Hal-hazırda Ayna qəzetinin 19.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Kommunal sektordakı problemlərə son?
Kommunal sektordakı problemlərə son?
Hədəf - münasibətlərdə dünya standartlarına keçid
Şənbə, 19.02.2011

Aynurə mətn ölçüsü  

Paytaxtın kommunal xidmət sektorunda, konkret olaraq əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatında çox ciddi problemlər yaşanır. İndi Bakıda sudan, qazdan, işıqdan şikayətlənməyən tapmaq çətindir. Müvafiq qurumlar istehlakçılara fasiləsizlik, təhlükəsizlik, keyfiyyət kimi üç meyar əsasında xidmət göstərməlidir. Halbuki bu gün qurumların heç birinin xidməti bu tələblərə cavab vermir.

Mütəxəssislər deyirlər ki, bu problemlərin bir hissəsi qanunvericilikdəki boşluqlardan yaranır. Təchizatçı qurumla abonent arasında münasibətlər standartlardan uzaqdır. Əgər bu məsələ həllini taparsa... Dünya standartlarına müvafiq olan münasibətlər yaradılması günün əsas tələbi kimi qoyulur. Bütün hallarda istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi aktualdır.

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq şəbəkəsinin ekspertləri "Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi" layihəsi çərçivəsində qaz, su və enerji sahəsində alğı-satqının birtipli müqavilələrinin yeni variantını hazırlayıb. Müqavilə layihələri əlaqədar dövlət qurumlarına "Azərenerji" ASC, "Azəriqaz" İstehsalat Birliyi, "Azərsu" ASC, "Bakıelektrikşəbəkə" ASC, İqtisadi İnkişaf Nazirliyinə artıq göndərilib.

Yeni müqavilələrdə istehlakçı hüquqları daha dolğun şəkildə nəzərə alınıb. Təchizatçının vəzifələri, məsuliyyəti, həmçinin hesablaşma və ödəniş qaydaları daha da dəqiqləşdirilib və detallı şəkildə göstərilib. Eyni zamanda, istehlakçının da hüquq və vəzifələri, məsuliyyəti tam dolğunluğu ilə əks olunub. Müqavilələrdə elektrik enerjisi, su və təbii qazın əhaliyə verilməsi ilə bağlı keyfiyyət standartları nəzərə alınıb. Bu standartlara riayət olunmadığı halda və standartlara riayət olunmaması üzündən istehlakçıya ziyan dəydiyi zaman təchizatçının onun qarşısında məsuliyyət daşıdığı öz əksini tapıb.

Məsələn, "Təchizatçı"nın təqsirindən "İstehlakçı"ya qaz cihazlarının zədələnərək yararsız hala düşməsi, xidmətin göstərilməməsi, sağlamlığa və əmlaka zərər vurulması və s. kimi ziyan dəyibsə, "Təchizatçı" Mülki Məcəlləyə uyğun olaraq "İstehlakçı" qarşısında maddi məsuliyyət daşıyır. "Təchizatçı" dəymiş ziyan haqqında "İstehlakçı"dan daxil olmuş müraciətə 10 gündən gec olmayaraq baxır və qanunvericiliyə uyğun olaraq zərəri "İstehlakçı"ya ödəyir.

Qaz enerjisinin keyfiyyət göstəriciləri ilə əlaqədar mübahisələrin həllində müstəqil ekspertizanın və ya ikitərəfli ekspertizanın rəyi əsas götürülür. Mübahisələr yarandıqda, hər iki tərəf məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə qərarı olmadan "İstehlakçı"nın qaz təchizatının dayandırılması yolverilməzdir! Borcun hesabatı və ödənişlə əlaqədar sənədlər "İstehlakçı"nın ilkin şifahi tələbi ilə təqdim edilir.

"İstehlakçı" mənzildə quraşdırılmış qaz sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına görə cavabdehlik daşıyır. Ödəmə sənədində səhv və ya sayğac göstəricisində anlaşılmazləq olduqda "Təchizatçı"ya məlumat verir. "İstehlakçı"nı qaz enerjisindən istifadə qaydaları ilə ildə bir dəfə təlimatlandırır, rübdə bir dəfə qaz enerjisindən istifadənin təhlükəsizliyini yoxlayır, abonent kitabçasında müvafiq qeydlər aparır.

"İstehlakçı"nın evindən kənarda müdaxilə imkanı olmayan şəraitdə quraşdırılmış (binanın girişində, pilləkən meydançasında və s.) qaz sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə cavabdehlik daşıyır, qaz sayğacına ümumi baxış keçirilməsi üçün ona şərait yaradır.

Layihə koordinatorunun köməkçisi Zaur İbrahimovdan onu da öyrəndik ki, enerji və su sahəsində də hazırlanan müqavilələr bütün maraqlı tərəflərlə müzakirə ediləcək. Təklif və iradlar nəzərə alınmaqla müqavilə layihələri üzərində iş davam etdiriləcək.

Kommunal sektorda problemlərin həllinə yardım üçün yeni sayt da hazırlanıb. "www.istehlakci.az" saytından danışan şəbəkənin informasiya kommunikasiya texnologiyaları üzrə eksperti Nicat Rzayev deyir ki, mümkün qədər sadə hazırlanan saytda daha çox informativliyə üstünlük verilib. Vətəndaşlar saytda əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatı, istehlakçı hüquqlarının qorunması ilə bağlı ona zəruri olan bütün məlumatları asanlıqla əldə edə bilər. Kommunal sektorda istehlakçılara dəstək olaraq "Pulsuz Hüquqi Yardım" xidməti də yaradılıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bağlı qapılar arxasında keçən ömür
40 min əlil uşağın cəmiyyətə inteqrasiyası üçün imkanlar mövcud deyil

Korrupsiyadan şikayətçi yox
TN "qaynar xətt"inə müraciətlərin çoxu sorğu xarakterlidir

Təhsilin səviyyəsi: məktəblərdə nə düşünürlər?
Burada sabaha baxışda nikbinlər də var

32 gərəksiz universitet...
Bunu son reytinq üzə çıxarıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər