Hal-hazırda Ayna qəzetinin 12.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Qonşu ölkələrdə qripin hər növü yayılıb
Amma bizdə narahatlığa əsas görülmür - ötən ildən vaksinlər qalıb
Şənbə, 12.02.2011

Aynurə mətn ölçüsü  

Qış aylarında infeksion xəstəliklərin yoluxma səviyyəsi yüksəlir. Xüsusilə hava-damcı yolu ilə yoluxanların sayı artır. Avropanın bir neçə ölkəsində həyəcan təbili çalınıb. Bolqarıstanda virusun kütləvi yayılma səbəbindən məktəblərdə dərslər təxirə salınıb. Qonşu Rusiya və Gürcüstanda donuz qripinə yoluxma halları aşkarlanıb. Türkiyədə isə qrip xəstəliyi dərmanlara qarşı o qədər yüksək əzm nümayiş etdirir ki, xəstəliyə "keçi qripi" adı veriblər. Keçi kimi inadkar olan qrip bir neçə həftə xəstələnən şəxsdən əl çəkmir. Bu arada onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı da "donuz qripi"nin mutasiya etdiyi və hazırda H3N2 virusu kimi özünü göstərdiyi barədə məlumat yayıb...

Qonşu ölkələrdə bunlar varsa, deməli, bizim ölkəyə də keçməsi istisna deyil. Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov isə Azərbaycanda qripə yoluxma hallarında əvvəlki illərə nisbətən artım olmadığını söyləyir. Deyir ki, vəziyyət sabitdir, çünki havalar soyuq və sərt keçmir.

Ölkədə H1N1 virusuna yoluxma halı hələlik yoxdur. Ş.Qurbanov deyir ki, xaricdən ölkəyə virusun daxil olmamasına çalışmalıyıq. Bu gün Rusiya və Gürcüstanda vəziyyət bir qədər gərginləşib. Amma sərhəd-keçid məntəqələrində ölkə ərazisinə gələn hər kəs müayinə olunur:

"Özü də təkcə "donuz qripi" deyil, digər xəstəliklərlə bağlı da müayinələr aparılır. İnsanların daha çox olduğu yerlərdə hava-damcı yolu ilə virusun yayılma riski böyükdür. Elə ölkə var ki, orada "quş qripi", digərində "donuz qripi", bir başqasında taun xəstəliyi qeydə alınıb. Buna görə də xaricdən gələn hər kəs ciddi müayinədən keçirilir. Amma indiyədək bu əlamətlərlə heç kəs müraciət etməyib".

Ş.Qurbanovun sözlərinə görə, xaricdən gələn bütün vətəndaşlar sərhəd-keçid məntəqələrində yoxlanır: "Virusa yoluxan hər hansı şəxs aşkarlandıqda dərhal 8-10 gün nəzarətdə saxlanacaq".

Söhbət əsnasında onu da öyrəndik ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən vaksinlərin az hissəsindən istifadə edilib. Ölkədə "donuz qripi"nin yayılma ehtimalı zəif olduğundan ancaq risk qrupuna daxil olan şəxslər peyvənd olunub. Qalan vaksinlər isə xüsusi şəraitdə saxlanır. Bu vaksinlərin istifadə müddəti qalır və ehtiyac olduğu təqdirdə bu il də peyvənd aparıla bilər: "Ölkədə kifayət qədər dərman preparatları var və lazım olduqda istifadə ediləcək".

Mütəxəssis onu da vurğuladı ki, qrip virusundan qorunmaq üçün immunteti artıran qidalar qəbul etmək, zərərli vərdişlərdən - siqaretdən, spirtli içkilərdən uzaq olmaq faydalı olardı.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Donuz qripi"nin dalğası planeti bürüyüb

Vaksinlərin gətirilməsi gecikir

Gürcüstanda "donuz qripi"ndən daha 2 ölüm

"Donuz qripi"nə qarşı vaksinin ikinci partiyası gətirilib

Son iki ay yarımda 95 nəfər şübhəli qrip virusuna görə müayinədən keçirilib

Bölmənin digər xəbərləri
 
Akademik azadlıq və universitet avtonomiyası
Bu, necə olmalıdır? - sualı Kemal Gürüz cavablandırmağa çalışdı

İnsanın dostu
İt cinslərini yetişdirməklə məşğul olanlar barmaqla sayılır

Bir ünvanda üç qanunsuz "universitet"
Təhsil Nazirliyi Bakıda üç qanunsuz "universitet" aşkarlayıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər