"Vəkil Osman Kazımovla bağlı yaranan situasiya məni çox hiddətləndirdi və narahat etdi". Bunu Milli Məclisin dünənki iclasında deputat Qüdrət Həsənquliyev söylədi. Onun fikrincə, Milli Məclis tanınmış vəkil Osman Kazımovun Vəkillər Kollegiyası üzvlüyündən çıxarılması məsələsinə münasibət bildirməlidir:
"İndi vəkillərin əksəriyyəti müstəntiqlərdən şikayət edirlər. Bu, bütün dünyada belədir. Onda gərək respublikada müstəntiq qalmasın, hansı müstəntiqdən şikayət gəlsə, onu çıxarsınlar? Buna inanmasam da, tutaq ki, prokurorluq həqiqətən də Osman Kazımovla bağlı təqdimat verib və onun fəaliyyətində hansısa hüquq pozuntuları olub. Bu halda başqa cəza metodları seçilə bilərdi".
Qüdrət Həsənquliyev bildirdi ki, Osman Kazımovla bağlı atılan addım ölkənin imicinə ziyan vurur. Və Milli Məclis rəhbərliyinin vəkilin hüquqlarının bərpası istiqamətində addım atmasını istədi.
|