Hal-hazırda Ayna qəzetinin 19.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Tamaşaçı həmişə haqlıdır"
"Tamaşaçı həmişə haqlıdır"
Aktyor Şövqü Hüseynov: "Pis tamaşaçı yoxdur, sadəcə, zəif aktyor və tamaşa var"
Şənbə, 19.02.2011

Xatun mətn ölçüsü  

Aktyor Şövqü Hüseynov bu qənaətdədir ki, çalışdığı mədəniyyət ocağında oynadığı tamaşalarda onun ruhuna yaxın olanı Hüseyn Cavidin əsərləridir. Sözügedən ədib onun üçün müqəddəs şəxsdir: "O ilahi şeiriyyət, ilahi dialoqlarla yaşamaq, onları özününküləşdirmək üçün hər hansı bir personaj mənim üçün böyük xoşbəxtlikdir. Onu da deyim ki, Şeyx Sənanı oynamaq mənim üçün gözlənilən bir obraz idi. Obrazlar qalereyamda Şeyx Sənan ən yüksəkdə durur".

Şövqü Hüseynov qeyd edir ki, Cənnət Səlimovanın tamaşaları aktyorları bir insan kimi formalaşdırıb. O hesab edir ki, hər bir aktyorun inkişaf pilləsi sənətkarın nəzarətində olmalıdır:

"Ola bilər ki, biz bu pillələri 4-5 il qabaq o qədər də hiss eləmirdik. Anlamırdıq ki, nə üçün Cənnət xanım məhz bu əsəri hazırladı. Ümumiyyətlə, bizim tamaşa oynadığımız teatrda səhnədə həmişə insan amili vacib olub. Yəni insanın müxtəlif vəziyyətlərə düşməsi o qədər də önəmli deyil. Ən önəmlisi insan ürəyidir. Hesab edirəm ki, Şeyx Sənan da onların içində insanlaşmağın ən kamil nümunəsidir. Bu, bizim gələcək həyatımızda böyük bir baqaj toplamağa kömək etdi".

Şövqü Hüseynov bu qənaətdədir ki, eşq insanı pis əməllərdən, müharibədən xilas edə bilər. "İnsanın eşqinin, məhəbbətinin nəyə qadir olduğu çox vacibdir. İndi müasir dövrümüzdə problemlər çoxdur. Bu problemlərin içində olan insan bir anlıq yüksək eşqi özündə hiss eləsə, "problem" sözü aradan götürülər. Bizi problemlərdən eşq xilas edə bilər. Eşqlə görülən işə zaval yoxdur", - deyə aktyor qeyd etdi.

Müsahibim deyir ki, aktyor üçün adi vaxt olmur. Aktyor məşq edəndə istər-istəməz aktyordur. Onun sözlərinə görə, aktyorlar iki həyat yaşayırlar. Buna baxmayaraq, onlar hər vaxt özlərini aktyor kimi hiss etməlidirlər. Onun qənaətincə, bunun nəticəsi tamaşada görünür.

"Tamaşaçını heç vaxt aldatmaq olmaz. Heç vaxt demək olmaz ki, tamaşaçı pis idi, tamaşaya baxmadı. Aktyor, tamaşa isə zəif ola bilir.

Hər bir aktyor həmişə hansısa bir obrazı oynamağı arzulayır. Məsələn, "Şeyx Sənan"ı məşq edəndə başqa bir arzum var idi. Ancaq aktyor çalışmalıdır ki, 2-3 saat ərzində o fikirləri özündən yayındıra bilsin. Stanislavski deyirdi ki, "Aktyor o deyil ki, nə vaxt istəyəndə ilhama gəlir. Aktyor odur ki, nə vaxt adını afişada görürsə, o dəqiqə ilhamı oyanır", - deyə Şövqü Hüseynov bildirdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
İsrafilov Tbilisiyə və Milana yollanır
Gündəmdə gürcülər və italyanlarla əməkdaşlıq məsələsi var

"Mədəniyyət" TV-yə Cəmil Quliyev başçılıq edəcək
Baş direktor onları nə kimi bir iş gözlədiyinin fərqindədir

Emindən daha bir konsert
Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin 8 Mart bayramı ərəfəsində Moskvanın ən möhtəşəm klublarının birində konsert verəcək.

"Rəqs edən begemotlar"
Tezliklə Rusiya Dövlət Sirk Şirkətinin nömrələrindən yığılan proqramda həmyerlimiz, Azərbaycanın və Rusiyanın xalq artisti Tofiq Axundovun "Rəqs edən begemotlar" attraksionu nümayiş olunacaq.

"Eurovision-2011" mahnısı bir müddət sonra məlum olacaq
Azərbaycanı "Eurovision-2011" müsabiqəsində təmsil etmək şansı qazanan Eldar Qasımov və Nigar Camalın ifa edəcəyi mahnı bir müddətdən sonra məlum olacaq.

Heydər Əliyev Sarayı Novruz şənliklərinə hazırlaşır
Heydər Əliyev Sarayında Novruzda özəl bayram tədbiri keçiriləcək.

Azərin Daxili Qoşunların zabitidir
Bu dəfə bu güc strukturunun yubiley tədbirinə qatılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər