Prezident yanında dövlət qulluğu məsələləri üzrə komissiya dövlət qulluqçuları və vətəndaşlardan etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayət və məlumatlar üzrə aparılan araşdırmanın nəticələrini açıqlayıb.
Prezident yanında dövlət qulluğu məsələləri üzrə komissiyanın şöbə müdiri Vüqar Əsgərov mətbuata açıqlamasında bildirib ki, hər hansı dövlət orqanı tərəfindən arayışların verilməsi ilə bağlı müraciətlərdə vətəndaşlardan müəyyən qanuna uyğun olmayan tələblərin edilməsinə qarşı mübarizə gücləndirilib və müvafiq intizam tənbeh tədbirləri görülməkdədir:
"Əgər dövlət orqanları tərəfindən vətəndaşdan qanunvericilikdə nəzərdə tutulmayan ödənişlər tələb edilirsə və yaxud burada vətəndaşa qarşı qeyri-etik davranış göstərilirsə, onun hüquqları pozularaq və süni maneələr yaradılaraq müraciətinə baxılmırsa, süründürməçiliyə yol verilirsə, bu halda həmin orqanın rəhbərliyinə müraciət edə bilər. İkinci tərəfdən, o, prezident yanında dövlət qulluğu üzrə komissiyaya, telefonla 465-34-71 nömrəli "qaynar xətt"imizə müraciət edə bilər".
|