəlişlər edilməsi ilə bağlı göstəriş verdi. Amma hökumət orqanları bu sahədə redaktə xarakterli fəaliyyətdən başqa heç nə etmədilər.

İnhisarçılıq Bakı bazarlarında qiymətləri diqtə edir. Əgər inhisarçılıq aradan qaldırılarsa, qiymətlər iki dəfə aşağı düşər. Vüqar Bayramov deyir ki, idxal ölkələrindəki qiymətlərin müqayisəsini və Azərbaycanda tətbiq edilən idxal rüsumlarını nəzərə alsaq, inhisarçılığın aradan qaldırılması ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin 2 dəfə aşağı düşməsinə səbəb olar. Onun qənaətincə, inhisarçılığın aradan qaldırılması yalnız qiymət azalmalarının baş verməsinə deyil, bazarda idxal məhsullarının qıtlığının aradan qalxmasına gətirib çıxarar.

Ekspert vurğuladı ki, rəsmi və eləcə də qeyri-rəsmi müzakirələr inflyasiya dərəcəsinin birrəqəmli olub-olmaması üzərində deyil, qiymət artımlarına qarşı necə mübarizə istiqamətində olmalıdır. Onun fikrincə, yeni sənədin hazırlanmasına ehtiyac var: "Artıq qiymət artımları iqtisadiyyatın ən ciddi problemlərindən birinə çevrilib. Yeni sənəd prezident fərmanı ilə təsdiq edilməli və iqtisadi qurumlar üçün xüsusi vəzifələr müəyyənləşdirilməlidir. Fərmanla nazirliklər və komitələr üzrə vəzifələrin ayrı-ayrılıqda müəyyənləşdirilməsi vacibdir. Son qiymət artımları göstərir ki, indiki metodlar ilə inflyasiyaya qarşı mübarizə mümkün olmayacaq".

Onun fikrincə, Mərkəzi Bankın uçot dərəcəsinin 3 faizdən 4 faizədək artırılması ilə bağlı qərar qəbul etməsi məqsədəuyğun olardı. Çünki uçot stavkasının artırılması iqtisadiyyatda aqreqat tələbdəki artımların azalmasına gətirib çıxarır. Təbii, bu azalma inflyasiya səviyyəsinin tənzimlənməsinə imkan verəcək. O baxımdan Mərkəzi Bankın uçot stavkasının artırılması istehlakçıların xərclərinin azalmasına gətirib çıxara bilər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Noyabrın bahalaşma liderləri

Bölmənin digər xəbərləri
 
Bu il məhsuldarlıq az olacaq
Ortada şişirdilmiş rəqəmlərlə psixoloji təsir cəhdləri var

Ötən il 298 ton keyfiyyətsiz ərzaq məhv edilib
2,349 mln. manat cərimə tətbiq edilib

Qonşu ölkələrlə müqayisədə 4 dəfə baha danışırıq
Azərbaycan mobil rabitənin bahalı olduğu ölkələr sırasında yer alır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər