Hal-hazırda Ayna qəzetinin 12.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Mübarək getdi! Misir azaddır! Xalq şadlıq edir
Mübarək getdi! Misir azaddır! Xalq şadlıq edir
Amma uzağa gedə bilməyəcək. Yığdığı 67 milyardın hesabı sorulacaq
Şənbə, 12.02.2011


İ.Umudlu
mətn ölçüsü  

Misiri 30 ilə yaxındır idarə edən Hüsnü Mübarək getdi. Payıza qədər duruş gətirə bilmədi. Misir xalqı öz şanlı inadı ilə buna razı olmadı. Dünya xəbər agentliklərinin paytaxt Qahirədən vitse-prezident Ömər Süleymana istinadən verdikləri xəbərə görə, Mübarək Misir prezidenti postunu tərk edib. Onun, bir məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinə getdiyi, digər bir məlumata görə, Misirin Qırmızı dəniz sahilindəki Şərm-əş-Şeyx kurort şəhərindəki qış iqamətgahında olduğu bildirilir. "İndiki ağır günlərdə prezident istefaya çıxmaq və bütün səlahiyyətlərini ordu hərbi komandanlığının Ali Şurasına verməyi qərara almışdır", - deyə Ömər Süleyman milli televiziya ilə qısa məlumatında açıqlamışdır.

Dünyanın aparıcı telekanalları Təhrir meydanında milli bayraqları yellədərək şadlıq edən nümayişçiləri, küçələri fit verərək ötüb keçən avtomobilləri göstərirlər. "Misir azaddır!" deyə onlar qışqırırlar. Havaya güllə və əlvan fişənglər atılır. İnsanlar qucaqlaşıb öpüşür, bir-birlərini təbrik edir, küçələrdə və meydanlarda halay gedirlər.

Mübarəkin gedişi avtoritarizm epoxasının sonunun gəldiyinin bir göstəricisidir. Onun son günlərədək dirənməsi isə qonşu ərəb ölkələri - Səudiyyə Ərəbistanı, Suriya, Liviya, Yəmən kimi ölkələrin liderlərinin təkidi əsasında olduğuna ciddi baxılır. Onlar duyuq düşmüşdülər ki, əgər Mübarək getsə, onlar da duruş gətirə bilməyəcək və getməli olacaqlar. Çox böyük sərvəti qamarlamış olan bu liderlər fantastik dəbdəbə içərisində yaşasalar da, xalqlarının böyük hissəsi yoxsulluğun pəncəsində əzab çəkirdilər. Mübarək getdi, indi digər harınlaşmış oğru liderlərin növbəsidir!

Bir məsələ də var: Mübarək harayadək gedəcək? Uzağa gedə bilməz. Onun sabah bir çox diktatorlar kimi Misirdə müttəhimlər kürsüsündə əyləşəcəyi şübhə doğurmur. Bu adam otuz illik hakimiyyəti ərzində Misir sərvətlərinin hesabına özünə 67 milyard dollarla hesablanan fantastik sərvət yığıb. Onu xalqdan mənimsəyib. Bunun hesabı sorulacaq. Dünya biz düşündüyümüz kimi o qədər də geniş deyil. İndi özünə hörmət edən heç bir ölkə diktorlara, öz xalqını soyanlara arxa durmur, bu gün üzünə gülürsə, sabah vəziyyət dəyişəndə arxasını çevirir. Sakrozi Ben Əliyə arxa çevirdiyi kimi.

Bir sual daha - bu oğrunun bizim Xırdalandakı heykəlinin ömrü nə qədər olacaq? Axı zaman çox sürətlə dəyişir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"

Misir saytı Azərbaycan xalqından üzr istəyib

Təhsil naziri təbii fəlakətlə bağlı qərar qəbul edəcək

Nazir xaricdə təhsil alan gənclərlə görüşüb

Balacaları 5 yaşından bağçaya göndərə bilməyəcəyik

Bölmənin digər xəbərləri
 
Standartlara cavab verməyən binalar söküləcək
FHN tikinti şirkətlərinə xəbərdarlıq edib

Dövlət strukturlarında hüquqları pozulanlar şikayət edə biləcək
Prezident yanında dövlət qulluğu məsələləri üzrə komissiyanın "qaynar xətt"inə də zəng vurmaq olar

İnsan hüquqları ilə bağlı duruma - "kafi" qiymət
Naxçıvan üzrə monitorinq bunu göstərib

Parlament Osman Kazımovun müdafiəsinə qalxmalıdır
Qüdrət Həsənquliyev: "Bu kimi addımlar ölkənin imicinə ziyan vurur"

Sürücülər üçün cərimələr artırıldı
Qanuna xeyli dəyişiklik edilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər