Türk Hava Yolları məhkəməyə verildi
 |
Şirkət rəsmi sənədlərin itirilməsində ittiham olunur
Şənbə, 05.02.2011
Səid Abbas |
mətn ölçüsü |
|
|
|
Dünən Yasamal rayon Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun "Azərekspresspoçt" Rabitə Müəssisəsinə qarşı iddiası üzrə proses keçirilib. İşə hakim Fuad Talışınskinin sədrliyi ilə baxılır.
Məsələ belədir: Rəsul Cəfərov Beynəlxalq Ədalət Körpüsü təşkilatının 2010-cu il qalibi kimi hüquq müdafiəçiləri və beynəlxalq təşkilatların təmsilçilərinin iştirak edəcəyi tədbirə sənədlərin poçt tərəfindən itirilməsi üzündən qatıla bilməyib. 2010-cu ilin avqust ayında Sinqapurda təşkil edilən tədbirlərə qatılmaq üçün hüquq müdafiəçisi viza almaq məqsədilə müvafiq sənədləri bu ölkənin Cenevrədə yerləşən səfirliyinə göndərib. Lakin "Azərekspresspoçt" vasitəsilə göndərilən sənədlər itirilib.
Prosesdə iddiaçının nümayəndəsi Yaşar Ağazadə, cavabdehlər - rabitə müəssisəsinin hüquq şöbəsinin rəis müavini Bəhram Səfərov və Türk Hava Yolları şirkətinin maraqlarını müdafiə edən vəkil Muxtar Mustafayev iştirak edirdilər. Qeyd edək ki, Türk Hava Yolları iddiaçı tərəfin vəsatətindən sonra işə cavabdeh kimi cəlb olunub.
"Azərekspresspoçt" iddiaçının müraciətlərinə cavab olaraq göndərdiyi 3 məktubda sənədlərin məhz Türk Hava Yolları şirkətinin təqsirindən itdiyini vurğulamışdı. Prosesdə Türk Hava Yolları şirkətini müdafiə edən vəkil Muxtar Mustafayev iddia ərizəsinə etiraz təqdim etdi. İddiaçının nümayəndəsi Yaşar Ağazadə etiraz və ona əlavə edilmiş sənədlərlə tanış olmaq üçün hakimdən vaxt istədi. Hakim isə müraciəti nəzərə alaraq sənədlərlə tanış olmaq üçün vaxt verdi və növbəti proses 8 fevral saat 10:30-a təyin edildi.
|
|
|
Oxşar xəbərlər:
"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir
Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır
SMDT Ədliyyə Nazirliyini məhkəməyə verdi
Blogerlər azad edilmədi
Arabulun məhkəməsi davam edir
|
|
|