Hal-hazırda Ayna qəzetinin 12.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Sürücülər üçün cərimələr artırıldı
Sürücülər üçün cərimələr artırıldı
Qanuna xeyli dəyişiklik edilib
Şənbə, 12.02.2011


F.Əliyeva
mətn ölçüsü  

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrinə dəyişiklik edildi. Əsasən də sürücülərin bəzi qayda pozuntularına görə cərimələrin miqdarı artırıldı. İXM-in 151-ci maddəsinə edilən dəyişikliklərə görə, sürücünün törətdiyi bir sıra inzibati xətalara görə verilən balların miqdarı çoxaldı. Əgər sürücü nəqliyyat vasitəsini alkoholdan, narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə olunması sayəsində sərxoş vəziyyətdə idarə edərsə, buna görə 5 bal, nəqliyyat vasitələrinin istismar qaydalarının pozulmasına görə 4 balla, sərxoşluğun yoxlanılması üçün təklif olunan müayinədən boyun qaçırılması 5 balla qiymətləndiriləcək.

Digər dəyişiklik dayanacaqlarda saxlama ilə bağlıdır. Yeniliyə əsasən, nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan dayanacağında saxlanmalıdır. Dayanma və durma qaydalarını pozduğu üçün avtomobili müvafiq icra hakimiyyəti orqanının duracağına gətirilən sürücü inzibati cəriməni və nəqliyyat vasitəsinin duracağa gətirilməsi, saxlanılması haqqını həmin yerdə ödəyə bilər. Bu halda sürücüyə qəbz veriləcək və nəqliyyat vasitəsi sürücüyə qaytarılacaq.

İnzibati Xətalar Məcəlləsinə edilən başqa bir dəyişikliyə görə, şəhərdaxili, şəhərlərarası və beynəlxalq avtobus marşrutlarında müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə əməl etməyən, "Taksi" tanınma nişanı, taksometr və s. göstəriciləri olmadan sərnişin daşıyan, tarifləri müəyyən edilmiş tariflərdən çox göstərən, avtobuslarda siqaret çəkən, müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesləri ilə bilavasitə əlaqəsi olmayan audio cihazlardan istifadə edən, daşıma sənədləri olmadan sərnişin daşıyan, marşrutlarda və taksilərdə sərnişin və baqaj yerlərinin sayına, baqaj kütləsinə riayət etməyən şəxslər 40 manatdan 50 manatadək cərimə olunacaqlar.

Əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə 20 manat, lisenziyasız sərnişin və yük daşınmasına görə 100 manat, lisenziya şərtlərinin pozulmasına görə 50 manat, qalaq yüklərin, tikinti materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka məmulatlarının daşınma şərtlərini pozanlar 40 manatdan 50 manatadək, pasport olmadan avtovağzal fəaliyyəti ilə məşğul olanlar 1500 manat, avtovağzalın fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə 500 manat cərimələnəcəklər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Öldürülən yaraqlı Avstriya vətəndaşı çıxdı

Ali məktəblərin boş qalmış yerlərinə qəbul davam edir

Pənah Hüseynlə İqbal Ağazadənin münasibətləri kəskinləşir

İTV cəzalandırıldı

Ya ölkədən çıx, ya cərimə ödə!

Bölmənin digər xəbərləri
 
Mübarək getdi! Misir azaddır! Xalq şadlıq edir
Amma uzağa gedə bilməyəcək. Yığdığı 67 milyardın hesabı sorulacaq

Standartlara cavab verməyən binalar söküləcək
FHN tikinti şirkətlərinə xəbərdarlıq edib

Dövlət strukturlarında hüquqları pozulanlar şikayət edə biləcək
Prezident yanında dövlət qulluğu məsələləri üzrə komissiyanın "qaynar xətt"inə də zəng vurmaq olar

İnsan hüquqları ilə bağlı duruma - "kafi" qiymət
Naxçıvan üzrə monitorinq bunu göstərib

Parlament Osman Kazımovun müdafiəsinə qalxmalıdır
Qüdrət Həsənquliyev: "Bu kimi addımlar ölkənin imicinə ziyan vurur"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər